HAT Medicine

Суббота, Ноябрь 23, 2024



Bizim cəmiyyətin təbəqələri

news15012013

Hal-hazırda Hindistanda tibb institutunda oxuyan tələbə qızı zorlayıb öldürən 6 nəfər üzərində məhkəmə prosesi gedir.

Qadınlara qarşı zorakılıq hallarının tez-tez baş verməsinə qarşı bütün Hindistanda etiraz aksiyaları keçirilir. Ən maraqlısı odur ki, Hindistanın dini lideri öz çıxışında günahı.. qadının özündə gördü.

Bütün bunlar niyə baş verir?

Problemi millətin qadına qarşı münasibətində və insanların təbəqələrə bölünməsində axtarmaq lazımdır.

Gəlin baxaq bunlar hansı ölkələrdə baş verir. Bunlar tez-tez Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində baş verir.

Qəzet səhifələrində Misirin baş meydanında hər gün zorlama halları barədə xəbərlər yer alır. Birbaşa meydanda adamlar bir neçə kişi ilə gedən qadına hücum və təcavüz edə bilərlər. Birinci onlar bunu bəzi qadınların hicabsız gəzdikləri ilə izah edirdilər. Ancaq sonra başı örtülü qadınlara da hücumlar başladı. İndi də hücumları, din buna icazə vermədiyi halda, qadınların tək gəzməsi ilə izah etməyə başladılar. Əsas hücum etməkdir, izah isə tapılar.

Maraqlıdır ki, bu təcavüzlər hansısa qıraq yerdə yox, avtobuslarda, Misirin Təhrir meydanında və digər ictimai yerlərdə baş verir. Bunun səbəbini qadınların bərabərsizliyində axtarmaq lazımdır. Bu bərabərsizlik qədim dünyadan gəlir. Hətta Əhdi-Ətiqdə Allah birinci kişini yaratdı. Sonra darıxmasın deyə onun qabırğasından qadını yaratdı. Beləliklə, qadın kişidən sonra yaradılıb. Bu, onların arasında müəyyən əlaqələr nəzərdə tutur, kişi başlanğıcı daha üstündür. Qadın həmişə ikinci dərəcəli rollarda olub. Avropada bərabərlik uğrunda mübarizə çoxdan başlayıb, bəzi Şərq ölkələrində isə təzə başlayır. Bundan əlavə, hər bir ölkədə təbəqələrə bölünmə var.

Kasta – Portuqaliya sözüdür. Hindistanda o, varna deməkdir. Ən yüksəkdə brahmanlar dururdu – kahinlər, zahidlər, müəllimlər. Məhz onlar, hökmdarlardan fərqli olaraq, mənəvi sərvətin daşıyıcıları kimi Hindistanda ən yüksək şərəfə malik idilər.

Lakin maddi nemətlər çarlar və hərbçilər sinfi olan kşatrilərin payına düşürdü. Vedlər (qədim hind dini mətnləri) bu sinfin çılğın temperamentindən, böyük fiziki gücündən, inadlığından bəhs edir. Daha aşağı sosial pillədə orta sinfin nümayəndələri - vayşilər dururdu. Onlar sənətkarlar, tacirlər idi. Onlar öz zəhmətləri hesabına dolanırdılar, lakin teoretik olaraq Vedlərin öyrənilməsindən kənarlaşdırılmırdı. Bu üç təbəqə nümayəndələri Qədim Hindistanda iki dəfə doğulanlar adlandırılırdı – onlar əlavə inisiasiya mərasimini keçirdilər. Halbuki qədim zamanlarda yalnız brahmanlar bu şərəfə layiq görülürdü.

Dördüncü varna – şudralar (toxunulmazlar) - ən hüquqsuz nökərlər idi. Onlar təhsil almırdı, mərasimlərdə iştirak etmirdi. Əvvəllər onların qətli cinayət hesab olunmurdu.

Ötən əsrin 30-ci illərində təbəqələr ləğv edildi. Amma insanların şüurunda bu qaldı.

Dülgərin oğlu dülgər, çəkməçinin oğlu çəkməçi, millət vəkilinin oğlu siyasi xadim olurdu. Bizdə analoji tendensiya müşahidə olunur. Sürücünün oğlu sürücü olur. Lakin təbəqələr arasında sərhədlər tədricən silinir. Insan şüurunun çox yavaş-yavaş dəyişməsinə baxmayaraq. Bu həkimin xəstə ilə ünsiyyətində özünü aydın göstərir.

Əgər xəstəyə diaqnozu danışıb və nə etmək lazım olduğunu deyirsən, intellektli insanlar sizi yarım sözdən başa düşür. Digərləri isə, hətta bir neçə dəfə və çox sadə izah etdikdə, heç nə başa düşmür. Bundan başqa, onlar hətta başa düşmədiklərinə görə özlərindən çıxırlar. Bəzən mən dözməyib səsimi qaldırmağa başlayıram (mən bunu etməməliyəm). Necə başa düşmürsüz ki, iki üstəgəl iki dördə bərabərdir. Əlbəttə, mən bir qədər şişirdirəm.

Bir müddət sonra onlar gəlib deyirlər ki, doktor, and olsun Allaha, siz demisiz, iki üstəgəl iki beşə bərabərdir. Bu heç bir məntiqə sığmır.

Zahiri görünüşdən biz hamımız eyniyik, oxşar paltarlar geyinirik, lakin daxildən biz fərqliyik. Bu kasta fərqidir, təhsilin və mədəniyyətin səviyyəsindən asılıdır və dəyişikliklərə çox yavaş məruz qalır. Müasir zamanda insanlar bəzən bir təbəqədən digər təbəqəyə keçə bilirlər. Bu uzaqdan uzaqa o dövrü xatırladır ki, neandertallarla kromanyonlar və başqa insanabənzər meymunlar yer üzündə eyni vaxtda yaşayırdılar. Lakin onlar görünüşü ilə seçilirdi. Müxtəlif təbəqələrin müasir nümayəndələri isə zahirən fərqlənmir. Təbəqə dedikdə, mən insanın maddi sərvətini nəzərdə tutmuram. Bəzən yoxsul adam “brahman”lara, varlı adam isə “vayşi”lərə aid ola bilər.

Biz şəhərin küçələrində bir yerdə gəzirik, ancaq müxtəlif təbəqələri təmsil edirik. Bəzən insanın üzündə onun intellekt dərəcəsini dəqiqliklə müşahidə etmək olur. Aşağı intellektli insanlar xüsusilə inqilab vaxtı özlərini aydın büruzə verir.

Onların öz-özünə qiymət verməsi artır, onlar bərəlmiş gözlərlə küçələrə axışır və təcavüz etmək, öldürmək və ya başqalarının qazandığı sərvəti əldə etmək çalışırlar. Bütün bunları Misir və digər ərəb ölkələrinin timsalında görmək olar. Inqilabçıların Qəddafi ilə necə rəftar etdiklərini biz televiziya ekranlarından gördük. Mixail Bulqakovun “İt ürəyi” romanının ekranizasiyasında biz inqilab zamanı mitinqə başçılıq edən bir süpürgəçi qadını görürük. Bu necə də dəqiq göstərilir. Bizdə də ağır 90-cı illərdə mitinqdə çıxış edənlərin arasında nəşriyyatın süpürgəçisi dayanmışdı. Yalnız onun əlində süpürgə yox idi.

Bir çox insanlar sovet keçmişimizdən qalan məşhur sitatı xatırlayır “Кто был никем, тот станет всем”. Bəzi “təbəqələr” bu ifadəni hərfi mənada başa düşür. Hər təbəqənin nümayəndələri arasında dünya, şərəf, qadınlara münasibət, din haqqında özünə məxsus təsəvvürlər mövcuddur. Hətta onlara xas olan xüsusi vərdişlər var. Məsələn, bir çox ustalar “unudulmuş” və ya borcları olan müştərilərin telefon zənglərinə cavab vermirlər. Bu o demək deyil ki, bütün ustalar bir təbəqəyə aiddir. Onların arasında vicdanlı olanlar da var. Qeyd etməliyik ki, təbəqələrə bölünmə hər bir ölkə, o cümlədən Qərb ölkələri üçün (bəlkə az dərəcədə) səciyyəvidir. Təbəqələrə bölünmə yəgin din üçün də səciyyəvidir. Bununla belə, hər hansı bir konsepsiyaya mənsubluqdan asılı deyil. Türkiyədəki sivil İslamdan fərqli olaraq, biz İslamın Malidə necə inkişaf etdiyini görürük. Orda motoroller oğurlayan cavan oğlanın qolunu uşaqlar olan meydanda kəsdilər. Onlar bunu şəriətin əsaslarına qayıdış kimi bürüzə verir. Qadınlara oxşar münasibəti biz orta əsrlərdə Qərb ölkələrində görürük. İnkvizisiya minlərlə qadınları tonqalda yandırırdı. Eyni zamanda onlara təcavüz edən bir nəfər də tonqalda yandırılmadı.

Bu sistem nə qədər davam edəcək? Çox uzun müddət. Lakin təkamül sübüt edir ki, bu sərhədlər silinməlidir və bu fikirdən daşınmaq mənasızdır. Düzgün olmaq, öz işini maksimal effektiv görmək lazımdır. Başqalarına nümunə olmaq üçün çalışmaq lazımdır.

Lakin bu işin nəticələrini biz görməyəcəyik. Halbuki biz bilirik ki, bu nə vaxtsa baş verəcək və “Dünya” yaxşılığa doğru dəyişəcək. Ümidlə yaşayaq, hər şeyə məhəbbətlə yanaşaq, lakin heç vaxt digər təbəqənin nümayəndələri ilə polemika etməyək. Bu mənasızdır.

Zamanla qadına münasibət dəyişəcək. Hindistanda keçirilən mitinqlər buna sübutdur. Ancaq ictimai şüurun dəyişildiyi təqdirdə, zorlama halları baş verərsə insanlar günah qadının özündə olub deməyəcəklər.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

ЭТО ИНТЕРЕСНО

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Касты в нашем обществе
Joomla 1.5
body>