Hər bir bayramın məqsədi insanların ruhuna müsbət əhval ruhiyyə bəxş etməkdir. Bu, bizim həyatımızda boyük bir “pəncərə” kimidir.
Biz bayramlar, bazar günləri, gəzintilər və ya qonaq getmək əhval ruhiyəsi ilə yaşayırıq. Bizim həyatımız bayramdan bayrama zənginləşir..Biz şənbə günlərini, ad günlərini, sevimli şəxslə görüşü gözləyərək yaşayırıq. Bunlar insanın yaşaması üçün çox lazımdır. Bütün dünyada ən çox sevilən bayramlardan biri Yeni İldir.
Yeni ilin gəlişini qeyd etmək ənənəsi öz kökləri ilə çox qədim zamanlara gedib çıxır. Mən İstanbuldakı Aya Sofiya məscidi haqqında yazmışam, maraqlı budur ki, burada dilçiliyin, xristianlığın, islamın elementləri əks olunur. Eyni sözləri Yeni ilin gəlişinin qeyd olunması haqqında da demək olar.
Alimlərin fikrincə, Yeni il bizim eradan əvvəl üçüncü minillikdə Mesopotomiyada qeyd olunmağa başlanılmışdır. Bu illər Maduk allahının dağıdıcı və öldürücü qüvvələr üzərində çaldığı qələbə ili kimi də qeyd olunur.
Bu bayram günlərində azadlıq olurdu, hətta hakimlər də işləmirdilər. Müxtəlif xristian ölkələrində Yeni il müxtəlif vaxtlarda qeyd olunurdu, amma b.e.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar Yeni ilin yanvarın birində qeyd olunması əmrini verdi. Rusiyada Yeni il sentyabrın 1-də qeyd olunurdu, amma 1700-cu ilin 1 yanvarından “xaçın doğulması” birinci Pyoturun əmri ilə Yeni il yanvarın 1-də qeyd olunmağa başlandı.
O, əmr verdi ki, evlər cökə və şam ağaclarının budaqları ilə bəzədilsin, təbriklər edilsin, süfrələr açılsın, amma qızışdırıcı içkilərdən az istifadə edilsin, “onun üçün ilin başqa günləri kifayətdir”-deyə rus çarı qeyd etmişdir. Elecə də, o, havaya atəş açılmasını da əmr etmişdir. Bu isə müasir “salyut” atəşfəşanlığıdır.
Bəs bu bayramın maskaradla, şam ağacları ilə, Şaxta baba ( Santa Klaus) ilə keçirilməsi haradan başlanıb? 1913-cü ildə Roma imperatoru Konstantin Velikiy və Liçiniy birlikdə dini azadlıq göndərişini yaydılar.
O vaxtdan bütün imperiya boyunca xristianların hər cür təqibinə son qoyuldu. Beləliklə, xristian icmalarına müxtəlif növdən olan siyasi baxımlı, dinə etiqad etməyənlərin, kafirlərin və yalançıların kütləvi axını başladı.
Çünki, Konstantin xristian ruhlu insanları mükafatladırmaqda, onlara qayğı göstərməkdə davam edirdi. O, belə bir qənaətə gəldi ki, xristianlıqla mübarizə aparmaq əvəzinə, ondan, dövlətin xeyrinə istifadə etmək daha yaxşı olardı. Beləcə, kilsələr dövlətin qulluğunda durmağa , xristianlar və kafirlər arasındakı sərhədlər isə silinməyə başladı.
Buna baxmayaraq, Roma imperiyasında Günəşin davamçılarından sayılan İranlı ilahə Mitranın doğum günü böyük bir təntənə ilə qeyd olunurdu. O, 25 dekabrda qeyd olunurdu. Bu bayram təntənə ilə qeyd olunurdu və burada çörək və şərab ilə təmizlənmə ayini həyata keçirilirdi, bu yolla kafirlər allahın cismini və qanını qəbul etmiş olurdular.
Amma xristian din xadimləri bu ümumxalq Mitra bayramini ləğv etmək istəyirdilər. Onlar hiyləyə əl atdilar. Onlar 25 dekabr gününü İsa peyğəmbərin doğum günü ilə əvəz etdilər və Mitra bayramını müqəddəs doğulma bayramı kimi qeyd etməyə başladılar, əvvəlki bayramın bütün atributlarını saxlamaqla (baxmayaraq ki, İsanın doğum günü heç kimə məlum deyildi).
Beləliklə, qərb ölkələrində Yeni il kimi qeyd olunan xaçın doğulmasının peyğəmbərlə heç bir əlaqəsi yoxdur. Demək ki, bu bayramın kökündə kafitlərlə bağlılıq durur.
Qədim dünyada himayəçi allah –Klausa sitayiş edirdilər. Sonradan o, Müqəddəs Klausa çevrildi, sonra isə zəncirvari olaraq davam etdi (xristianliq dövrlərində Müqəddəs Nikolaya çevrildi).
Bəs Qar qiz haradan götürülüb. Kafirlərin sitayiş etdikləri məhsuldar allahların mifoloji olaraq ortağı da olurdu-məhsuldar ilahə. Beləcə, Şaxta babanın ortağı həmin məhsuldar ilahələrdən biridir, hansı ki, yaz gələndə günəşin şüalarına tab gətirməyib əriyir.
Bu bayramlar maskarad və kef məclisləri ilə müşayət olunurdu, eyş-işrətlə dolub daşırdı. B.e.ə.186-cı ildə Roma senatı bu kef məclislərinə qadağa qoydu. 7000 qədər iştirakçı məhkəməyə cəlb olundu və onların yarıdan çoxu həyatları ilə vidalaşmalı oldular.
İslam aləmində təzə il 20-21 martda qeyd olunur. 2010-cu ildə OON-un baş katibi Pan Qi Mun müsəlman yeni ilini ümumdünya bayrami elan etdi. O, müxtəlif cür səslənir-Novruz, Nouruz, Navrız və s.
Bu bayram da kafirlər erasından gəlmişdi, onu qədim İranda islamaqədər dövrlərdə də qeyd edirdilər. Novruz fars dilində” yeni gün “deməkdir. Şair İmadəddin Nəsimi Novruza belə bir sətirlər həsr eləmişdir.”Qədim dünya bu zaman yeni libas geyinir, Kainatın üzü təzələnir və yandırıcı gözəlliklə dolur.”
Diqqət yetirin ki, Mitra bayramı, kimi Novruz bayramı da qədim İrandan gəlmişdi. Qədim İran ərazisi isə müasir Azərbaycanın yerləşdiyi ərazidir. Belə çıxır ki, Yeni il bayramı (Krismas bayramı) üçün biz İran və Azərbaycan ərazisində məskən salmış qədim əhaliyə minnətdar olmalıyıq.
Əslinə qalanda, bu bayramların haradan yaranmağının heç bir o qədər də əhəmiyyəti yoxdur, onlar öz başlanğıclarını qədim dünyadan götürüblər və hər bir xalq onu öz bayramı hesab edə bilər, haqlıdır da. Vacib olan odur ki, onlar olsun və insanlar səbirsizliklə onu gözləsinlər.
Bu bayramlar bizim ömrümüzü uzadır, bizi zənginləşdirir. Bizə lazım olan xoşbəxtlik hissi gətirir. Elə isə gəlin daha çox bayram keçirəyin və bu bayramları heç bir təriqətlə əlaqələndirməyəlim, nə islamla, nə də xristianlıqla.
Onlar insanlara lazimdır, onlar bizə kafirlərin dövrlərindən ibadətlə bağlı şəkildə gəlib çatmışdır. Bu yolla biz, millətin sağlamlığını qorumuş oluruq. Bayramlar nə qədər çox olarsa, o qədər yaxşıdır.
Hat Medicina klinikasının kollektivi Sizi Yeni İlin gəlişi münasibətilə təbrik edir, sizə xoşbəxtlik və sağlamlıq arzulayır.
Biz sağlamlığın sirrini başqa yöndəmdən açırıq. Siz biləcəksiniz başınız niyə ağrıyır, sol kürəkdə, sol qabırğa altında nə üçün ağrılar var və s. Amma Allah eləməsin, nə isə baş versə, biz sizə 5 gün ərzində sağalmağa kömək edərik. Sizə, bir daha, xoşbəxtlik və sağlamlıq arzulayı
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий