HAT Medicine

Вторник, Декабрь 3, 2024



Vitaminlərin faydası və ziyanı

  • news05122012Biz artıq uşaqlıqdan bəri vitaminlərin faydaları haqqında bilirik. Hansı həkimə müraciət etsəniz o , mütləq sizə və ya uşaqlarınıza vitamin yazacaq, özü də bir deyil bir neçə. Hər hansı bir bioloji  əlavələr də ola bilər. Görəsən onlar nə dərəcədə zəruridi?

İndiki kimi yadımdadır ki, uşaqlıqda məni yatızdırarkən mənə balıq yağı içirdirdilər (A vitamini).   Yatağımda bu anı necə iyrənərək gözlədiyimi xatırlayıram. Bu dəhşətli dadı verən mayeni içmək istəmirdim, amma bunu mənə məcbur içirdirdilər. 

Ancaq indi bu sətirləri yazarkən, uşaq vaxtı məndə  mədə-bağırsaq traktının niyə zəif olduğunu anlayıram. Mənə bu yağı yatmazdan əvvəl “acqarnına” verirdilər.
 
Mənə bunun yaxşı vitamin olduğunu və görmə qabiliyyətini yaxşılaşdırdığını deyirdilər. Uşaqlıqdan insanların vitaminə olan böyük marağını xatırlayıram .  Hətta bir dəfə həkim dostumuz valideynlərimə, insanlara müalicə zamanı “böyük” dozada C vitamininin verdiyini söyləmişdi.  Mənə də anam hər axşam C vitamini verirdi. Səbirsizliklə bu turş vitamini gözləyərdim. Bir müddət tərkibində dəmir olan və qan xəstəliklətinin profilaktikasında istifadə olunan hematogen preparatına üstünlük verilirdi.
  Hemotogen --
iribuynuzlu heyvanın qanına bal və qatılaşdırılmış süd əlavə edilməklə düzəlir. Qiyməti 12 qəpik idi və uşaqlar onu alıb şokolad əvəzi yeyirdilər. O vaxtlar çox uşağın cibində hemotogen tapmaq olardı. 

Vaxt var idi insanlar mədə və bağırsaq xəstəliyi zamanı U vitaminindən istifadə edirdilər. Mədəsində ağrı olan hər kəs bu vitamindən istifadə edirdi.Vitamin U ( S-metilmentionin, yara əleyhinə amil) mədə və onikibarmaq bağırsaq xorasını sağaltmaq qabiliyyətinə malik olduğu üçün “ulcus”(xora) sözünün baş hərfindən götürülmüşdürdür. 

Bir çox insan kələmin tərkibində bu vitaminin olduğunu düşünərək onun şirəsini düzəldib içirdilər.


Hal hazırda bu vitamin ,vitamin maddələri qrupundan çıxarılıb. Ümumiyyətlə müasir elm xadimləri bu vitaminin xora əleyhi olduğuna şübhə edirlər.
Bir vaxtlar kalsi qlükanat qəbul etmək dəbdə idi. Belə
hesab olunurdu ki, bu dərman bizim   oynaqların hərəkətini daha da yaxşılaşdırır. Mən bu dərmanı illərlə istifadə edən insanlar tanıyıram. 

Mən də əvvəllər bu dərmanı böyük dozalarda diabetik retinopatiya xəstlərinin müalicəsi üçün yazırdım. Moskva həkimləri( mən də bir zamanlar bu fikirlə razı idim) diabetik retinopatiya əleyhinə il ərzində gündə bir dəfə olmaqla Doksium qəbul etməyi məsləhət görürdülər. 

Bu artıq klassik taktika (üsul) hesab olunurdu. Mən daima mütaliə etməklə bir çox xəstəliklərin mümkün müalicə üsullarından xəbərdar olduğum üçün fəxr edirdim.
Başqa bir maraqlı məşğuliyyət barəsində də danışmaq istərdim.  Guya ki, qaragilə bir çox göz xəstəliklərini müalicə edə bilər. 

Bu dərman ilk dəfə ortaya çıxanda cox baha idi, təxminən 100 $ dəyərində. Ancaq indi çox ucuzdu. Sonralar əczaçılıq firmaları A,B,C,D,E və digər vitaminlər kompleksindən batareyalar yaratdılar. Əvvəlcə dərmanların bir növünü qəbul etmək dəbdə idi, sonra başqa növləri və s.
Yuxarıda deyilənlərin məcmusu odur ki, hər dövrün özünün dəbdə olan vitamini olub. Buraya təkcə vitaminlər aid deyil.

  Hər dövrdə bir müalicə  üsulu dəbdə olur:  “kreml” pəhrizi, “qan” üzrə pəhriz və s.
Əsrin əvvəllərində bir partlayış var idi: hamı  uçan cücülərə qarşı göz damcıları alırdi, hesab olunurdu ki, uçan cücülər xərçəng xəstəliyinə gətirib çıxarır. Əgər belə bir partlayış zamanı insanlara bunun yanlış olduğunu söyləsəydik heç kim bunu ciddi qəbul etməyəcəkdi. İnsan psixikası belədir.

Əgər indi həkim vitamin yazmırsa, xəstə həmin həkimin yanına bir də getməyə bilər. 

Məndən də tez tez hansı vitamin yazacağımı soruşurlar.Mən az hallarda (demək olar ki, ancaq  zəruri hallarda) bir, nadir hallarda isə iki dərman yazıram. Ancaq bir dəfə öyrəndim ki, bir xəstə mənim müalicəmdən narazıdı. Onun narazıçılığına səbəb isə ona az dərman yazılması olmuşdu. Ancaq sonradan yanıma gəldi və xəstəliyinin necə tez keçib getdiyini dedi.
 
İnsanlar psixoloji olaraq xoşlayırlar ki, onların müalicəsi “güclü” keçsin:  dərmanların ağız boşluğu ilə qəbul edilməsi, iynə vasitəsilə və fizioterapiya üsulu ilə. Onlar belə düşünürlər ki “güclü” dərmanlar hərtərəfli müalicə edir.Ancaq əslində belə deyil. Hər hansı bir dərman bir xəstəliyin simptomlarını yaxşılaşdırdığı halda başqa bir xəstəliyin simptomlarının yaranmasına gətirib çıxara bilər. İş burasındadır ki, əgər qidalanma , mərkəzi sinir sistemində tarazlıq, vitamin balansı öz yerindədirsə o zaman orqanizm də normal işləyəcək


 
Gündəlik qidalanma zamanı ət, tərəvəz və meyvələrdən istifadə etdikdə biz orqanizmin vitamin ehtiyacını bütünlüklə ödəmiş oluruq. 17-ci əsrdə okeanları fəth edən dənizçilərin tarixçəsini xatırlayaq. 

Bütün dənizçiər vitamin çatışmazlığından yaranan xəstəliklərdən ölürdülər. Yalnız gəminin kapitanı özü ilə götürdüyü ərik mürrəbbəsini yediyinə görə sağ qalmışdı.

Biz vitamindən çox istifadə etdiyimiz zaman orqanizm buna uyğunlaşır və onun həddindən artıq ifrazına başlayır. Biz onları daim qəbul edə bilmərik və elə vaxt gəlir ki,orqanizm  vitaminlərin həddindən artıq xaric edilməsinə öyrəşir,elə bu səbəbdən də vitamin çatışmazlığı baş verə bilər 
 
Belə sual olunur ki, ehtiyac olmadan sağlam insan vitamin qəbul etməlidir mi? Bu bizə lazım deyil. Bu daim vitaminlərin reklamını edən əczaçılıq şirkətlərinə lazımdı.  Sonda bu saytda vitamin qəbulu ilə bağlı son yenilikləri nəzərinizə çatdırmaq istərdim    ( www.medicinform.net. ) 

 

Kaliforniya Universitetinin tədqiqatçıları belə iddia edirlər ki, qida rasionunda həddindən artıq kalsium və  dəmir olduqda bu qlaukomanın inkişafına gətirib çıxara bilər(görmənin zəifləməsi və korluğa gətirib çıxardan xəstəlik).

Alimlər belə qeyd edirlər :  söhbət tərkibi vitamin olan minerallardan gedir. Eyni zamanda tədqiqatlar göstərir ki, qida məhsullarında olan kalsium və dəmir, əksinə qlaukomanın yaranma riskini aşağı salır. 

Mütəxəssislər bu işə 40 və daha çox yaşda olan 6 mindən çox insanı cəlb ediblər. Ekspertlərin fikrincə, vitamin əlavələrinin tərkibində orqanizmə daxil olan kalsium və dəmirin yüksək dozası, orqanizimdə makro və mikroelementlərin disbalansı fonunda trabekulyar şəbəkəni zədələyərək qlaukomanın yaranmasına səbəb olur.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Витамины: польза или вред?
Joomla 1.5
ody>