HAT Medicine

Вторник, Декабрь 3, 2024



Şöhrətpərəstlik (özünəqiymət) yaxşıdır ya pis?

news28022013Dünən mən bir gənc oğlanın öz dostunu qətlə yetirdiyi haqda televiziya verilişini izlədim. Onlar şəhəri birlikdə gəzib, sonra dostlarının evinə getməyi qərarlaşdırdılar. Araq, məzə aldılar.

Yeyib-içməkdən 3 saat sonra iki dost arasında mübahisə yarandı. Söz üstünə söz, nəhayət, onlardan biri bıçağı çıxardıb digərin düz ürəyinə sancdı.

Müstəntiqlər gəlib araşdırma aparanda, o, mübahisənin predmetini yadına sala bilmədi. Yalnız dedi ki, dostu onu nəyəsə görə təhqir edib və o, buna dözə bilməyib. Rusiyada bir il ərzində neçə belə hadisələr baş verir? Yəqin ki, saymaqnan qurtarmaz. Bunlar niyə baş verir?
Qidalanmaq və nəsil artırmaqla yanaşı, əsas insan tələbatlarından biri özünəqiymət, şöhrətpərəstlikdir. Şöhrətpərəstlik anadangəlmə funksiyadır. Hələ danışa bilməyən körpə uşaqlara fikir verin. Görün onlar tərifdən necə xoşlanırlar. Onlara diqqət yetirməyəndə, şuluqluq edirlər, əşyaları atırlar, hər şey edirlər ki, böyüklərin diqqətini cəlb etsinlər.
Yaş artdıqca bu keyfiyyətlər itmir, transformasiya olunur.
Qadınlar güzgünün qabağında çox vaxt keçirirlər və onların hər biri daxilən özünü ən gözəl hesab edir. Gözəl olmasa da, təkrarolunmaz. Və onların hər biri haqlıdır. Kişilər tərifi xoşlayırlar, xüsusilə bunu qadın edirsə.
Bu keyfiyyətlər haradan qaynaqlanır?
Onlar heyvanlarda mövcuddurmu? Əgər onlar heyvanlarda olmasaydı, yəgin ki, heç insanda da olmazdı. “Böyükdə kiçiyin təzahürü var”. Dişinin qabağında lovğa-lovğa qəzişən erkək tovuz quşuna baxın. Sanki yer üzündə ondan qiymətli və gözəl quş yoxdur.
Marallar və digər heyvanlar güclərini sınayır, dişiyə sahib olmaq üçün bir-birinə qarşı mübarizə aparırlar.
Bundan başqa, bütün bunlar daha ibtidai heyvanlarda, məsələn, həşəratlarda da mövcud olmalıdır. Qarışqalar da bir-biri ilə savaşırlar. Lakin bu həşəratlarda varsa, bakteriyalarda da mövcud olmalıdır.
Və bakteriyalarda varsa, bu keyfiyyətlər qeyri-üzvi dünyada, o cümlədən elementar hissəciklərdə, mövcud olmalıdır.
Yalnız bu başqa cür adlanır. Məsələn, xarici sahənin təsiri altında müəyyən bir trayektoriyadan kənara çıxma və ya bu kimi bir şey.
Biz bir qədər insanlarda təkəbbür və şöhrətpərəstlik mövzusundan kənara çıxdıq. Bu anadangəlmə keyfiyyətdir və bizi daimi təkmilləşməyə və irəliyə doğru hərəkət etməyə məcbur edir. Biz əks cinsin xoşuna gəlmək üçün saç düzümümüzə, zahiri görünüşümüzə, fiziki vəziyyətimizə fikir veririk.
Bəlkə də məhz şöhrətpərəstlik cinsi instinktin nəticəsidir. Şöhrətpərəstlik olmasaydı, heç bir tərəqqi olmazdı. Hətta bütün müharibələr insanların həddən artıq şöhrətpərəstliyi ucbatından baş verir. Sənin ətrafında olan insanları fəth etmək, xoşuna gələn qadını fəth etmək, dünyanı fəth etmək.
Hər kəsə xoşdur, onu tərifləyəndə, ona qulaq asanda, hörmət edəndə, onu təqlid edəndə. Sərxoş insanlar öz içki dostlarına: “Sən mənə hörmət edirsən?” sualını əbəs yerə vermirlər. Və Allah eləməsin, sərxoş insan öz mənliyi üçün təhlükə hiss etsin. Biz tez-tez televiziya vasitəsilə görürük ki, sərxoş insanlar bir-birini qətlə yetirir. Və sonra səbəbini xatırlaya bilmir.
Buna görə də biz bilirik ki, insanlarla danışarkən heç bir halda həmsöhbətin şəxsiyyətinə toxunmaq olmaz. Əks təqdirdə, biz heç bir şeyə nail olmayaraq, yalnız düşmən qazanarıq.
Lakin digər tərəfdən, təkəbbür insana xoşbəxt olmağa mane olur. Şəxsi məninə görə insan bəzən öz aşkar səhvlərini etiraf etmək istəmir. Onları boynuna almaq istəməyən və içində saxlayan insan, bununla yeni, lazımsız fikirləri daxilində bəsləyir, hansılar ki öz növbəsində onun aqressivliyini artırır.
Bu səhvləri dərk etmək və onlara üstün gəlmək insanın aqressivliyini aradan qaldırır və onun düşüncəsini azad edir. İnsan heç vaxt öz səhvlərini etiraf etməkdən utanmamalıdır, çünki onları etiraf edərək o, dünənə nisbətən bu gün daha müdrik olduğunu göstərir.
Eyni zamanda insanlar başa düşməlidir ki, yalnız həqiqi sevgidən xoşbəxtlik doğur. Başqa insanı sevərkən biz öz şöhrətpərəstliyimizi onun içində “itiririk”. Sevdiyimiz insanın hər sözü bizə maraqlıdır və biz hər şeyi yarı sözdən anlayırıq.
Lakin bir müddət sonra ehtiraslı sevgi keçir.
Ancaq elə etmək lazımdır ki, şöhrətpərəstlik ümumi bir sevgiyə çevrilsin. Sən başqalarının uğurlarına heyran olasan və başqaları sənə heyran qalsınlar. Amma təəssüf ki, buna çox nadir hallarda rast gəlinir.
Gəlin öz üzərimizdə və fikirlərimizin üzərində çalışaq və Kainat haqqında bilikləri artıraq. Gəlin HAT Medicine sistemini öyrənək. Atom necə təşkil olunubsa, bizim orqanizm də elə təşkil olunub və bizim düşüncələrimiz də ona bənzəyir.
Xoşbəxt, çalışqan olun və dairənizdə olan hər bir şəxslə görüşə sevinin. Onun səhvlərinə, “nöqsanlarına” baxmayın. Onun problemlərinə diqqət yetirin, ona kompliment deyin, yardım edin (ancaq maddi yox) və Siz varlığın inanılmaz sevincini yaşayarsınız. Hamı Sizə yardım edəcək.
Bizim dünya fantastik sürətlə dəyişir. Hal-hazırda əvvəllər yalnız fantastik filmlərdə gördüyümüz Google eynəklərinin buraxılışı planlaşdırılır. Lakin bizim düşüncəmiz əvvəlki səviyyədə - ən yaxşı halda orta əsr səviyyəsində qalır.
Bizə düşüncəmizdə inqilab etmək lazımdır.
Xaos və onun qanunları haqqında yeni elmi öyrənin. Özünüzü dəyişdirin ki, Dünyanı dəyişdirəsiz.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Тщеславие и самомнение - это хорошо или плохо?
Joomla 1.5
>