12 yaşlı Kərimova Aydan Rəşad qızının anası ağlayaraq bizə müraciət etmişdi. 2 il bundan əvvəl qızın gözləri zəifləməyə başlamışdı.
Artıq bir ildir ki,qız oxuya bilmirdi. O bizə muraciət edəndən sonra, qıza, hər iki gözün” Görmə sinirinin atrofiyası” diaqnozu qoyuldu. Qız demək olar ki, heç nə görmürdü. Barmaqlarını ancaq gözünə çox yaxınlaşdırdıqda görə bilirdi, o da ekssentrik, yəni gozünün kənarları ilə.Görmə sahəsi demək olar ki, yox dərəcəsində idi.Bu müalicəyə qədər ki, şəkildə də açıq-aydın görünürdü.
Biz dərhal ona müalicəyə başlamağı məsləhət gördük. Ancaq onlar gözə görünmədilər.Yalnız 2 aydan sonra yenidən bizə müraciət etdilər.Onlar İrana getməyi qərara almışdılar.Orda qızı tam müayinə ediblər ( MRT,ensefoloqramma, elektroretinoqramma və sairə bahalı yoxlanışlar ) . Sonda onlar da, göz sinirinin atrofiyası diaqnozunu təsdiqləyiblər.Onlara deyiblər ki, dünyada göz sinirinin atrofiyasının müalicəsi yoxdur və görmə qabiliyyəti heç vaxt bərpa olunmayacaq.
Biz HAT Medicine üsulu ilə göz sinirinin atrofiyasının müalicəsinə başladıq.Bir həftədən sonra qız, görmə qabiliyyətinin yaxşıladığını hiss elədi. Ancaq mərkəzi görmə itiliyi azca artmışdı. Lakin ətraf mühiti qavrama qabiliyyəti daha da yaxşılaşdı. Əvvəllər daim evdə hərəkət edərkən künclərə dəyirdi.
İkinci şəkildən görmə sahəsində ağ sahələr əmələ gəldiyi və mərkəzi görmə itiliyinin10%-ə qədər yüksəldiyi görünürdü . O gülümsəməyə başlamışdı və hal –hazırda oxuya da bilirdi (ikinci şəkil). 24noyabr 2012-ci ildə olan müraciətindən 2 ay sonra görmə itiliyi 30%-a qədər yüksəldi və görmə sahəsi hiss olunacaq dərəcədə genişləndi. Bu 3-cü şəkildə görünür.
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий