Görmə siniri atrofiyasinda bir neçə gün ərzində görmə itiliyinin yaxşılaşması.
Bu həftə Rusiyadan 2 xəstə görmə sinirinin atrofiyasi diaqnozu ilə bizə müraciət etmişdi.
Samrin Aleksey Yevqenivic uzun müddətdir ki, pis görmədən əziyyət çəkir. Görmə tədricən pisləşir.
Daxil olarkən görmə itiliyi 0.04 eksentrik; görmə sahəsinin sərhədləri tam skotomali, yalnız periferiyada tək - tək aq işıqlanmalar var idi.
Gəldiyi gündən 3 gün sonra bakterioloji analiz götürüldü və müalicəyə başlanıldı.
Müalicənin ilk 3 günündə xəstə heç bir yaxşılaşma hiss etmədi. Yalnız 4-cu gün dedi ki, televizoru daha aydın görür.
Müalicənin 4-cu, 5-ci günü təkrar görmə sahəsi yoxlanıldı. Şəkildə göründüyü kimi görmə sahəsində hədsiz qara sahələrin azalması qeyd olunur.
Xəstənin anası emosiyalarını gizlədə bilmir. .
Qeyd etməliyik ki, bu halda görmə pisləşməz, əksinə tədricən, bir neçə ay ərzində görmə funksiyaları yaxşılaşacaqdır.
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий