Bütün insanlar və heyvanlar əsnəyir.
Əsnəmə haqqında çox yazılıb. Əsnəməyin səbəbi nədir? Bəzi alimlər hesab edir ki, əsnəməyin nəticəsində baş beyinin qan təchizatı güclənir.
Digərləri hesab edir ki, bu zaman baş beyinin temperaturu tənzimlənir, bu da onun həddindən artıq qızmasının qarşısını alır.
Belə hesab edilir ki, dərindən nəfəs alma qanı oksigenlə zənginləşdirir, və o, beyinə, əzələlərə çataraq qətiyyətli hərəkət etmək üçün hazırlıq vəziyyətini saxlayır. Lakin bu heç bir elmi məlumatlarla təsdiq olunmayıb. Həmçinin əsnəməyin hərəkət mexanizmi barədə çox yazılıb. Biz oxucunu müxtəlif təsdiq olunmamış məlumatlarla yormaq istəmirik.
Biz əsnəmə haqqında nə bilirik.
1. Əsnəmə yuxunu qovmağa və orqanizmi gümrah etməyə kömək edir.
2. Emosional gərginlik zamanı insan əsnəməyə başlayır. Uzun illər sınaqçı-təyyarəçi və paraşütcülərlə işləyən mütəxəssislər qeyd edirlər ki, məsuliyyətli uçuşlardan əvvəl onların bir çoxu əsnəməyə başlayır. Yüksək emosional gərginlik, təhlükə ilə bağlı vəziyyətlərdə öz-özünə qədim mexanizm işə salınır: insan instinktiv olaraq nəfəsini saxlayır və hərəkətsiz dayanır. Və bu zaman başqa mexanizm - əsnəmə mexanizmi işə düşür.
3. Biz daha çox səhər tezdən və gecə saatlarında yuxu ilə mübarizə zamanı əsnəyirik.
4. Əsnəmə yoluxucudur. Bir nəfər əsnəyən kimi, bütün ətrafdakılar əsnəməyə başlayır. İş ondadır ki, əsnəmə təqlidçi refleks kimi asanlıqla yaranır. Bu refleks bizi yalnız əsnəməyə yox, həm də yanımızda gülən varsa, gülümsəməyə vadar edir.
Biz əsnəməyin yaranma mexanizmi barədə (qeyri-elmi olsada, zənnimizcə, məntiqidir) öz fikrimizi bildirmək istəyirik. Bunun üçün səhər oyanaraq etdiyimiz gərnəşməyə diqqət yetirək. Bəzi insanlarda yaşlandıqca bu mexanizm itirilir. Lakin yenidoğulmuş körpələrə nəzər yetirin. Onlar yuxudan oyanarkən, necə gözəl gərnəşir.
Yadımdadır, mən uşaq olanda səhərlər yuxudan oyandığım zaman nənəm yanımda oturardı və əllərini bədənim boyunca gəzdirərək “potyaquneçki, potyaquneçki, potyaquneçki...” deyərdi. Mən belimi əyərək bütün bədənimlə gərnəşirdim. Sonralar mən bunu öz uşaqlarımda təkrarlayırdım (uşaq vaxtı əldə etdiyimiz vərdişlər necə də güclüdür).
Əsnəmə və gərnəşmə zamanı nə baş verir? Təbii ki, bizim əzələlərin dartılması. Bu hamıya məlum dartılmadır, hansı ki müxtəlif məşqlər, yarışmalardan əvvəl idmançılar və adi insanlar tərəfindən həyata keçirilir. Yoqların bütün məşqləri dartılmaya əsaslanır.
İnsanlar dartılmanın faydalı olduğunu çoxdan dərk ediblər. İş ondadır ki, bizim emosional rahatlıq əzələlərin tonusu ilə müəyyən olunur.
Bizdə emosional yüksəliş baş verəndə, qeyri-ixtiyarı çiyinlər açılır, gözlər “parıldayır”. Biz qorxu hiss edəndə, əksinə, çanaq əzələlərinin tonusu azalır. Qeyri-ixtiyarı sidik buraxma baş verə bilər.
Eyni şeyi itlərin misalında görmək olar. O, yaxşı olanda, quyruğunu bulayır. Ona daş atanda isə quyruğunu yığıb qaçır (arxa hissələrin əzələləri və quyruğun tonusu zəifləyir).
Belə ki, əsnəmə və gərnəşmə – əzələ tonusunu tənzimləməyə imkan verən anadangəlmə mexanizmdir. Müxtəlif xəstəliklər isə məhz əzələ tonusunun dəyişikliyi ilə bağlıdır.
Ağrı nədir? Əzələ tonusunun kəskin yüksəlməsi. Analgetiklər və narkotiklər dərhal əzələ tonusunu azaldaraq ağrının aradan qaldırılmasına və relaksasiyaya səbəb olur.
Beləliklə, əsnəmə və gərnəşmə – əzələ tonusu vasitəsilə bizim əhvalımızı tənzimləyən təbii mexanizmdir. Buna etinasızlıq göstərməyin.
Digər şərtsiz mexanizm kimi asqırma da əsnəməyə yaxın durur. Asqırma zamanı bir çox əzələlərin, o cümlədən qırtlaq, ağız, üz və hətta bədənin qeyri-ixtiyari ardıcıl yiğılması baş verir. Asqırmadan sonra biz bir qədər yüngüllük hiss edirik.
Tövsiyələr:
Gün ərzində bir neçə dəfə, təkrarən, dərin nəfəs alaraq, ürəkdən əsnəmək, gərnəşmək lazımdır – bu çənənin əzələ gərginliyini aradan qaldırır. Yaxşı olardı ki, bunu başqalarının yanında yox, təklikdə edəsiniz.
Siz təyyarədə uçarkən təzyiq fərqindən qulaqlarınız tutulur. Əsnəyin. Orta qulaq boşluğu yevstaxi borusu vasitəsilə udlaq ilə birləşdiyi üçün, əsnəmə təzyiqi bərabərləşdirir.
Beləliklə, tez-tez əsnəyin, gərnəşin və asqırın. Hər şeyə asqırın!!!
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий