Pasxa - ən qədim xristian bayramıdır. İsa Məsihin dirilməsi şərəfinə keçirilir.
Pesax
Yəhudilərdə də onların 3300 il əvvəl Misirdən Çıxışı şərəfinə qeyd edilən buna oxşar bayram var. İsraillilər yetmiş nəfərdən ibarət Yaqubun nəsli olaraq bir ailə kimi Misirə gəldi, altı yüz minlik xalq kimi isə oranı tərk etdi.
Yaqubun nəsli əvvəlcə Qoşen torpağında mehribanlıqla qarşılandı, lakin yəhudilər “həddən artıq çoxalandan” sonra, onlara qarşı xüsusi tədbirlər görülməyə başladı. Burada, təbii ki, daha uğurlu və zəhmətsevər insanlara qarşı həsəd və “nifrət” hissi əhəmiyyət kəsb edir.
Onların üzərinə mükələfiyyət qoyuldu. Arvadları ərlərindən ayırır, təzə döğulan oğlan uşaqlarını isə öldürürdülər.
Moşe (Musa) həmin oğlan uşağı idi ki, ona ölümdən qurtulmaq və öz xalqını xilas etmək nəsib oldu. Musa öz xalqını xilas etmək və onu Misirdən çıxarmaq qərarına gəldi.
Tədqiqatçılara görə “Pesax” sözü “keçmə”, yəni Misir torpağından çıxış, mǝnasına gǝlir.
Pesax – yaz bayramı – təbiətin oyanışı, dünyanın yenilənməsi, insanın azadlığa çıxmasını simvolizə edir. Bu azadlığın və ləyaqətin əldə edilməsi bayramıdır.
Qüdsdə bu hadisələrin xatirəsinə ritual qurban kəsmə mərasimi keçirilməli idi. Birillik qüsursuz erkək quzu qurban kəsilərək odda bişirilməli və sümükləri qırılmadan mayasız çörək və acı göyərti ilə pasxa gecəsinin sonuna qədər tamamilə yeyilməli idi. Yəhudilər otardıqları mal-qaradan (Misirlilərin mal-qarası kimi tələf olmayan) körpə quzuları seçməli, onları kəsməli və odda bişirib “acı göyərti və mayasız çörək” ilə yeməli idilər.
Misirlilər üçün müqəddəs sayılan qoyunları sadəcə yemək yox, bunu misirlilərin gözü qabağında açıq-aşkar etmək lazım idi. Bundan bir neçə gün qabaq isə gün işiğında qurbanlıq qoyunların qanını öz evlərinin qapılarının yan taxtalarına sürtmək lazım idi. Bütün misirli ailələrdə ilk övladların öldüyü gecə ölüm bu cür işarələnmiş yəhudi evlərindən yan keçdi.
Belə bir əfsanə var ki, Çıxışdan qabaq xəmirə maya qatmağa vaxt olmadı, buna görə mayasız kökələr bişirildi. Doğrudur, çobanların mayasız çörək bayramı hələ Musadan qabaq qeyd edilirdi.
Bu ona bənzəyir ki, keşişlər bütpərəstlərin bayramını Məsihin doğum gününə çevirərək Milad bayramını yaratdılar.
Ancaq indiyə qədər Pesax bayramında yeyilən matsa – mayasız çörək – yəhudilərin Misiri tələsik tərk etdiyi zaman yedikləri çörəkdən qalan bir xatirədir.
Yəhudi təqviminə görə, bayram Nisan ayının 15-dən 21-nə qədər yeddi gün davam edir.
“Hər bir yəhudi özünü elə hiss etməlidir ki, sanki özü şəxsən Misirdən çıxıb”. Bununla belə, bütün ölkələrdə yəhudilər eyni adətlərə riayət edir. Bu təəccüb doğuran bir haldır və yəhudilərin çoxəsrli səpələnmə şəraitində vahid bir xalq kimi qalmalarının sirrini açmaqda bizə yardım edir. Bu heyranlıq doğurur.
Pasxa
Pasxa bayramı “Pesax” bayramına bənzəyir. Hətta adları demək olar ki, eynidir. Hərçənd ki, bu bayram İsa Məsihin ölümü və onun dirilməsi ilə bağlıdır. İsa Məsih Pasxa günündə edam edilib və Müjdəyə görə şənbədən sonrakı gündə dirilib. Buna görə də, Pasxadan əvvəlki günlərdə insanlar kədərlənməli və əylənməməlidir. Bu zaman orucla İsa Məsihin çarmıx əzabları yad edilir. Bu cümə günü baş verdiyindən Böyük cümə adlanır.
Bildiyimiz kimi, oruc bütün dini konsessiyalar – yəhudilər, xristianlar, müsəlmanlar üçün səciyyəvidir. Orucun əhəmiyyəti hamı üçün eynidir. Bu özünü yalnız qidada məhdudlaşdırmaq deyil, eyni zamanda Allaha dua etmək, mənəvi kamilləşmək, ölülərə rəhmət oxumaq deməkdir. Lakin orucdan sonra xristianlarda şənlik (Məsihin dirilməsi) başlayır. Bu Kuliç adlanan çörəyin bişirilməsi, Pasxa yumurtalarının boyanması ilə müşayiət edilir.
Qərb mədəniyyətində Pasxa dovşanı obrazı geniş yayılmışdır. O, boyanmış yumurtaları uşaqlardan gizlədir – uşaqlar isə onları tapmalı və valideynlərindən mükafat almalıdır.
Pasxa odu dini ayinlərdə, həmçinin xalq şənliklərində mühüm rol oynayır. Yunanıstanda, eləcə də Rusiyanın iri şəhərlərində pravoslav kilsələrdə Pasxa ayinlərinə başlamazdan əvvəl dindarlar Tanrı Məbədindən müqəddəs odun gətirilməsini gözləyir. Qüdsdən od gətiriləndən sonra kahinlər onu təntənəli surətdə şəhərin kilsələrində yayır. Dindarlar bu oddan öz şamlarını yandırırlar. Ayindən sonra bir çoxları yanan qəndili evə aparır və odu bir il ərzində saxlamağa çalışırlar.
Artıq ikinci əsrdə bütün kilsələrin konsessiyaları bu bayramı qeyd etməyə başladı. Lakin bu bayramın keçirilmə vaxtı müxtəlif idi. Bir çox icmalar yəhudilərdə qəbul edilmiş Pasxa ayının hesablanmalarına istinad edirdi.
Lakin 325 ildə İmperator Böyük Konstantin Pasxanın tarixini şübhə altına aldı. O dedi ki, yəhudilərin bayramına istinad etmək əvəzinə vahid bir tarix seçmək lazımdır. Kilsə Məclisi bayramı eyni vaxtda qeyd etmək qərarına gəldi.
Lakin insan psixologiyası elədir ki, bu baş vermədi. Müxtəlif konsessiyalar Pasxa bayramını fərqli vaxtlarda qeyd etməyə davam edirdi.
Bu da insanın şöhrətpərəstliyini göstərir. İnsanın özünün təbiətinə görə konsensus əldə etmək çox çətindir.
Bu bayramların misalında biz görürük ki, müxtəlif dinlərin və onlara xas olan bayramların – Pasxa, Pesax, Ramazan, Qurban bayramı və s. – ənənələri bir-birinə necə sıx bağlıdır. Bura orucun tutulması, qurbanlıq quzunun kəsilməsi, şirniyyatların bişirilməsi, yumurtaların boyanması və odun yandırılması daxildir.
Biz nə vaxtsa meteorit düşəcək və ya başqa fəlakət baş verə biləcək bu kiçik Dünyada nəyi bölüşdürürük?
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий