HAT Medicine

Вторник, Декабрь 3, 2024



Gəyirmə nədir və onun faydası varmı?

1102013Gəyirmə mövzusu həmişə dünyanın müxtəlif cəmiyyətlərində (müxtəlif cəmiyyətlərin etiketində) mübahisəli olmuşdur. Orta əsr Çin və Avropada yeməyin gəyirmə ilə başa çatdırılması faktiki olaraq ritual xarakter daşıyırdı. Bu açıq-aydın yeməkdən həzz almağı göstərirdi.

Əgər bir insan məmnuniyyətlə gəyirmirdisə, onun davranışını ədalı və hətta kobud tapa bilərdilər. Gəyirmə, demək olar ki, sənət hesab edilirdi, hansı ki müasir cəmiyyətdə ədəbsizlik hesab olunduğu üçün praktiki olaraq itirilib.
Buna görə də, hazırkı mövzu gəyirmənin reabilitasiyasına həsr olunur.
Təbii şəraitdə (spontan) gəyirmə dərhal və hiss olunan yüngüllük gətirir.
Gəyirmə – ağız vasitəsilə mədədən qazların çıxarılmasıdır. Bu qazlar xarakterik səs ilə bayıra çıxır. Hesab edilir ki, gəyirmənin geniş yayılmış səbəbi – havanın qeyri-ixtiyari udulmasıdır. İnsan çox sürətli içəndə, yemək yeyəndə, xüsusilə o, bu zaman söhbət edirsə, havanın udulması baş verir. Saqqızlar və qazlı içkilər də mədədə qazın yığılmasına və nəticədə gəyirməyə səbəb ola bilər.
Körpələrdə gəyirmə normaldır və hətta arzu olunandır, çünki qidalanma zamanı onlar böyüklərdən daha çox hava udur. Uşaqlar yeməkdən sonra gəyirmirsə, bağırsaqda yığılan qazlar şiddətli ağrıya səbəb ola bilər, buna görə də valideynlər qəsdən körpədə gəyirməni stimullaşdırır. Hamilə qadınlarda gəyirmə adi halla müqayisədə daha tez-tez müşahidə olunur.

Beləliklə, aydınlaşdıraq.
Gəyirmə iki növ ola bilər: normada və mədə-bağırsaq traktının xəstəlikləri zamanı.
Biz hesab edirik ki, gəyirmə mədə və bağırsaq xəstəlikləri zamanı orqanizmin xəstəliyə olan kompensator reaksiyasıdır. Bu müddət ərzində qəyirmə ilə mübarizənin aparılmasının lazımsız olduğunu düşünürük. Sadəcə həkimə müraciət edib müalicə almaq lazımdır. Gəyirmə isə sağalmadan sonra özü azalacaq.
Mən əsnəmə və gərnəşmə haqqında yazmışam. Gəyirmə eyni mexanizmə malikdir. Gəyirmədən dərhal sonra insan bir növ yüngüllük hiss edir. Bu diafraqma və qarın pressi əzələlərinin boşalması ilə bağlıdır.
Mədə-bağırsaq xəstəlikləri insanı tez-tez müşayiət edir. Onların səbəblərinə toxunmaq niyyətində deyilik. Lakin bu xəstəliklərin nəticəsi kimi qarın əzələləri, diafraqma və, çox güman ki, mədə və bağırsağın hamar əzələlərinin tonusunun yüksəlməsi qeyd olunur.
Gəyirmə həmin əzələlərin tonusunu bir qədər azaldan amildir. Tonusun azalması isə mədə-bağırsaq traktına müsbət təsir göstərə bilər.
Uşaqlıqda mən Levinin “Özün olmaq sənəti” kitabını oxuyurdum. Bu kitab mənə güclü təsir bağışladı. Orada deyilirdi ki, insan özünü tanımaq üçün boşalmağı bacarmalıdır. Orada müxtəlif əzələ qruplarının, o cümlədən ağciyər və qarın pressi əzələlərinin boşlması üçün çoxlu praktiki tövsiyələr verilirdi. Məktəb yaşından mən bu məşqləri praktikada tətbiq edirəm.


Mən öz bacarıqlarımı bölüşmək istəyirəm. Mən qarın və qarın pressi əzələlərinin boşalmasına xüsusi diqqət yetirirəm. Çünki insanın bir çox xəstəlikləri məhz bu sistemlə bağlı olur. Hətta ürək və baş beyin mədə-bağırsaq traktı ilə tənzimlənir. Xatırlayaq ki, ac olanda, bir çox adamda baş ağrıları əmələ gəlir (HAT Medicine sistemi).
Lakin mən fikir vermişəm ki, ilk növbədə əllərin əzələləri boşalmasa, qarın pressi əzələlərini boşaltmaq çox çətindir. Ona görə əllərin boşalmasından başlayıram. İrəli əyilərək “boş” əlləri dairə boyu yavaşca fırlatmaq yaxşı kömək edir. Bu zaman hiss edirəm ki, əllərim mənim deyil, ağır və istidir.
Əllərin boşalmasından sonra mən ağciyər və qarın pressi əzələlərinin boşalmasına keçirəm, mənim üçün bu eyni şeydir. Mən nəfəs alaraq öz-özümə təkrar edirəm ki, tənəffüsüm asan və sərbəstdir. Mən nəfəs almağa tənbəllik edirəm.
Bundan sonra udqunuram və təsəvvür edirəm ki, tüpürcək yavaş-yavaş qida borusundan keçir. İstilik sinədən keçir. Bundan sonra fikir verirəm ki, qarının aşağı hissəsində hansısa hisslər, atmalar əmələ gəlir. Adətən mən bir qurtum otaq temperaturunda su və tədricən yarım stəkan su içirəm. Həmçinin təsəvvür edirəm ki, su qida borusundan keçərək mədəyə çatır.
Mən fikir vermişəm ki, məhz bundan sonra gəyirmə və qarın əzələlərinin boşalması əmələ gəlir. Əgər bundan əvvəl mədəmdə hansısa narahatlıq hissi var idisə, sonra o keçir.
Deməli, boşalma gəyirməyə gətirib çıxarır. Yeməkdən sonra gəyirməni onunla izah edirlər ki, yemək vaxtı hava udulur. Biz hesab edirik ki, bu, yeməkdən sonra avtomatik əmələ gələn boşalma ilə əlaqəlidir. Lakin yaxşı yeməkdən sonra, qəlyanaltılardan sonra yox. Məhz tamqiymətli qida bizə dərin relaksasiya hissini verir. Biz bu hissə can atırıq. Çünki o, insanda relaksasiyanın ən əsas formalarından biridir. Məhz bu, insana uzun müddət sağlam qalmağa imkan verir.


Nəticə:
Gəyirmə cəmiyyətdə qəbul edilməyən davranış forması olduğundan, mən başqalarının yanında bunu etmək məsləhət görməzdim. Qeyri-ixtiyarı gəyirmə ilə heçnə etmək mümkün deyil. Lakin siz təklikdə qalanda, boşalmanı praktikada tətbiq edin, əsnəyin, qarın pressi, qida borusu, tənəffüs sisteminin əzələlərini boşaldın.
Əgər bu zaman Sizdə gəyirmə yaranırsa, deməli Sizin əzələlər boşalır. Avtomatik olaraq mədə-bağırsaq traktının fəaliyyəti yaxşılaşır. Bu da insanın digər mühüm sistemlərinin yaxşılaşmasına gətirib çıxaracaq.

 

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Что такое отрыжка и есть ли в ней польза?
Joomla 1.5
dy>