HAT Medicine

Суббота, Ноябрь 23, 2024



Yenidən doğulma

рождение зановаDünyanın bir çox dinlərində yenidən doğulma anlayışı var. Buddizmdə o, fərqli təsvir edilir. “Dəyənəklə başa zərbə” ifadəsi tez-tez istifadə olunur. Bu barədə öz bloqunda Vyaçeslav yazırdı. Bu yazı oxucular arasında marağa səbəb olmuşdur. Mən bu vəziyyəti yaşamışam və buna görə də öz oxucularımla bunu bölüşmək qərarına gəldim. Mən bunun nə qədər maraqlı olacağını bilmirəm, lakin hər bir insan bu vəziyyətə çatmaq üçün çalışmalıdır.

Mənim valideynlərim unikal insanlar idi, düzgün və çox çalışan. Onlar elmi işçi olmuş və professor adını almışlar. Atam azərbaycanlı, əslən Şuşadan, anam isə rus, əslən Saranskdan (Mordoviya MSSR) olub.
Anam bizə uşaqlıqdan həqiqəti danışmağı öyrədirdi. Bir dəfə mənim 6 yaşım olanda (biz onda Saransk şəhərində yaşayırdıq) həyətdə pul cüzdanını tapdım. Mən hər yeri gəzərək cüzdanın kimin olduğunu soruşurdum. Birinci mərtəbədə yaşayan nənəni tapdım. Mənim nənəm buna görə məni təriflədi.
Bundan başqa, anam həmişə deyirdi ki, insan həyatı qiymətsizdir və onu pulnan almaq olmaz.
Mən anamdan soruşurdum: Ana, sən məni bir milyona, bəs bir milyarda satarsan? O deyirdi ki, yox. Biz Xəzər dənizinin sahilində pansionatda istirahət edərkən brilliant sırğa tapanda, dərhal yeməkxanada elan yazdıq. Bu unikal hal deyil. Helsinki şəhərində pul və sənədlərlə 12 cüzdan gizlincə atılmışdı, onları tapan 11 nəfər cüzdanları qaytarmışdır. Bu davranış normasıdır.
Mən bunu ona görə yazıram ki, uşaqlara bu barədə, yəqin ki, danışmaq lazımdır. Bu vaksin, peyvənd kimidir, hansı ki gələcəkdə insanı səhv davranışdan qoruya bilər. Lakin bu sadəcə keçmişə bir ekskurs idi. Mən hardasa oxumuşam ki, insanın vaxtını aşağıdakı hissələrə bölmək olar:
1. İşdə keçirilən vaxt.
2. İstirahətə, dostlara, sevgiyə sərf olunan vaxt və s.
3. Öz bədəninə, fiziki məşqlərə, fikirlərinə sərf olunan vaxt.
4. Həyatın mənası haqqında düşüncələrə sərf olunan vaxt.
Hər bir şəxs həyatın mənası haqqında düşünür. Bu lap uşaqlıqdan başlayır. Sonra daha çətin suallar yaranır. Mənim valideynlərin ateist idi və kommunizmə inanırdılar. Tam ciddiliklə deyirdilər ki, biz kommunist cəmiyyətində yaşayarıq. Mən özüm din haqqında çox düşünmürdüm. Lakin Sovet İttifaqının dağılmasından sonra ciddi dinlə (həyatın mənası ilə) maraqlanmağa başladım. Mən Quranın rus dilinə tərcüməsini oxumağa başladım. Bəzi surələri əzbər öyrəndim. Sonra Bibliyanı (köhnə və yeni əhdi) oxumağa başladım. Bu kitab mənə təsir etdi. Sonra Çan-buddizm kitabına rast gəldim. Bu kitab mənə xoş təsir bağışladı, çünki onun əsasında institutda keçdiyimiz və mənim xoşuma gələn dialektik materializmin ideyaları ilə səsləşən fəlsəfə var idi.
Bhaqavat-Gita kitabına rast gəldim. Mən ordan bir şey çıxarmaq üçün çalışdım, lakin bunu edə bilmədim. Yalnız bir şeyi başa düşdüm ki, insanların bir neçə həyatı var. Bir həyatda onlar şir və ya qarışqa, digərində braxman olurlar. Mən yazılanların məğzinə varmağa çalışırdım, lakin bunu edə bilmirdim. Bəzi dini kitabları oxuduğum zaman da eyni şeylər müşahidə olunurdu.

Uşaqlıqdan mən elmlə maraqlanırdım. Hələ yeddinci sinifdə mən Villinin biologiya kitabını oxumuşdum. Kosmos, Eynşteynin nəzəriyyəsi, kvant fizikası ilə maraqlanırdım. Radio, Gənclərin texnikası, Elm və həyat, Bilik gücdür jurnallarını əvvəldən axıra kimi oxuyurdum.
Sonralar Elm dünyasında jurnalı ilə maraqlanırdım və burada ilk dəfə xaos haqqında elmi təsəvvürə rast gəldim. Beləliklə, dini kitabları oxuyarkən (məntiqi ağıla malik olduğum üçün) onların bəzilərində yazılmış nağıllara inanmaq mənim üçün çox çətin idi.
Buna baxmayaraq, hər birimiz daxilən Ali qüvvəyə ehtiyac duyuruq.
Müxtəlif dinlər arasında seçim edərkən mən buddizmin daha “elmi” olduğuna fikir verdim. Amma digər tərəfdən orada canlandırılmış heç bir tanrı yoxdur. Xristian dini daha “isti”dir. Burada Allah-Ata anlayışı var. O, bizim valideynlərə bənzəyir və ondan bir şey xahiş edə bilərik: müdafiə, sağlamlıq, təhlükəsizlik.
Mənim dinə ilk müraciətim fanatik xarakter daşıyırdı.
Mən həmişə, hətta dünyəvi mövzulara aid söhbətlərdə, insanlarla Tanrı haqqında müzakirə aparırdım. Yalnız sonralar mən nə qədər dözülməz olduğumu anladım.
Mən İslamı özüm bildiyim kimi başa düşürdüm (elmi cəhətdən). Yaslarda həmişə mollalarla mübahisə edirdim (buna görə hələ də utanıram). Heç kimə heç bir şey sübut etmək olmaz.
İş ondadır ki, eyni sətiri mən bir cür, digər insanlar isə başqa cür başa düşürdülər. Hər kəs özünün görmək istədiyini görür. Çox təəccüblüdür, Quran və Bibliyada necə o sözləri tapmaq olar ki, onlar orta əsrlərdə ruhanilərin insanları tonqallarda yandırılmasına, indiki zamanda isə bəzi müsəlmanların digər müsəlmanların məscidlərini partladılmasına imkan verir? Bu, Quranda yoxdur.
Yer üzündə nə qədər müsəlman varsa, o qədər İslamı müxtəlif anlayan insanlar var.
Bir nümunə gətirək. Hər dində iki Dünya anlayışı var: real, bizim yaşadığımız dünya və Allahın yaşadığı axirət (transsendent) dünyası.
Şərqin böyük filosofu və şairi Nəsiminin aşağıdakı sətirləri var: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”. Burada söhbət hər iki dünyadan gedir (real və transsendent).
Əsl müsəlman-hürufi Nəsimi orta əsrlərdə digər müsəlmanlar tərəfindən öldürüldü. Misir sultanının əmri ilə onun dərisi soyuldu. Niyə? Onun yuxarıdakı sözlərinə görə.
O, Qurandakı Hədid surəsinə istinad edirdi: “Huvəl-Əvvəlu vəl-Axiru vəz-Zahiru vəl-Batinu və huvə bikulli şeyin aliym”.
Bu surədə deyilir: “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O hər şeyi Biləndir”.
Mən bunu elə başa düşürəm ki, Allah həm transsendent, həm real dünyada mövcuddur. Bəs real dünyada o harada mövcud ola bilər? Əlbəttə ki, hər insanın qəlbində. Deməli, hər bir insanda Allahın bir zərrəsi var.
Bu həmçinin xristian dininin Üçlük barədə (Ata Allah, Oğul Allah və Müqəddəs Ruh) nəzəriyyəsinə bənzəyir.
VƏ BİRDƏN MƏNƏ VƏYH GƏLDİ. MƏN HƏYATIN MƏNASINI ANLADIM!!!
Sanki dəyənəklə başımdan zərbə aldım. Bu qəflətən baş verdi. Mən YENİDƏN DOĞULDUM.
Bütün dünya rəngarəng oldu. Mən Buddanın təbəssümü ilə gülümsəməyə başladım. Əgər əvvəllər hardasa avtobusda mənim xətrimə dəyən olurdusa, daxilimdə qəzəb yaranırdı. Mən yersiz cavab verir, müxtəlif vəziyyətlərə düşürdüm. Cavab verməyəndə isə özümü lap pis hiss edirdim. Mən acığımı başqasından çıxarırdım, və ya xətrimə dəyən insanı axtarırdım və yersiz cavablar verirdim. Yenidən doğulandan sonra bütün bunlar yox oldu. Bütün insanlar mənə yaxın oldular. Çünki onların hamısı Allahın zərrəsini daşıyır. Onlardan birini təhqir etsəm, Özünü təhqir etmiş olaram.
Əgər bir insan mənə kobud cavab versə, məndə ona qarşı sevgidən başqa heçnə yoxdur. O, tamamilə fərqli şəraitdə tərbiyə alıb. Mən onun yerində olsaydım, lap pis ola bilərdim. Ona görə də, mənim ona qarşı nifrətim yoxdur.
Əgər nifrət yoxdursa, mən sakit qalmağı və adekvat cavab verməyi və ya, vəziyyətdən asılı olaraq, cavab verməməyi bacarıram. Məni təhqir edənə ürəyimdə xeyir-dua verib, onu Allaha tapşırıram. Lakin indiyə qədər hələ heç kim mənim xətrimə dəyməyib. Bəlkə ona görə ki, daxilimdə heç kimə qarşı paxıllıq və ya qəzəb hissi yoxdur.
Belə bir praktika həmçinin Şərq təkbətək döyüş növlərində tətbiq edilir. Rəqibin nə etdiyini görmək üçün onu “sevmək” lazımdır.
Nifrət insanı kor edir və zərbəni dəf etməyə qoymur. Lakin zərbə zamanı bərk qışqıraraq rəqibi qorxutmaq olar. Bu səbəbdən karatedə insanın daxili dünyasına böyük diqqət yetirilir.
Bundan başqa, mən insanlara kömək etməliyəm.
Mən yenidən doğulandan sonra dəli kimi gəzirdim. Mən başqalarının atdığı siqaret paçkalarını yerdən yığırdım. Bununla insanlara nümunə olub onları düzəltməyə çalışırdım, Allah haqqında tez-tez danışırdım. Mən anlayıram ki, həm yaxınlarım, həm başqa insanlar üçün nə qədər dözülməz idim. İndi mən bilirəm, kənardan necə görünürdüm və bunları yada salanda xəcalət hissi keçirirəm.
Mən eyforiya keçirirdim.
Sonra eyforiya bir qədər azaldı, və mənə qalan yalnız azadlıq və insanlara qarşı nifrət hissinin tam yox olması idi.
Bu çox yaxşı haldır və mən şadam ki, bu nə vaxtsa mənimlə baş verib.
İndi din haqqında təsavvürlərim dəyişib. Əgər əvvəllər mən düşünürdüm ki, elm və din iki paralel yoldur və onlar heç vaxt kəsişməyəcək, indi mən hiss edirəm ki, bu bir yoldur. Bu barədə ilk dəfə Pyer Teyar de Şarden yazmışdır.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Рождение заново
Joomla 1.5