Mən bu yaxınlarda “Çikaqo” musiqili filmlərin çəkilişlərində kifayət qədər təcrübəsi olan amerikan rejissoru Rob Marşalın “Doqquz” adlı filmini izlədim,
hansı ki, Federiko Fellininin “Səkkiz yarım” filmininin əsnasında çəkilib. Mən anladım ki , bu klassik film ortayaşlı insanların böhranı haqqındadır. Bu film məndə çox böyük təəssürat doğurdu.
Qvido adlı məşhur rejissor bu filmi yazılmamış bir ssenari əsasında çəkir. Onun çox sevdiyi gözəl həyat yoldaşı və çoxlu xanim pərəstişkarları var ki, o da onlara qarşı heç də biganə deyil. Arvadı bütün bunlara dözməyib onu tərk edir. Ancaq o zaman o, xəyallarında yaratdığı dünyanın məhv olduğunu anlayır. (http://otv-service.com/movie/devyat-nine)
Yalnız bundan sonra bütün pərəstişkarları onun üçün mənasız olur. Görəsən vaxtını keçirtdiyi gözəl aktrisalar hara yoxa çıxdı? Onlar qalmışdı, ancaq onun qadınlara və eləcə də, bütün dünyaya olan münasibəti dəyişmişdi. O, film çəkməyi dayandırır və tənhalığa qapanır.
Bu filmdən çıxan nəticələrdən biri odur ki, insanın yanında ona yaxın,sevdiyi biri olmalıdır. Əgər o varsa, biz zamanla ona qarşı diqqətsiz olmağa,ona qiymət verməməyə başlayırıq. Biz yalnız yanımızda sevdiyimiz bir insanın olduğunu bilərəkdən başqa insanlara nəzər yetirə, işləyə,istirahət edə və aldada bilərik.
Ancaq o insan yoxa çıxırsa sanki bütün dünyamız məhv olur. Münaqişələr yaranır. Belə hallarda mənəvi məsuliyyəti birinci xəyanət edən həyat yoldaşı daşımış olur.
“9” filminin qəhrəmanı Qvido bir az fərqli vəziyyətə düşmüşdü.
Ortayaş böhranından 35-45 yaşlı qadın və kişilər əziyyət çəkir.Mükəmməl bir insan gücünün çiçəkləndiyi bir vaxtda birdən birə səbəbsiz yerə depressiyaya düşür, işindən istefa edir, xoşbəxt ailəsini tərk edir və yaxud da öz fəaliyyət istiqamətlərini kəkin dəyişirlər.
Orta yaş böhranı insanlara çoxdan məlumdur. Dantenin “İlahi komediya”sındakı bir sitatda deyilən: “Dünyəvi həyatımı yarıya kimi adlayaraq özümü qaranlıq bir meşənin içində tapdım.” sözləri- 35-45 yaşa qədəm qoymuş insanların daxili hisslərini özündə dəqiqliklə əks etdirir.
Böhran, tez-tez depressiya, məyusluq, boşluq hissi ilə müşayət olunur. Bu yaşa çatan insanlarda stabillik, ailədə maddi və mənəvi dəstək öz mənasını itirir. İnsanlar, onlardan heç vaxt gözlənilməyən hərəkətləri etməyə başlayırlar.
Bu böhrana aid olan çoxlu atalar sözləri var. “Ağ tük saqqalda,şeytan qabırğada”
“Həyat 40 yaşında başlayır”. Amerikada bu fenomen “qırxyaşlıların üsyanı” adlanır. Hərçənd ki, bu, 50 yaşında da ola bilər.
Görəsən bu niyə baş verir? Biz çalışacağıq ki, bu sualı dərsliklərdə və başqa nəşrlərdə yazıldığı kimi cavablandırmayaq. Biz bunu HAT Medicine nəzəriyyəsinə əsasən izah edəcəyik.
İnsan mövcuddur o halda ki, o əsas ehtiyaclarını-yemək,yaşayış,seks,maddiyyət və sevgidə ödəmiş olsun.
Sevgi- Dünyəvi hissiyyatdır. Ancaq zamanla hər şey öz axarına düşür. Ər və arvad adəti olaraq öz borclarını yerinə yetirirlər və ən əsası odur ki, qarşı tərəfin dəyərini görmürlər.
İnsan hər zaman təriflənməyə ehtiyac duyur. Bu ona xoşdur. Bununla insanı bezdirmək də olar, ancaq şöhrətpərəstlik ehtiyacını ödəmək lazımdır. Şöhrətpərəstlik- proqressin mühərrikidir.
Konfliktlər əsasən o zaman yaranır ki ,ətrafdakılar kompliment dediyi halda öz həyat yoldaşı bunun tam əksi olaraq ona diqqət yetirmir, onun valideynləri haqqinda , səliqəsizliyi və ya başqa şeylər haqqında daima narazılıqlarını bildirir..
Bundan əlavə , yaşla birgə gənclik də itir və insanların daha gənc yaşlarında can atdıqları məqsədləri də yoxa çıxır. Ancaq insanlar şüuraltı olaraq bunu təkzib etməyə çalışırlar.
Amma ortayaş böhranı yeni yaradıcılıq üçün təkan da ola bilər, buna həyat aktivliyinin pik həddi deyilir.
Bu, bir çox dahi insanların formalaşmasına təkan verib, ancaq bu da, nadir hallarda baş verir. Son tədqiqatlar göstərir ki, ortayaşlıların böhranından meymunlar belə əziyyət çəkir.
(http://www.bbc.co.uk/russian/science/2012/11/121120_mid_life_crisis_among_apes.shtml)
Beynəlxalq tədqiqatçılar qrupu müəyyən etmişdir ki, gənc meymunlar həyatlarından tamamilə razıdırlar, ancaq orta yaşlarında daha az zövq alırlar, qocalığa doğru isə daha da artır. Bənzər hal insanlar arasında çoxdan müşahidə olunur və bu “U-formalı əyrilik” adlanır. Bu insanların şimpanze və oranqutan arasında sıx bağlılıq olduğunu göstərir. Bu onlarda özlərinə bahalı maşın almasında deyil , onların dişilərlə daha tez tez əlaqədə olmasında özünü göstərir.
Uzun illər ərzində ortayaş böhranı insanlar və onların həyat tərzi üçün nadir hesab olunurdu. Ancaq sən demə, heç də belə deyilmiş.
Bundan əlavə, bizim əhval ruhiyyəmiz daim dəyişikliyə məruz qalır. Əhvalın yüksəlmə dövrü isə depressiya ilə əvəz olunur. Daha doğrusu, bizim vəziyyətimizin gedişində dalğavarilik hökm sürür.
Diqqət yetirin ki, əgər balaca uşaq narahatdısa və daim gülürsə , o, gecəni yatmayacaq və daim ağlayacaq. Əhvalımızda gün, ay ərzində baş verən kiçik dalğalardan başqa böyük dalğalar da baş verir. Bu, sanki dənizdə mütəmadi baş verən 9 balliq zəlzələ kimidir.
İnsanda krizis yeniyetmə dövründə-15-20 yaşlarında və 35-45 yaşlarında baş verir. Ola bilsin ki, bu təbii hal 15-20 illik fasilələrlə olsun. Yalnız bəzilərində bu, insanın daxilində və ailəsindəki tarazlıqla bağlı olaraq hiss olunmadan keçir.
Eyni hal filmdə rejissor Qvido ilə də baş verir. 2 illik tənhalıqdan sonra onun vəziyyəti getdikcə yaxşılaşır və yaradıcılığa ehtiyacı yaranır. Belə görünür ki, ortayaş böhranı olmasaydı o öz şah əsərini yarada bilməzdi.
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий