Bir gün bir adam barama tapdı. Günlərin bir günü baramada kiçik dəlik açıldı. Adam saatlarla kəpənəyin dəlikdən çıxmaq üçün apardığı mübarizəni izləyirdi..
Bir anlıq kəpənəyin artıq heç bir şey edə bilməyəcəyini düşündü və ona kömək etmək qərarına gəldi. O, baramadakı dəliyi bir qədər genişləndirdi.
Kəpənək asanlıqla baramadan çölə çıxdı, lakin onun bədəni şişmiş, qanadları isə kiçik və bürüşük idi. Adam kəpənəyi izləməyə davam etdi. O, kəpənəyin qanadlarının açılacağını və onun güclənərək uça biləcəyini düşünürdü.
Amma heç bir şey baş vermədi... Adam yardım etmək istəsə də, əvəzində kəpənəyin yaşaması üçün vacib olan maneəni məhv etdi.
Kəpənək baramanın kiçik dəliyindən çıxmaq üçün cəhd göstərməlidir ki, bədənindəki maye qanadlarına yayılsın və o zaman o uça bilsin. Həyat kəpənəyi qişasını əziyyətlə tərk etməyə məcbur edirdi ki, o, böyüyə bilsin və inkişaf etsin. Bəzən həyatda cəhd göstərmək çox vacibdir.
Əgər heç bir çətinliklərlə üzləşmədən yaşamaq imkanı bizə verilsəydi, biz çox şeydən məhrum olardıq. Olduğumuz kimi heç vaxt ola bilməzdik.
Bu müşahidənin keysər kəsiyi ilə analogiyasını aparmaq istərdik.
Keysər kəsiyi ən qədim əməliyyatlardan biridir. Qədim Yunanıstan miflərində bu əməliyyat ilə ölü anaların bətnindən Asklepi və Dionis çıxarılmışdır. 7-ci əsrin sonlarında Romada hamilə qadının can verdiyi zaman onun üzərində keysər kəsiyi aparılırdı.
16-cı əsrdə ilk dəfə olaraq fransız kralının saray həkimi Ambruaz Pare sağ qadınlarda bu əməliyyatı həyata keçirməyə başlamışdır.
Keysər kəsiyi əməliyyatı milyonlarla qadınların həyatını xilas etdi, hansılar ki uşaq dünyaya gətirən zaman ölüm riski ilə üzləşə bilərdilər.
Bu əməliyyatın aparılması üçün xüsusi göstərişlər var: ciftin gəlişi, çanağın və uşağın ölçüləri arasında uyğunsuzluq, uşaqlığın təhlükəli cırılması, dölün çanaq gəlişi və s.
Bundan başqa, hər iki gözün tor qişasında bir neçə yerdə xəlbirvari distrofiyanın olması keysər kəsiyi üçün göstərişdir. Çünki bu, gücənmə zamanı tor qişasının qopmasına səbəb ola bilər.
Lakin vaxtında aparılan larezkoaqulyasiya bu fəsadın qarşısını alır.
Amma son vaxtlar daha çox qadınlar bu əməliyyata müraciət edir. Rəsmi statistikaya görə keysər kəsiyi əməliyyatı rekord səviyyəyə çatır. Bir sıra müəlliflərin məlumatına əsasən Amerika Birləşmiş Ştatlarında bu rəqəm 20%-dən çoxdur. Azərbaycanda da oxşar vəziyyət yaranır.
Statistikaya görə, qadınlar əməliyyat stolunda vaginal doğuşla müqayisədə 5-7 dəfə daha çox ölürlər. Keysər kəsiyi gələcəkdə ola biləcək sonsuzluğun, uşaqlıqdan kənar hamiləliyin böyük risk amili kimi çıxış edir.
Belə bir fikir mövcuddur ki, keysər kəsiyi uşağa mənfi təsir göstərə bilər.
KK ilə doğulmuş uşaq bir qayda olaraq daha az dözümlüdür, çünki o, möhkəmlik “imtahanından” keçməyib.
Uşaq bu dünyada daha dözümlü olmaq üçün əziyyətlə anadan olmalıdır. Doğuş yollarını keçən zaman o, nəinki kəllənin formasını dəyişir, həmdə həyatında ilk dəfə ananın cinsi yollarında mövcud olan mikroblarla qarşılaşır. O, bu mikrobları qavrayır, onları özünə keçirdir. Ətraf mühitdən alacağı mikroblardan fərqli olaraq bu mikroblar ilk vaxtlarda onu daha yaxşı qoruyacaq. Bu yalnız insanın doğumuna yox, həmdə gündəlik həyatına aiddir. Çətinliklər insanı möhkəmləndirir. Əsas odur ki, onları dəf etməyi bacarasan.
Anesteziya üçün istifadə edilən vasitə həmçinin uşağa təsir göstərir. O, həm əməliyyat zamanı, həm də immuniteti olmayan uşağı bütün bəlalardan qorumaq üçün nəzərdə tutulmuş ilkin ana südü (ağız südü) ilə daxil olan zaman zəhərlidir.
Belə uşaqlar döşü pis götürür və çox vaxt ondan imtina edir, bununla da özlərini böyük həyatın problemlərinə, o cümlədən psixoloji problemlərə, düçar edir.
Bundan başqa, anada psixoloji baxımdan təbii doğuşun fizioloji prosesinin “natamamlığı” hissi yaranır. Çünki doğuşun özü qadın üçün böyük stressdir.
Bu halda stress çox faydalıdır, çünki doğuşdan sonra tam relaksasiyaya gətirib çıxarır, bu da bütün orqanizmə müsbət təsir göstərir.
Bu yalnız müəyyən nəticələrdir. Düşünün və keysər kəsiyi barədə qərar qəbul etməzdən əvvəl hər şeyi götür-qoy edin. Onun asan olması xəyalidir. Doğmaq üçün – hə, sonra yaşamaq üçün – yox...
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий