Səhərlər siz baş ağrısı, yorğunluq ilə yuxudan oyanırsız. Bütün bədəniniz “əzgindir”. Siz özünüzə sual verirsiz, “bu nəyə görədir”.
Mən günü yaxşı keçirtdim, hər şey normal idi. Bu vəziyyətə çox tez-tez rast gəlirsiniz. Və ya hətta baş ağrısı deyil, bağırsaq, mədə və s. ağrılarıdır.
İş ondadır ki, biz nəyisə yeməmişik, buna görə də başımız ağrıyır. Bir dəfə Sovet vaxtında televizorda bir yumoristin, deyəsən Semyon Altovun, çıxışını izləyirdim.
Onun yumoreskası təqribən aşağıdakı məzmunda idi.
Bir neçə nənə bir yerə toplanır. Onlardan biri deyir ki, bu gün mədəsi ağrıyır. Nənələrdən biri cavab verir: “Yəqin ki, nəsə yemisən". Başqası deyir, mənim nədənsə ürəyim ağrıyır. Həmin nənə cavab verir: “Yəqin ki, nəsə yemisən". Üçüncü nənə baş ağrısından şikayətlənir. Və yenə cavabında eşidir: “Yəqin ki, nəsə yemisən". Beləcə bu söz bütün xəstəliklərə aid edilir.
O vaxt nə qədər güldüyümüzü xatırlayıram. Bu cür müxtəlif xəstəliklər qidalanma ilə bağlı ola bilərmi? İndi mən başa düşürəm, “həmin” nənə necə haqlı idi. Müxtəlif xəstəliklərin yaranmasının ən mühüm amillərindən biri də "qeyri-düzgün" qidalanmadır.
Hal-hazırda bu bir çox mütəxəssislər tərəfindən qəbul edilir.
Baxaq görək düzgün, balanslaşdırılmış qidalanmanın əhəmiyyəti haqqında qəzet səhifələrində, internetdə nə qədər məqalələr, məlumatlar var. Ekologiya, "sağlam qida" haqqında deyilir. Lakin sağlam qida altında hər kəs müxtəlif şeylər başa düşür.
Hal-hazırda inanılmaz sayda müxtəlif "sağlam" pəhrizlər var, hansılar kı öz yaradıcıları tərəfindən təbliğ edilir.
Yarıvegetarian pəhrizlər, tam vegetarian, protein, qan analizinə görə və s. saysız-hesabsız pəhrizlər var. Biz də bu çoxlu pəhrizlərin sonu görünməyən cərgəsinə öz töhfəmizi vermək istəyirik.
Siz məntiqli bir sual verə bilərsiniz. Nəyə görə siz HAT Medicine pəhrizinin ən düzgün olduğunu düşünürsünüz.
Bizdə iki inandırıcı dəlil var: 1) şəxsi təcrübəmiz və xəstələrimizin təcrübəsi. 2) HAT Medicine sistemi üzrə fantastik effekt. Bu sistem HAT Medicine pəhrizinə şərtsiz riayət etdikdə 5 gün ərzində effektə nail olmağa imkan verir.
Şəxsi təcrübə
Bu 1978-ci ildə tibb institutunu bitirdikdən sonra başlamışdır.
1. Məndə xroniki prostatit əmələ gələndən sonra 2 il ərzində onu antibiotiklərlə müalicə etdim. Yaxşılaşma şiddətlənmə ilə əvəz olunurdu. Bir dəfə müalicə zamanı bel nahiyəsində bütün ağrılarım keçdi. Mən çox sevinirdim. İndiyə kimi yadımdadı soyuducunun üstünə kələm şorabasının suyu qoyulmuşdur. Mən birnəfəsə onu içdim. Bir neçə dəqiqədən sonra bel nahiyəsində yenidən ağrılar başladı. Kələm şorabasının suyu ağrıya necə səbəb ola bilərdi? Bu sual mənə rahatlıq vermirdi. Mən bu eksperimenti bir neçə dəfə təkrar etdim və hər dəfə eyni şey baş verirdi. Nəhayət, mən başa düşdüm ki, prostatitin müalicəsi zamanı mikrobların qıcqırması məhsullarından imtina etmək lazımdır. Prinsip etibarilə onlar bizim orqanizmdə olan bakteriyalarla eynidir. Onlar və ya onların toksinləri hər hansı yolla bir-biri ilə qarşılıqlı əlaqəyə girərək orqanizmdə dəyişikliklərə səbəb olur.
2. Bir müddət 3 il ərzində məndə mədə-bağırsaq traktının pozulması müşahidə edilirdi. Mən uzun müddət ancaq buxarda bişirilmiş yeməklər yeyirdim. Bir neçə dəfə müşahidə etdim ki, yeməklər arasında hansısa şirniyyat yeyəndə və hətta bir dəfə dondurma yemək istəyəndə, dərhal təkrar şiddətlənmə baş verdi. O zaman mən fikirləşdim, bir necə dondurma damcısı necə belə effekt verə bilər? Bu dəfələrlə təkrar olunurdu. Adi insan bu cür halların fərqinə varmır. Onlar yalnız xəstəlik zamanı üzə çıxır. Beləliklə, mən başa düşdüm ki, yeməklər arasında qəlyanaltılar çox ziyandır.
İnsanların müşahidəsi
Yaxın ailə üzvlərinin, xəstələrin müşahidəsi nəticəsində aşkar olunub ki, pendir və digər mikrobların qıcqırma məhsullarının çoxlu miqdarda qəbul edilməsi bəzi insanların bel ağrılarını kəskinləşdirir, bəzilərinin ayaqlarında ağırlıq və ya digər simptomları əmələ gətirir. Mən, qohumlarım və bizim müalicə etdiyimiz xəstələr bu pəhrizi uzun illər ərzində saxlayırıq. Əvvəllər biz buna xüsusi əhəmiyyət vermirdik. Bu sadəcə qidalanma qaydalarının toplusudur və onlara riayət olunmalıdır. Sonralar onların sayı artdıqca biz hamısını HAT Medicine pəhrizində birləşdirdik.
Biz anladıq. Sağlam qalmaq və lazımsız xəstəliklərdən qorunmaq üçün üç şeyə riayət etmək lazımdır: 1) HAT Medicine müalicə sistemi ilə analoji adlandırdığımız pəhrizə riayət etmək. 2) Fiziki aktivliyi saxlamaq. 3) Artıq sinir stresslərdən uzaq olmaq.
Sonra arıqlamaq üçün xüsusi pəhrizlərə keçdik. Biz təzədən velosipedi icad etməmək qərarına gəldik. Biz başa düşdük ki, onlardan bir çoxlarının yaxşı effektinə baxmayaraq, həmdə orqanizmə çox zərərli təsir göstərə bilərlər.
Bu səbəbdən biz onlardan ən yaxşısını seçmək qərarına gəldik. Eyni zamanda bədənə mənfi təsir göstərə biləcək mənfi amilləri istisna etmək lazım idi. Arıqlamaq üçün pəhriz seçərkən, biz aşağıdakı amilləri nəzərə aldıq.
Pəhriz azdan-çoxdan balanslaşdırılmış olmalı, üzun müddətli aclıq dövrü olmamalı, pəhriz qarışıq olmalıdır. Həm bitki, həm heyvan mənşəli qidalardan ibarət olmalıdır.
Biz aşağıdakı pəhrizlərdən seçim edirdik:
Kreml.
Pyer Dükan pəhrizi. Bu Kreml və Atkins pəhrizlərinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən çox gözəl bir pəhrizdir. Bir çoxları bu pəhrizi yalnız arıqlama pəhrizi deyil, eyni zamanda həyat tərzi hesab edir.
Atkins pəhrizi. İnsan qeyri-məhdud sayda ət, quş, hətta yağlı əti də yeyə bilər.
Mayo klinikasının pəhrizi.
İngilis pəhrizi.
Həmçinin bunlara bənzər bir çox pəhrizlər.
Kreml pəhrizinin mahiyyəti tərkibində karbohidrat olan qida məhsullarına ciddi məhdudiyyətin qoyulmasıdır. Bununla belə proteinli qidanın sayı məhdud deyil. Insanlarda karbohidratların çatışmazlığı zamanı qanda qlükozanın səviyyəsi aşağı düşür və orqanizm yağ ehtiyatlarını sərf etməyə başlayır. Siz çəkini itirməyə başlayırsız.
Mayo klinikasının pəhrizi nisbətən pis deyil. Yaxşısı odur ki, onlar pəhrizdən alkoqolu tamamilə xaric edirlər. Şorba fikri də pis deyil.
İngilis pəhrizində proteinli və tərəvəzli günlər bir-birini əvəz edir. Yalnız tərəvəzli günlər orqanizmə ziyandır. Halbuki ilk iki günü tam aclıqdan başlayırlar. Bu müsəlman və xristianların orucuna bənzəyir. Bu faydalı ola bilər.
Yalnız meyvələrdən (yeddi günlük pəhriz) ibarət olan pəhrizlər və ya çoxlu miqdarda pendir və kəsmikdən (pendir pəhrizi) istifadə edilən pəhrizlər çox ziyandır. Bura balqabaq, alma pəhrizləri də daxildir. Yalnız meyvə və tərəvəzlərdən ibarət qidalanma orqanizm üçün çox zərərlidir.
Xüsusilə hazırlıqsız orqanizm üçün. Hazırlıqsız orqanizm altında biz çoxlu miqdarda meyvə və tərəvəzləri qəbul etməyə öyrəşməyən orqanizmi başa düşürük.
Montinyak üzrə qidalanma. Bu qidalanma zamanı yeməkdən yarım saat qabaq meyvələri yemək məsləhət görülür, guya ki onlar yaxşı həzm olunur. Fikrimizcə, bu çox ziyanlıdır.
“Kino” pəhrizi. Bu pəhriz zamanı 3 gün qatıq, sonrakı 3 gün karbohidratlı qida yeyilir. Bu orqanizm üzərində əməlli-başlı zorakılıqdır. Yəqin ki, bu çəkinin azalmasına gətirib çıxaracaq, lakin insanlar tezliklə xəstələnə bilər və ya onlarda bir neçə ildən sonra xərçəng inkişaf edəcək.
Şəkərsiz şokoladlı pəhriz. Bu monoqidalanma həmçinin orqanizm üçün çox zərərlidir.
Pəhrizlərin çoxu şəkər, un məmulatları, makaron və s. istifadəsini qadağan edir. Bu düzgündür.
Biz bütün pəhrizləri sadalamayacağıq. Bu çox vaxt aparacaq.
Biz onların ən yaxşını seçib orqanizmə zərər verəcək və müxtəlif xəstəliklərə səbəb ola biləcək məqamları istisna edərik.
Beləliklə, Sizə iki növ pəhriz təqdim olunacaq:
Sağlamlığın qorunması və xəstəliklərin profilaktikası üçün HAT Medicine pəhrizi.
Ariqlmaq üçün pəhriz. Bu pəhrizin fərqli cəhəti onun orqanizmə mənfi təsirinin olmamasıdır.
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий