HAT Medicine

Суббота, Ноябрь 23, 2024



İnsanın fenomeni və HAT Medicine (1 hissə)

news140220131 may 1881-ci ildə Fransanın mərkəzində minilliyin ən görkəmli adamlarından biri, alim-mistik Pyer Teyar de Şarden anadan olmuşdur. Eyni zamanda paleontologiya ilə məşğul olaraq o, sinantropu kəşf edən müəlliflərdən biri idi.


Onun kahin yezuit olmasına baxmayaraq, 1957-ci ildə Vatikan dəftərxanası onun bütün kitablarının bütün kitabxanalardan və digər katolik müəssisələrdən çıxarılmasına qərar verdi. Onun əsərlərini çap etmək və mühazirələrini oxumaq qadağan edildi. O, nəyi kəşf etmişdi? Nəyə görə o, xristian kilsəsinin etimadını bu qədər itirmişdi?
Onun əsas əsəri "İnsan fenomeni” kitabıdır. Sovet dövründə nəşr olan bu kitabı mən 1987-ci ildə oxumuşam. Əsər mənə böyük təəssürat bağışladı və mən hələ də vaxtaşırı onu oxuyuram. Bu kitab Dünyanın təbiətindən bəhs edir. Uşaqlıqdan hər bir insan həyatın və ölümün nə olduğu haqqında düşünür.
Mən ölərəmmi və məndən sonra nə olacaq. Elə bir uşaq və şəxs yoxdur ki, bu haqda fikirləşməsin. Beləliklə, bu kitab elmi nöqteyi-nəzərdən və insanın məntiqi baxımından bu suala cavab verir.
Pyer Teyar de Şarden 1955-ci ildə 70 yaşında vəfat etdi, 60-70-ci illərdə isə alimlər tərəfindən Xaosun təbiəti haqqında fenomenal kəşflər edildi.
Beləliklə, Şardenin əsəri onun dünya və insan haqqında nəzəriyyəsini bir daha sübüt etdi.
Beləliklə, bu məqalənin yazılmasının əsas səbəbi yeni fraktal tibbin (Xaos tibbi) nöqteyi-nəzərindən "İnsan fenomeni" əsərinin interpretasiyasıdır.
Lap əvvəldən başlayaraq, biz sizinlə kainatın əmələ gəlməsindən təkamülün tacı – insanın yaranmasına, və daha sonra Omeqa transsendent nöqtəsinə qədər yolu keçəcəyik.
Biz elmi baxımdan insan şüürunun və Üst şüurun nə olduğunu nəzərdən keçirəcəyik. Biz Sizinlə bəşəriyyətin əldə etdiyi unikal “İnamı”, onun insanın, şüurün və Kainatın sonrakı təkamülündə olan rolunu nəzərdən keçirəcəyik.

Giriş

Burada "İnsan fenomeni" əsərindən müəllifin ilk sitatını gətirmək istəyirəm. Müəllif öz hekayəsini insan fenomeni haqqında niyə danışdığından başlayır. Niyə ona nəzər salınmalıdır? Çünki dünya haqqında bizim bütün biliklərimiz məhz daxilimizdə əks edilir.
“Dolğun yaşamaq - daha sıx birləşmək: bu əsərin yekunu və nəticəsidir. Lakin, göstərilən kimi, birlik yalnız şüurun, yəni görmənin, artması əsasında artır.
Şübhəsiz, bu səbəbdən canlı təbiətin tarixi daha mükəmməl gözlərin əmələ gəlməsindən – kosmosun dərinliklərində daha aydın görmək olur – ibarətdir.
Çox yaxşı düşüncəsi olan heyvanın mükəmməlliyi dərk etməyin gücü ilə ölçülmürmü?
Daha yaxşı görmək üçün cəhd etmək - bu kapriz deyil, maraq deyil, dəbdəbə deyil. Görmək və ya məhv olmaq. Universumun tərkib elementi olduğu hər şey varlığın sirli hədiyyəsi olaraq bu vəziyyətə qoyulmuşdur”.
Heyranedici ifadədir və heç bir əlavəyə ehtiyac yoxdur.
Müəllif deyir ki, insan hər nə edirsə (oxuyur, işləyir, sevir və s.), ancaq özünə baxır. Buna görə də, elmi baxışa nail olmaq və həqiqəti anlamaq çox çətindir.
Biz ilk növbədə “nəzərə çarpacaq” şeyləri çox vaxt görmürük. Biz əzbərlənmiş aksiomaları təkrar edirik. Təsadüfi deyil ki, obrazları fərqləndirmək üçün uşağa tərbiyə tələb olunur.
Digər mühüm qeyd. Baxmayaraq ki, insan daimi özünə baxır, eyni zamanda o, başqa adamlar olmadan, bəşəriyyat olmadan yaşaya bilməz.
İnsan – təkamülün oxu və zirvəsidir.
“İnsan fenomeni” kitabının əsas fəsilləri: həyat qabağı, həyat, fikir, Omeqa nöqtəsi.
Biz Xaos nəzəriyyəsi və HAT Medicine sistemi baxımından bu kitabın bəzi müddəalarını nəzərdən keçirəcəyik.

Elementar materiya.

Hal-hazırda məlumdur ki, bütün maddələr molekullardan ibarətdir. Molekullar öz növbəsində atomlardan təşkil olunmuşdur. Əvvəllər atomlar bölünməz hissəciklər sayılırdı. Lakin atomların kvark və elektronlardan ibarət olduğu aşkar edildi. Lakin elektron da atom kimi tükənməzdir (V.İ.Lenin).
Fiziklər indiyə qədər daha kiçik hissəciklər tapırlar. Alimlər bütün digər hissəcikləri təşkil edən ən əsas hissəciyi tapmağa çalışırlar.
Bu məqsədlər üçün Cenevrə yaxınlığında milyardlarla avro dəyərində olan böyük bir kollayder tikilmişdir.
Aşkar edilmişdir ki, kütlə ilə hissəciklər mövcud deyil. Dünyada hər şey dalğa imiş. Səs, işıq – bütün bunlar dalğadır. Hətta fikir vermisinizsə, nə qədər hamar asfalt örtüyü çəkiriksə, bir müddət sonra yol “qarmoşka”ya çevrilir.
Bəs kütlə haradan əmələ gəlir? Alim Hiqsin təxmin etdiyinə görə, elə bir elementar hissəcik mövcuddur, hansı ki dalğa ilə qarşılaşdıqda onu saxlayır və ona kütlə verir. Dalğa sanki hissəciyin içində batır və bununla da kütlə əldə edir.
Sensasiya baş verdi. Bu hissəcik Cenevrə yaxınlığındakı kollayderdə tapıldı. Bu hissəciyi Hiqs hissəciyi adlandırdılar. Bütün kütləvi informasiya vasitələri bu xəbəri yayımladılar.

Materiya üçün üç xüsusiyyət səciyyəvidir: çoxsaylılıq, vəhdət, enerji.

Çoxsaylılıq yağış damlaları, çimərlikdə qum dənəcikləri, səmada ulduzların sayı ilə ifadə edilir.
Çoxluq olan yerdə təkamül baş verir. Siz indiyə qədər Darvin nəzəriyyəsinin əleyhdarlarını tapa bilərsiniz, halbuki onun sübutları kifayət qədər çoxdur. Onlar deyirlər, “niyə indiki zamanda meymunlar insanlara çevrilmirlər”.
Bu çevrilmə yalnız Yer kürəsinin müəyyən inkişaf dövründə mümkün olmuşdur. O vaxtlar ki, yer üzündə insanabənzər meymunların müxtəlif nümayəndələri gəzirdi: sinantroplar, neandertallar, kromanyonlar və s. Yəni onların saysız-hesabsız olduğu vaxtlarda.
Məhz çoxluq genetik seçimi artırmağa imkan verir.
Yeni virus ştamplarının ən çox harda əmələ gəldiyinə diqqət yetirin. Honkonqda. Məhz Honkonq əhalinin yüksək sıxlığı ilə (çoxluq) seçilir. Deməli, virusların da yüksək sıxlığı var, çünki onlar insanlarda parazitlik edir. Məhz bu çoxluqda viruslar daha çox mutasiya edir və, dəyişilərək, yeni patogen xüsusiyyətləri əldə edir.
Sonralar bu virus bütün dünyada yayılır. Bu yayılma pandemiya adlanır. Virus o dərəcədə mutasiyaya uğraya bilər ki, insanların immun sistemi üçün artıq yeni naməlum antigen strukturuna çevrilsin.
Amma sonralar insanın immun sistemi əkszəhər tapır və yeni virusları məhv edir.
O, onları tamamilə məhv edə bilər, çünki onların şifrəsinin açarını tapmışdır. Lakin bu baş vermir, çünki virus uyğunlaşır (antigenik ştampların ifrat variantları qalır) və heç bir zərər vermədən içimizdə həll olunur. Bu siklik olaraq baş verir, o vaxta qədər ki, onlar yenidən Honkonqda və ya müəyyən ərazidə çoxluq təşkil edən quşlar arasında mutasiyaya uğrayacaq.
Beləliklə, məhz çoxluq yeni virus ştamplarının və ya bitki və heyvanların digər növlərinin əmələ gəlməsinə imkan yaradır.

Vəhdət. Hər şey bir-birinə bağlıdır. Məgər bizi heyran etmir: torpaqda ağac bitir, hansının ki meyvələrini biz yeyirik, hansının ki molekulları bizə enerji verir və bizim toxumalara keçir. Sonralar bunların hamısı torpağa qayıdır.
Lakin, yer üzündə və kosmosda mövcud olan hər bir hissəcik... eyni zamanda Kainatı doldurur. Bu inanılmaz görünə bilər, lakin bu belədir.
“Biz bir və ya digər kosmik elementi (məsələn, işıq fotonu – müəll. qeydi) hər hansı məkanda təsəvvür etsək, o, öz şüalanması ilə onun bütün həcmini dolduracaq”. Bu bir daha bütün kainatın vəhdətini və qarşılıqlı əlaqəsini təsdiq edir.
Bəs onda bizi və kosmosun bütün elementlərini nə birləşdirir? Əlbəttə ki, məkan, hansı ki inert mühit deyil, və ətraf cisimlərlə qarşılıqli təsirdədir, bəlkə də enerjinin özüdür. Bu məqamda keçmiş “yanılmalarımızı” yada salmalıyıq, o vaxtları ki, alimlər deyirdilər, bütün məkanı efir doldurur. Biz analoji anlayışlara qayıdırıq.
Mən bunun doğru olub-olmadığını bilmirəm, amma alimlərin dediyinə görə, qadınların platin və qızıla olan ehtirasları superyeni ulduzların partlayışı zamanı əmələ gəlib. Ağır metalların bəziləri bizim orqanizmə daxil olur. Superyeni ulduzlar bizdən milyonlarla işiq ili məsafədədir. Buna baxmayaraq, biz vahidik, onların partlayışları olmadan biz yaşaya bilməzdik. Beləliklə, dünyada hər şey bir-birinə bağlıdır və vəhdət təşkil edir.

Enerji. Materiyanın üçüncü tərəfi. Bizi əhatə edən hər şey, biz özümüz, dalğalar, işıq - enerjidir. Eynşteyn bizim hamımıza fantastik formula göstərdi e = mc2.
Enerji odur ki, bir atomdan başqa atoma, bir kvarkdan digərinə və s. keçir.
Hamını narahat edən sual yaranır. Ancaq indiyə qədər bu sualın dəqiq cavabı yoxdur, Kainat hardan yaranıb?
Kainatın daim genişlənməsi məntiqi olaraq bizi o anlamaya gətirib çıxarır ki, Kainat doğulduğu zaman bir nöqtədə olmuşdur və ondan sonra Böyük Partlayış baş vermişdir.
Belə hesab olunurdu ki, kainatın genişlənməsindən sonra (entropiyanın geridönməzliyi nəticəsində) onun sıxılması başlanacaq. Və bu sikl təkrar olunacaq. Lakin indi alimlər aşkar ediblər ki, genişlənmənin sürəti artır. Bəlkə sıxılma heç vaxt baş verməyəcək.
Məntiq bizə deyir ki, dünyada hər şeyin başlanğıcı və sonu var. Heçnə əbədi deyil. Hər şey dünyaya gəlir və ölür. Lakin dünyaya gəlmək üçün “valideynlər” lazımdır. Valideyn deyəndə iki fərd nəzərdə tutulur.
Ancaq Kainatın doğulması üçün iki başlanğıc lazımdır. Onlar özündən nə təşkil edir? Bu heç kimə məlum deyil.
Lakin mənim heç bir şübhəm yoxdur ki, Kainatın doğulması üçün iki başlanğıc lazım idi. Bəlkə bu parallel kainatların maddəsinin və antimaddəsinin iki güclü kvintessensiyasıdır ki, onların qarşılıqlı təsirindən Böyük Partlayış baş vermişdir.
Hal-hazırda Kainatların çoxluğundan bəhs edən simlər nəzəriyyə meydana gəlib. Bu inandırıcı səslənir. Məhz bu nəzəriyyədə bizim Kainatın başlanğıcını görmək olar.
"Böyükdə kiçiyin təzahürü var". Bu səbəbdən, Kainatın necə təşkil olunduğunu öyrənmək üçün biz bilməliyik, bizim orqanizm necə təşkil olunub.
Biz tərəfdən xroniki xəstəliklərin çox qısa bir müddətdə müalicəsi üçün HAT Medicine nəzəriyyəsi işlənib hazırlanmışdır, hansında ki Xaos qanunlarının tərifi verilmişdir.
Bu qanunların çoxunu biz dialektik materializmin qanunlarından götürmüşük.
Onlardan biri - əksliklərin vəhdəti və mübarizəsi qanunudur.

Əksliklərin vəhdəti və mübarizəsi qanunu.

Bu qanuna görə, hər hansı bir inkişaf və təkamül yalnız əksliklərin mübarizə əsasında baş verir.
Atom yalnız müsbət nüvənin onun ətrafında fırlanan mənfi elektronlarla “mübarizəsi” hesabına öz struktur bütövlüyünü saxlayır.
Dünyada elə bir elementar hissəcik yoxdur ki, onun antihissəciyi olmasın.
Hətta kişinin və qadının həyata və müəyyən obyektlərə baxışı müxtəlifdir. Kişilərdə daha çox sağ yarımkürəcik “işləyir”, qadınlarda isə - sol. Bu səbəbdən tez-tez konfliktlər baş verir. Lakin konflikt nəticəsində sevgi yaranır və uşaqlar anadan olur.

Sevgi

Qeyd etmək lazımdır ki, sevgi bütün kainata xas xüsusiyyətdir. O, yalnız insanlar üçün səciyyəvi deyil. Biz pişiyin öz balasını yaladığını, qarışqaların öz kralıçasına necə işlədiyini görəndə təsirlənirik. Məhz bu mübarizədə təkamülün spiral inkişafı baş verir.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Феномен человека и HAT Medicine (часть1)
Joomla 1.5
>