HAT Medicine

Четверг, Ноябрь 21, 2024



Misirdə baş verən hadisələrlə müxtəlif xəstəliklərin hansı qarşılıglı əlaqəsı var.

news05012012Bu yaxınlarda kütləvi informasiya vasitələri ilə belə bir xəbər yayıldı ki, Misirdəki iğtişaşlar zamanı əllidən çox kilsə yandırılıb. Bu bir çox insanların haqlı qəzəbinə və emosiyalara səbəb oldu. Bu xəbərə çoxlu şərhlər yazıldı. İnsanlar bunu sadizm və rasizm adlandırırlar.

 Mən bəzi terminlərin mənasını aydınlaşdırmaq istəyirəm.

Rasizm – insan irqlərinin fiziki və əqli fərqləri və bu irqi fərqlərin tarix və mədəniyyətə həlledici təsirə malik olması barədə müddəalara əsaslanan baxışların cəmidir (Vikipediya).
Satanizm, şeytana sitayiş etmə – XIX əsrdə xristianlığın hökmranlığına etiraz kimi formalaşan bir sıra okkult-dini təsəvvürlər, dünyagörüşlər və inanclardır, hansılarda ki İblis obrazı qüdrət və azadlıq rəmzi kimi şərh olunur (Vikipediya).
Beləliklə, bu nədir? Mənim fikrimcə, bu savadsızlığın nəticəsində əmələ gələn cəhalətdir. Cəhalət dəhşətli bir güvvədir, savadsızlıq isə (Misirdə müşahidə etdiyimiz kimi) – daha dəhşətlidir.
Savadsızlıq nə vaxt üzə çıxmağa başlayır? Dövlətdə sabitlik hökm sürəndə və insanın bir parça çörəyi olanda, o, adətən aqressiya haqqında düşünmür.
Bundan başqa, dövlətin repressiv aparatı vasitəsilə aqressiyanın qarşısı alınır. Burda da dialektik mexanizmin və ya Xaosun qanunu olaraq əksliklər özünü göstərir. Fərd və cəmiyyət. Onlar bir-birinə ziddiyyətdə olurlar. Bu zaman dövlətin demokratik və ya totalitar olması əhəmiyyət kəsb etmir. Bu işlərin normal vəziyyətidir.
Burada başqa bir maraqlı bir xüsusiyyəti də qeyd etmək lazımdır. Ölkənin əhalisi arasında savadsızlıq nə qədər çox olarsa, dövlətin inzibati resursları o qədər çox repressiv olmalıdır. Başqa sözlə, dövlət totalitar olmalıdır.
Müasir dünyada qeyri-sabitliyə və aqressivliyə biz üçüncü dünya ölkələrində rast gəlirik. Adətən üçüncü dünya ölkələrində dövlət totalitar idarəetmə sisteminə malikdir. Bu sistem özünü doğruldur. Bu dövlətlər hələ demokratiyaya hazır deyil.
Xüsusilə təhlükəli odur ki, bəzi ölkələrdə müxtəlif millətlər, fərqli dinlərə mənsub insanlar yaşaya bilər. Mərkəzi hakimiyyətin zəifləməsi baş verirsə, insanlar arasında bütün “ziddiyyətlər” üzə çıxır. Burada “günahkarın axtarışı” prinsipi işləməyə başlayır.
“Günahkar” qismində başqa milliyyətə və dinə mənsub olan insanlar çıxış edir. Bu xaos uzun çəkəcək, o vaxta qədər ki, ölkə daha kiçik hissələrə bölünəcək və yaxud yeni totalitar dövlət qurulacaq. Yeni Səddam Hüseyn peyda olacaq, lakin başqa ad altında.
Bəzi Avropa və Amerika dövlətlərinin rəngli inqilablar adı altında bu ölkələrdə demokratiyanı inadkarcasına “tətbiq” etmək istəkləri çaşqınlıq yaradır.
Gəlin Əfqanıstanda və ya İraqda avropasayağı demokratiyanı təsəvvür edək. Siz bunu təsəvvür edə bilərsinizmi? Mən yox. Bu ölkələrdə Səddam Hüseyn və ya Hafiz Əsəd lazımdır.
Bütün bunların şüurlu surətdə baş verməsi fikrini inkar etmək olmaz. Sezarın məşhur “parçala və hökm sür” prinsipi bu gün də aktuallığını itirmir.
Mən Səddam Hüseynin repressiv rejiminə heç də bəraət qazandırmıram. Lakin onun vaxtında kimyəvi hücumlara məruz qalan bəzi əhali təbəqələri arasında itkilər hal-hazırkı “demokratiya” ilə müqayisədə daha az olmuşdur. Sevincək yürüş edən və hökuməti tərifləyən insanların televiziya görüntülərini yada salaq. Biz də eyni totalitar cəmiyyətdə yaşamışıq. Və ozümüzü çox da aciz hiss etməmişik. Lakin indi qat-qat yaxşıdır. Biz bunu müqayisə edə bilərik.
Bəşəriyyət öz inkişafında müxtəlif mərhələlər keçir. O, uşaq kimidir, birinci başını tutmağı öyrənir, sonra iməkləməyə, gəzməyə, danışmağa başlayır. Bütün bunları millətlərə və hətta dinlərə aid etmək olar. Bu səbəbdən bəzi ölkələr üçün totalitar rejim ən optimal idarəetmə rejimi ola bilər.
Bundan əlavə, başqa ölkələrin daxili işlərinə qarışmamaq barədə BMT-nin əsasnaməsi hələ də qüvvədə qalır. Bu əsasnamənin müddəalarına riayət olunmur.
Lakin hal-hazırda BMT sırf formal strukturdur.
Qeyd etmək istərdik ki, Kainatda mövcud olan, xəstəliklərin əmələ gəlməsinə səbəb olan eyni Xaos qanunları həmçinin sosial dünyada özünü büruzə verir. İnsan orqanizmində mikrobların sayı bədən hüceyrələrinin sayından daha çoxdur. Bu mikroblar ancaq xarici mühitlə əlaqədə olan selikli qişalarda yerləşir. Məsələn, ağız və mədə-bağırsaq traktının selikli qişaları. Bizim üçün onlar yalnız mikroblardır, lakin əslində onlar icma (populyasiya) təşkil edir. Onlar qruplara (antigenik uyğunluğuna görə) qruplaşdırılmışdır. Bir-biri ilə və eyni zamanda “repressiv aparat”la (anticismlər və immun sisteminin digər hüceyrələri) tarazlıqda olan mikrobların başqa qrupları da vardır.
Həmin “müharibələr” insan orqanizminin selikli qişalarının mikrob populyasiyaları arasında mövcuddur. Orada selikli qişalarının mikrob populyasiyaları və insanın repressiv (immun) aparatı arasında eyni qarşılıqlı münasibətlər vardır.
İnqilab baş verəndə, o, “aşağıdan”, yəni mikrob populyasiyalarının aqressivliyinin artması zamanı, və ya orqanizmin immun sisteminin aktivliyinin azalması zamanı baş verə bilər.
Xaos qanunlarının bilməsi həm insanlarda qısa müddət ərzində xəstəliklərin uğurlu müalicəsinə (HAT Medicine sistemi bunu 5-6 gün ərzində etməyə imkan verir), həm də dünyada olan vəziyyətin obyektiv qiymətləndirilməsinə kömək edəcək.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Какая связь между событиями в Египте и возникновение заболеваний человека?
Joomla 1.5
body>