Biz oftalmoloqun müayinəsinə gələn bütün xəstələrə HAT Medicine pəhrizinə riayət etməyi tövsiyə edirik. Biz bu pəhriz haqqında xəstələrin fikirlərini bölüşmək istərdik.
Diabetik retinopatiya ilə pasiyent qadın, 58 yaş. 12 il şəkərli diabetdən əziyyət çəkir. Diabetik retinopatiyaya görə hər iki gözün lazer koaqulyasiyası aparılıb.
Bu pasiyent qadının şikayətlərinə görə, şəkəri aşağı salan dərman preparatlarının qəbuluna baxmayaraq, qanda şəkərin səviyyəsi 220 mg/l aşağı düşmür. O, öz rasionundan şəkəri praktiki olaraq çıxartmışdır, lakin qanda qlükozanın səviyyəsi yüksək qalırdı. Onun sözlərinə görə, o, həmişə acqarına çoxlu şirin olmayan meyvələr yeyirdi.
Biz ona HAT Medicine pəhrizinə riayət etməyi, və ən əsası qəbul edilən meyvələrin sayını azaltmağı və onları yalnız yeməkdən sonra qəbul etməyi məsləhət gördük. Həmçinin pəhriz üzrə başqa tövsiyələr verilmişdir.
Üç aydan sonra pasiyent qadın növbəti müayinəyə gəldi. O, bizə dedi ki, bizim sözlərdən sonra pəhrizə əməl etmək qərarına gəldi. Əvvəlcə ona bunu etmək çox çətin idi , lakin buna baxmayaraq o, bu pəhrizə riayət etmək qərarını vermişdi.
Qanda qlükozanın dəfələrlə təkrar olunan müayinələri, demək olar ki, normal idi. Endokrinoloq hətta şəkəri aşağı salan dərman preparatlarının miqdarını azaltdı.
Bu misal göstərir ki, pəhrizə riayət olunarsa qanda şəkərin səviyyəsi bərpa edilə bilər. Bəs pasiyent qadın bu pəhrizə onda diabet inkişaf etməmişdən əvvəl riayət etsəydi? Yəgin ki, diabet heç inkişaf etməzdi.
Pasiyent M.A., 67 yaş. 6 il xroniki diareyadan əziyyət çəkir. 6 il xüsusi pəhrizdə oturur. O, rasiondan qızardılmış xörəkləri, qoyun ətini, meyvələri, hisə verilmiş məhsulları tamamilə çıxartmışdır. Yalnız qaynadılmış xörəklər və parda bişmiş kotletlər yeyir. Gündə bir dəfə bir banan yeyir. Dəfələrlə müxtəlif üsullarla, hətta bir dəfə xaricdə müalicə olunub. Lakin effekt olmamışdır. Hətta İmodiumdan belə. Biz ona izah etdik ki, yalnız qaynadılmış və parda bişmiş məhsullarla qidalanmaq düzgün deyil. Orqanizm onlara öyrəşir və başqa qida mütləq xəstəliyin şiddətlənməsinə gətirib çıxarır.
Bu səbəbdən adi qidadan imtina etmək olmaz, orqanizm hər şeyə öyrəşir.
Lakin xroniki diareyanı nəzərə alaraq, biz HAT Medicine sistemi üzrə müalicənin aparılmasına qərar verdik. O, artıq müalicənin 5-ci günündə effekti hiss etdi. Lakin o, inana bilmirdi ki, diareyadan xilas olundu. O dedi ki, hələ bir ay gözləyəcək. Lakin bir aydan sonra da vəziyyəti yaxşı idi və diareyanın təzahürləri yox idi.
O, bizdən üzr istəyərək, öz sağalması barədə videoçəkilişdən imtina etdi. Biz təkid etmədik, çünki o mənim oğlumun dostunun atası idi. Ən əsası odur ki, o HAT Medicine pəhrizinin köməyi ilə qidalanmağa başladı. Hətta öz rasionuna tədricən qoyun ətini və yağlı əti daxil etdi.
Xolesistit ilə xəstə K.S., 43 yaş. Onu sağ qabırğaaltı nahiyyəsində, bəzən tutmalar şəklində, tez-tez ağrılar narahat edirdi. Ağızda acılıq hissi var idi və qəbz ilə ishal bir-birini əvəz edirdi.
Biz bildirdik ki, bizim metodika üzrə müalicə apara bilərik, lakin əvvəl HAT Medicine pəhrizinə riayət etmək daha yaxşı olardı. Əgər kömək etməsə, onda biz müalicəni apararıq.
Lakin xəstənin sağ qabırğaaltı nahiyyəsində ağrılar əhəmiyyətli dərəcədə azaldı. O, özünü daha yaxşı hiss etməyə başladı və hətta müalicəyə ehtiyac olmadı.
Son tədqiqatlar göstərir ki, qeyri-düzgün həyat tərzi zamanı bizim genetik zülallar dəyişə bilər. Yəni, qeyri-düzgün qidalanma hətta genetik səviyyədə əks oluna bilər.
Buna görə HAT Medicine pəhrizinə diqqət yetirin. Bu pəhriz dərsliklərdə təsvir olunmayıb və İnternetdə yoxdur. Bu pəhriz xəstəliklərin müalicəsində və profilaktikasında tamamilə yeni yanaşmalara əsaslanır. HAT Medicine sistemi üzrə xəstəliklərin müalicəsini çox qısa bir müddət ərzində aparmaq mümkündür.
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий