HAT Medicine

Четверг, Ноябрь 21, 2024



Məktəbəqədər və məktəb yaşlı uşaqların qidalanması (hissə 3).


news27042013Yenidoğulmuşun qidalanması ilə eyni olmalıdır. Uşaq yalnız aclıq hiss edəndə yeməlidir. Lakin nəzərə alsaq ki, uşaq məktəbə gedir, onun müəyyən rejimi olmalıdır.

Ona görə də uşağın acmasına qədər gözləmək yox, qidalanma rejimi yaratmaq lazımdır.
Elə məktəblər var ki, orada uşaqlara yemək verilir və ya onlar özləri yeyirlər. Adətən bu zaman uşaqlar şıltaqlıq etmir, bütün yoldaşları kimi yemək yeyirlər. Nümunə yoluxucudur. Ana südünün tərkibində ananın qəbul etdiyi heyvan və bitki mənşəli yeməklərin qidalandırıcı “ekstrakt”ı var. Buna görə də uşaq lazımi miqdarda qarışıq yeməklərdən istifadə etməlidir.
Mən uşaqlıqdan xatırlayıram ki, səhər yeməklərini xoşlamırdım. Bizim qulluqçu qadın çox vaxt səhər yeməyində təkid etmirdi, və anama deyirdi ki, mən yemişəm. Bu mənim çox xoşuma gəlirdi. Sonralar isə mən əlimə keçəni yeyirdim. Və daima xəstələnirdim. Bəzi dietoloqlar da deyir ki, səhərlər yeməmək olar. Bunu təkamül baxımından izah edirlər. Səhər oyananda heyvanlar hələ qida tapmayıblar. Onlar onu tapıb sonra yeməlidirlər.
Səhər yeməyinin zəruriliyi barədə bizim qəti fikrimiz yoxdur. Mən özüm səhər yeməyini möhkəm yeyirəm və bunun lazım olduğunu düşünürəm.
İkinci günorta yeməyi lazımdırmı?
Əvvəllər ikinci günorta yeməyinə uşaqlara peçenye ilə çay və ya süd verirdilər.
Uşaq və insan hər şeyə öyrəşir. Əgər kimsə həmişə eyni vaxtda qidalanır, məsələn, süd içir və ya bir alma yeyirsə, orqanizm buna öyrəşir və bu ona artıq mənfi təsir göstərmir. Beləliklə, əgər sizin uşaqlar ikinci günorta yeməyi vaxtı müntəzəm yeyirdilərsə, ondan imtina etməyə ehtiyac yoxdur.
Süd.
Süd - zülal tərkibli bir məhsuldur, və insanlarda bu zülalları parçalayan fermentlərin istehsalı getdikcə azalaraq dayanır. İndi belə bir ehtimal mövcududr ki, hətta uşaq ölümü də süd məhsullarının qəbuluna görə baş verir.
Əgər uşaq körpə yaşlarından süd içirsə, onu süddən məhrum etmək lazım deyil. Onda bu ferment mövcuddur, və süd orqanizmə mənfi təsir göstərmir.
Lakin südü səhər yeməyi vaxtı, həmçinin qəhvə və ya kakao ilə içmək məsləhətdir.
Əgər uşaq körpə yaşlarından süd içmirsə, yaxşı olardı ki, bu məhsul ona süd şəklində verilməsin. Əvəzində onun məhsullarından istifadə edə bilərsiniz: kəsmik, qatıq. Südü manna, düyü sıyığında və s. istifadə edə bilərsiniz.
Şirniyyatlar.
Uşaqlar şirniyyatları çox sevirlər. Onları uşaqlıqdan konfet, pirojna və digər şirniyyatları yeməməyə öyrəşdırmək lazımdır. Bu çox zərərlidir. Lakin bu mümkün deyilsə, mən öz nəvələrimə yalnız yeməkdən sonra bir və ya iki konfet verirəm.
Biz bu prinsipə riayət etməyə çalışırıq.
Məktəb yaşında şirniyyatların qəbulu şəkərli diabetin əmələ gəlməsinə səbəb olmur. Lakin şirniyyatların qəbulu kariyesin inkişafına gətirib çıxara bilər. Həm şəkərli diabet, həm kariyes mədə-bağırsaq attraktorun simləridir. Orda isə bir dominantlıq prinsipi fəaliyyət göstərir. Bir xəstəlik olanda, həmin attraktorda ikincisi ola bilməz.
Meyvələr.
Meyvələrin faydası haqqında çoxlu yazılara baxmayaraq, böyük miqdarda onlar orqanizmə mənfi təsir göstərə bilər. Biz meyvələri yalnız yeməkdən sonra və kiçik miqdarda yemək məsləhət görürük. Xüsusilə də çiyələk və ya qarpız çıxandan sonra, onlara dərhal “cummaq” olmaz. Biz qarpızdan zəhərlənmələr barədə çox eşidirik. Əslində bu, çoxlu miqdarda qarpızın acqarına qəbulu ilə bağlıdır. Əsas yeməklər arasında yüngül yeməkləri tamamilə istisna etmək lazımdır.
Uşaqlar qeyri-müntəzəm qidalanırlar. Xüsusilə onları məktəbə göndərəndə, onlar yemək yemir, sadəcə qəlyanaltı edirlər. Ya şokolad, ya peçenye, ya çips və s. yeyirlər. Bu çox zərərlidir. Gənc orqanizmin buna necə dözdüyünə yalnız təəccüblənmək olar. Uşaq bilməlidir ki, yeməklər arasında sudan başqa heç nə qəbul etmək olmaz.
Şirələr.
Hər yerdə yazılır ki, şirələr orqanizm üçün faydalıdır.
Lakin təbiətdə onlara nadir hallarda təmiz şəkildə rast gəlinir.
Əgər şirələri ilk dəfə qəbul edirsinizsə, onlar ilk vaxtlarda orqanizmə mənfi təsir göstərir. İnsan bunu görməyə bilər.
Bu səhəri gün baş ağrısı və ya kariyesin inkişafı ilə özünü büruzə verir. Lakin uşaq bunu dərhal hiss etmir.
Biz yeməkdən sonra və ya yeməkdən 10 dəqiqə əvvəl şirələri qəbul etməyi məsləhət görürük. Üzüm şirələrini və ya hazır meyvə qarışıqlarını qəbul etməyi qəti surətdə məsləhət görmürük.
Uşağın bütün vərdişlərinin bünövrəsi erkən yaşından qoyulur.
Uşağın pəhrizə düzgün riayət etməsi yalnız məktəb yaşlarında deyil, həm də bütün həyatı boyu onun sağlam inkişafının rəhnidir.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Диета HAT дошкольного и школьного возраста (часть 3)
Joomla 1.5
dy>