Uzaq bir qohumum mənim nöqteyi-nəzərimcə düzgün həyat tərzi sürürdüdüzgün həyat tərzi keçirtmirdi. Bu ondan irəli gəlirdi ki,o əlinə düşəni yeyirdi.
Həddindən çox yeyirdi. Hər gün çoxlu miqdarda turşudan istifadə edirdi. Yemək arası fasilələrdə də, nəsə yeməyi çatdırırdı. Çoxlu şirin su içirdi. Üstəlik oturaq həyat tərzi də sürürdü. Onun qarnı çox böyük idi . Hipertoniyası vardı. Mənə təəccübləndirən, o idi ki, bu qədər çox yeməsinə baxmayaraq heç bir yeri ağrımır. Mən elə fikiləşirdim ki, onda şəkərli diabet inkişaf etməlidir.Ancaq bu yaxınlarda eşitdim ki, bağırsaq xərçəngi ilə bağlı əməliyyat olunub.
Bu barədə başqa bir misal göstərmək istərdim. Mənim bir tanışım oturaq həyat tərzi keçirirdi. İşdə daim şirin içkilər içməklə, o da, kökəldi. Birdən birə arıqlamağa başladı və müayinə zamanı qanında şəkər olduğu üzə çıxdı.O qədər arıqlamışdı ki, onun bu qədər kök olduğuna inanmırdım.
Hər iki hala nəzər yetirək. Hər ikisi oturaq həyat tərzi keçirmiş və düzgün qidalanmamışdı. Bundan əlavə hər ikisində piylənmənin inkişaf etmiş forması var idi. Əgər bunlardan hansısa sizdə baş vermiş olsaydı hansının yerində olmağı seçərdiz? Təbii ki, şəkər xəstəliyi olanın yerində. Şəkər diabeti ilə, onun vəziyyətində çox il yaşamaq olar, ancaq bağırsaq xərçəngi ilə isə yox.
Eyni cür həyat tərzi və piylənmə bir halda xərçəng xəstəliyinə, digər halda isə diabetə gətirib çıxartdı. Məsələ ondadır ki, bu, təsadüfdən asılıdır. Bir xəstədə yalnış həyat tərzi başqa xəstəliyə, digər hallarda isə başqa, və ya istənilən xəstəliyə gətirib çıxara bilər. Bu bir növ qəpik atmaya bənzəyir. “Qartal” və ya digər tərəfi düşə bilər. Ancaq insan orqanizmində təsadüfi heçnə yoxdur. Ancaq kiçik dəyişikliklər ( “kəpənək” simptomları) var ki, tarazlığı ya bir istiqamətə (şəkər diabeti) ya da başqa istiqamətə (xərçəng xəstəlikləri) dəyişə bilər.
Bu cür faktorlar çoxdur,amma onlardan ən əsası pəhrizin pozulması xarakteri, stress faktorları, hər gün yerinə yetirilən yük (hansı əzələlərin iştirak etməsi) irsilik meyli və s. Bu adlanan bütün dəyişikliklər “Fraktal yolu”nun fəaliyyətinin hansısa istiqamətdə bölüşdürülməsinə gətirib çıxara bilər. Hatmedicine sistemi üzrə "Fraktal yolu" nun - bu fraktal konfiqurasiyasının müəyyən sindromunu doğuran sahələrdə yerləşən bir qrupdur.
Beləliklə, şəkərli diabet, piylənmə zamanı və normal həyat rejiminə əməl edilmədiyi vaxtda digər daha ağır xəstəliklərin qarşısını alan hesab olunur.
Şəkərli diabet insana bir müddətlik möhlət verir. Onun yaranmasından sonrakı bir neçə il ərzində sabit dövr müşahidə olunur (zəruri hallarda qanda qlükoza səviyyəsinin tənzimlənməsi),ancaq bir müddət sonra isə müxtəlif ağırlaşmalar baş verə bilər: ayaq tərəfdə olan ağırlaşmalar, diabetik retinopatiya və digər fəsadlar. O cümlədən də xərçəng fəsadları.
Belə hesab edilir ki, şəkər diabetinin artması döş xərçənginin inkişaf etmə riskini artırır. Ancaq eyni zamanda bəzi müəlliflər qeyd edirlər ki, antidiabetik vasitə olan Metformin qəbul edən insanlar ürək xəstəliklərindən daha az əziyyət çəkirlər və xərçəng xəstəliyi də daha az yaranmış olur.
Becky McCall. Metformin Protects Against Cancer in Type 2 Diabetes. // From Medscape Medical News http://www.medscape.com/viewarticle/709790
Bəzi alimlərin hesablamalarına görə, şəkər xəstəliyindən əziyyət çəkən insanların 38%-i bu xəstəlikdən əziyyət çəkməyən insanlara nisbətən daha çox xərçəng xəstəliyinə tutulur.
(http://saharniy-diabet.com/rak-i-saharnyy-diabet-onkologiya-opuholi).
Koreyalı alimlər göstərmişlər ki, şəkərli diabet-xərçəng vəhdəti tez-tez qarşılaşırlar.Ancaq bunda günahkar insulundir. Digər alimlər hesab edirlər ki, şəkərli diabet öz özlüyündə xərçəng xəstəliyini törədə bilər.
Amma biz diqqət yetirmişik ki, aparılan bütün araşdırmalar xərçəng xəstəliyinin yaranma yaşını nəzərə almıyıblar. Biz hamımız bir gün öləciyik. Ölümə səbəb isə hansısa xəstəlik ola bilər. Yaşa dolduqca isə bu xəstəlik daha çox xərçəng olur.
Şəkərli diabetin epidemiologiyası.
Görünür, şəkərli diabet olarkən xərçəng daha böyük yaşlarda yaranır, nəinki diabet olmadıqda. Bu kimi tədqiqatlar keçirilməmişdir.II tipli şəkər xəstəliyinin ilk dalğası 40 yaşından sonra baş verir. Ən pik nöqtəsi 60 yaşdan yuxarı insanların üzərinə düşür.
Xərçəngin epidemiologiyası
Xərçəng xəstəliyinin yaranma ehtimalı dramatik şəkildə yaşa dolduqca daha da artır. Onkoloji xəstəliklərin ehtimalı yaşla kəskin artır: ABŞ-da xərçəng xəstələrinin üçdə iki hissəsi 65 yaşdan yuxarı, 39 yaşına qədər olan 58 kişidən və 52 qadından 1-i xəstələnir; 40-59 yaşda olan 13 kişidən və 11 qadından 1-i, 60-79 yaşlarında olan 3 kişidən və 4 qadından 1-i xəstələnir.
Göstərilənlərdən belə görünür ki, şəkərli diabet xərçənglə müqayisədə daha gənc yaşlarında yaranır. Belə ki, əvvəllər yaranmış şəkərli diabet ilk vaxtlar xərçəng xəstəliyinin qarşısını ala bilər.
II tip şəkərli diabetin yaranma riskini nə azaldır? Fiziki yük. Bir çox insanlar elə düşünürlər ki, şirin şeylərdən imtina etmək şəkərli diabetin yaranması riskini azaldır. Amma bu, belə deyil. Karbohidratlar insan orqanizminin 60%-ni təşkil etməlidir. Sadəcə bunlar sadə karbohidratlar (peçenye,tort,konfet) deyil, (məsələn,sıyıq,meyvələr) olmalıdı. Bax elə, həqiqətən də şəkərli diabet riskini azaldan fiziki yükdür,hansı ki insulin hüceyrələrinin həssaslığını təkmilləşdirir . Bundan əlavə idmanla məşğul olarkən də insan çəki itirir və xəstələnmək riski də azalır. Tənəffüs gimnastikasının şəkərli diabetin inkişafına heç bir təsiri yoxdur.
II tip şəkərli diabetlə xəstəliyinə tutulmaq riski nədən asılıdır? Bu insanın özündən asılıdır. Çoxları düşünür ki, əgər valideynləri və ya yaxın qohumları şəkərli diabetdən əziyyət çəkiblərsə,o zaman ondan qaçmaq mümkün deyil. Əslində bu heç də belə deyil. Əlbəttə, irsiyyət rolu var. Amma əgər insan da sağlam həyat tərzi keçirsə, düzgün qidalansa, ən başlıcası isə normal çəkiyə malik olsa, onda şəkərli diabetn inkişaf ehtimalı azalacaq.
Ən maraqlısı odur ki, şəkərli diabet və xərçəngdən qaçmaq olar. Hər şey sizdən asılıdır. Aşağıdakı tövsiyələrə riayət etmək lazımdır.
1. Hatmedicine pəhrizi tutun
2. Şirin içkilər, əsasən də çox miqdarda içməyin. ABŞ-da olarkən bizi təəccübləndirən o idi ki, demək olar , hər kəs əlində böyük stəkanda şirin içki ilə gəzir. Onları içmək, sadəcə, mümkün deyildi.
3. Çəkinizə nəzarət edin.
4. Aktiv olun. Gündə ən uzağı 2 saat gəzin. Heç olmasa gündə 2 dəfə yarım saat müddətinə.
5. Az oturmağa çalışın, xüsusən də televizor qarşısında.
6. Heç nə sizi əsəbləşdirməsinə izn verməyin. Stress , bütün xəstəliklərin,o cümlədən də xərçəngin inkişafına səbəb olur.
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий