HAT Medicine

Четверг, Ноябрь 21, 2024



Baş-beynin insultu (mədə-bağırsaq attaraktoru)

news23042015Mənim 48 yaşlı uzaq qohumum qəfil huşunu itirdi.Təcili tibbi yardım çağırıldı və onu baş-beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirdilər. Bir gün sonra o özünə gəldi.

Qohumları onu Sankt-Peterburqa aparmaq istəyirdilər, amma vəziyyəti yaxşılaşdı. Nəhayət onu reanimasiyadan adi palataya keçirtməliydilər. Lakin hadisə şənbə günü baş verdiyi üçün bazar ertəsini gözləməli oldular.
Onun vəziyyəti elə yaxşılaşmışdı ki, o, hətta qalxıb həyat yoldaşı ilə söhbətləşirdi.Birdən o tum çırtlamaq istədi və onun üçün bir xörək qaşığı tum təmizləyib ona verdilər. O tumu acqarına qəbul etdi.
Axşam onun vəziyyəti qəfil yenidən pisləşdi və sonu ölümlə nəticələndi.
Belə halda sual yaranır ki, bu hadisədə tum səbabkardır, yoxsa bu sadəcə bir təsadüf idi?
Mənim şəxsən bu hadisəyə tumun səbəbkar olmasına heç bir şübhəm yoxdur.
Öz müşahidələrimə əsasən baş-beyinin damarlarının sklerozunda (dissirkulyator ensefalopatiya) “döşəmə tipli” göz dibi olur.
Mənim 1997-ci ildə metodik vəsaitim çıxıbdır.
Bizim yanımıza 50 yaşından yuxarı xəstələr gələndə mən tor qişada “döşəmə “ görəndə dərhal xəstədən baş gicələnmə və yaddaş zəifliyindən əziyyət çəkirmi, ya yox deyə soruşuram. Xəstələrim də mənim bunları bilməyimə təəccüb edirlər. Mən təmkinimi itirmədən növbəti sualı verirəm “Sizin 6 il əvvəl mədəniz və ya bağırsağınız sizi narahat edibmi? ” Xəstələr “bəli” deyə sualımı cavablandırırlar.
Bir dəfə bizim yanımıza miqrenə bənzər güclü baş ağrılarından 3 ildən bəri əziyyət çəkən xəstə gəldi. Və biz ondan 3 il əvvəl mədə və ya bağırsağının onu narahat edib-etməməsini sorğu-sual etdik.

Cavab olaraq dedi ki, yox narahatlığı olmayıb ,amma 3,5 il əvvəl xolosistoektomiya üzrə əməliyyat olunubdur. Onu uzun müddət qabırğaaltı ağrılar narahat edibdir.
Xolesistit elə həmin “mədə”dir.
Bu minvalla mədə-bağırsaq attaraktorunun xəstəliyi miqrenə dönübdür. Bunu anlamaq üçün gərək mədə-bağırsaq attaraktorunun fəaliyyətindən məlumatlı olasan. Bu bir hüceyrəli orqanizmli heyvanlardan sonra yaranan ən ilk klinik attaraktordur. Məhz mədə -bağırsaq attaraktoru (xüsusilə mikrob hüceyrələrinin selikli qişalarında antitellərlə tarazlıq halında yerləşən) bütün attaraktorun funksional qabiliyyətini təyin edir.

Mədə-bağırsaq klinik attaraktoru təkcə mədə-bağırsağa cavabdeh deyil, o, ürək, mədəaltı vəzi, qalxanvari vəzi, baş-beyin, yuxarı ətrafları da əlaqələndirir.
Onun klassik simptomatikası:başda, boyunda, sol kürək, altı sol qabırğa altı və bəzən dizdə olan ağrılardır. Tez-tez əllər soyuq olur (diareya)
İstənilən attaraktorun özünəməxsusluğu vardır.İstənilən zaman kəsiyində bir fəal sim ola bilər.Attaraktorun “sim”i nədir? Attaraktorun simi özündə müəyyən orqan və sistemi sözü gedən attaraktor çərçivəsində təmsil edir bu orqana məxsus simptomlarla xarakterikdir.
Belə ki, mənim qohumumda baş-beyinə qansızma mədə-bağırsaq attaraktorunun pozulması ilə əlaqədar idi.

Baş-beyin o zaman kəsiyində “fəal sim” idi. Ona görə də acqarına tum qəbul etmək (bu mədə-bağırsaq üçün çox təhlükəlidir) ölümcül faktor oldu.

news24042015

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Home
Joomla 1.5
y>