HAT Medicine

Суббота, Ноябрь 23, 2024



DNT-siz irsiyyət. Bu mümkündürmü?

news16012015Övladlarım dünyaya gələndə (yazar "Elm dünyasında" məqaləsinin müəllifi və Vaşinqton ştatı Universitetinin professoru Maykl Skinerdir) əmin idim ki, onlar DNT kodlarının təxminən yarısını məndən alıblar.

O vaxtlar DNT-nin spermatozoid və yumurta hüceyrədən embriona verilməsi artım zamanı irsi məlumatın yeni nəsil tərəfindən alınması üçün yeganə üsul hesab edilirdi. Məlum oldu ki, bu tam olaraq belə deyil.

Mən məktəbdə biologiya öyrənəndə bizə Lamark və Çarlz Darvinin nəzəriyyələri haqqında danışmışdılar. Lamarkı nəzəriyyəsinə görə, əldə edilmiş xüsusiyyətlər (misal üçün, zürafənin boynunu daima düz tutması) irsiyyətdə möhkəmlənə bilər.
Çarlz Darvinin nəzəriyyəsinə görə, yeni nəsil canlılara yalnız faydalı mutasiyalar üstünlük verir. Mutasiya nəticəsində daha uzun boynu olan zürafələr yaşamaq uğrunda mübarizədə daha böyük üstünlüyə malik olur.
Darvinin nəzəriyyəsi haqlı hesab edilir. Və bu ədalətlidir. Lakin nəzərə almaq lazımdır ki, bəzən əldə edilmiş qeyri-irsi amillər də yeni nəslə ötürülə bilər. Belə çıxır ki, Lamark da qismən haqlıdır?
Mayk Skinerin laboratoriya canlıları üzərində apardığı tədqiqatın nəticələri göstərir ki, ətraf-mühitin çirklənməsinə səbəb olan bir sıra maddələr, o cümlədən kənd təsərrüfatı kimyəvi preparatları, geniş yayılmış plastmaslar süni şəkildə xəstəlik törədən epigenetik (DNT ilə əlaqədar olmayan) dəyişikliklər yarada və irsi olaraq ötürülə bilər.
Epigenetika
Bu nədir? Fantastika? Epigenetika çox sürətlə inkişaf edir. Epimutasiyalar yalnız laboratoriya canlılarında deyil, biz insanlarda da nəsildən nəslə ötürülə bilər.
Maykl Skiner hamilə siçovullara hamiləliyin siçovul embrionlarında cinsiyyət orqanlarının inkişafı ilə xarakterizə olunan ikinci həftəsi ərzində kimyəvi maddələr daxil etmiş və nəticədə məlum olmuşdur, demək olar ki, bütün yeni doğulmuş erkək siçovullar çox aşağı həyat qabiliyyəti olan azsaylı spermatozoidlər yetişdirən və kifayət qədər inkişaf etməmiş xayalarla böyüyürlər.
Lakin bir dəfə Assistent səhvən eksperiment nəticəsində doğulmuş, lakin aralarında qohumluq əlaqəsi olmayan (müxtəlif genetik xətlər) erkək və dişi siçovulları cütləşdirdi.
Və məlum oldu ki, bu siçovulların balaları arasında eksperiment xəttinin ikinci nəslinin erkəklərinin 90%-dən çoxu eyni anomaliyanın daşıyıcısı olmuşdur. Nəticə gözlənilməz idi. Axı DNT dəyişməmişdi.
Təcrübə davam etdi. Həm üçüncü, həm də dördüncü nəsildə kifayət qədər inkişaf etməmiş xayalara malik siçovullar var idi.
Bunu xarici təsirin siçovullarda kişi cinsli embrionlarda cinsiyyət orqanlarının düzgün inkişafını pozan epimutasiya yaratması ilə izah etmək olar.
Və bu elm dairələrində ildırım təəssüratı doğurdu. Elmi jurnalların səhifələrində epimutasiya əleyhinə və lehinə mübahisələr başlandı. Müşahidə olunan effektlər klassik genetika sxemlərinə qətiyyən uyğun gəlmirdi, bu səbəbdən pozğunluqların səbəbinin DNT mutasiyalarında deyil, epigenetik dəyişikliklərdə olmasını demək üçün bütün əsasımız var.
Epigenetik amillər DNT-nin yanında yerləşən və fəaliyyəti ilə təsir edə bilən metilləşmiş molekul qrupundan ibarət ola bilər.
Təsəvvür edirsinizmi, insan qida məhsulları ilə birlikdə nə qədər kimyəvi maddə qəbul edə və bu bizdə, gələcək nəsildə özünü necə göstərə bilər?!

Ədəbiyyat. Maykl Skiner (Michael K. Skinner) DNT-siz İrsiyyət. “Elm dünyasında”, 2015 №1, с. 93-101.

 

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Home
Joomla 1.5
>