HAT Medicine

Суббота, Ноябрь 23, 2024



Toyalar və `Qırmızı` gözlər

 news17112012Azərbaycan toylarında valideynlər övladlarının ailə qurmasından xeyli qabaqdan hazırlaşmağa başlayırlar.

Qızlara tədricən cehizlər (qab-qacaq,yataq dəsti) alınır, mebel üçün pul toplanır. Sovet dövründə qıtlıq olduğundan xaricdən gətirilmə sabunlarla kifayətlənirdilər.Bunların hamısını əvvəlcədən yığaraq xüsusi çamadanlarda saxlayırdılar və qohumlar gələndə hamısını göstərərdilər.

Oğlan uşaqlarını isə valideynləri mənzillə, brilliyantla  və qızılnan təmin etməli idilər. Amma ən əsası toyun statusa uyğun olaraq keçirilməsi idi. Əvvəllər toylar qadınlar və kişilər üçün ayrı-ayrılıqda keçirilərdi. Daha sonralar Sovet dövründə şəhərdə toylar birgə keçirilməyə başlandı. Kişilər və qadınlar üçün keçirilən ayrı-ayrı toylara hələ də respublikamızın bəzi rayonlarında rast gəlmək mümkündür.

 Bu yaxınlarda belə toyların birində iştirak etdim. Ancaq kişilər üçün böyük çadırlar qurulur və dəvət olunmuş yerli müğənnilər ifa edir. Rayonda hörmətli şəxsin toyuna bütün hörmətli qonaqlar dəvət edilir. Ən maraqlısı odur ki, toya baxmaq və müğənniyə qulaq asmaq üçün çadırdan 10 metr aralıda qadınlar və uşaqlar üçün stullar düzülmüşdür. Bir neçə cərgə ilə düzülmüş stullar sanki teatrı xatırladırdı.Ətrafda isə uşaqlar qaçışırdılar. Canlı ifa toyu daha da maraqlı edir amma musiqi çox yüksək səslə ifa olunurdu. Yanındakı insanı isə tamamilə eşitmək olmur. Öncədən qonaqlar milli musiqiləri ,daha sonra isə rus və xarici estrada musiqisinin sədaları altında rəqs edirlər. Sonda hamı rəqs edir, xüsusilə də gənclər.

Süfrə toyda ən vacib məsələlərdən hesab olunur. Süfrələrdə hər cür nemətə rast gəlmək olar. Cürbəcür pendirlər, kolbasalar, dörd növdə salat (hamısı mayonezlə) , blinçiklər (ətli və kəsmikli),az miqdarda qara və qırmızı kürü.Cürbəcür növ soyutma toyuq və şorabalar.Bunlar hamısı əvvəlcədən verilir.

 Daha sonra süfrəyə hisə verilmiş balıq, qızardılmış asetrin,  tikə kabab, lülə kabab, hinduşka kababı, ayrıca çubuqda delikateslər, göbələk supu, qızardılmış qaraciyər və bildirçin əti gətirilir. Mənə elə gəlir ki, nələrisə yaddan çıxarda bilərəm.

Sonda milli geyimdə olan rəqqaslar öz rəqsləri ilə boyük qablarda məclisə plov gətirirlər. İlkin olaraq plovu yeni evlənənlərə təqdim edirlər və bəy plovu gətirənlərə şirinlik verməlidir. Sonda qonaqlara çayla tort və dondurma təqdim olunur.

Toyda göstərilən xidmət xüsusi qeyd olunmalıdır. Yeməyi yeyib bitirməyə macal tapmamış qabını dəyişəcəklər və tez-tez istəklərinlə maraqlanacaqlar. Yeməyə və içkiyə əl ki uzatmaq istəyirsən ki, ofisiant səni qabaqlayır və istəyini yerinə yetirir.  Süfrədə cürbəcür bahalı konyaklar, araqlar, pivələr, soklar olur.

Toyda müxtəlif cür maraqlı şoular keçirilir. Son zamanlar hətta yeni cütlüklər də nəsə fikirləşirlər. Məsələn, duet oxuyur və ya birgə hazırlanmış rəqs nömrələri təqdim edirlər.

Foyedə yüksək səsli musiqidən dincəlmək olar. Həmçinin pulsuz çay, kofe, şirniyyat və doğranmış meyvələrdən də dadmaq olar.

Qabaqlar cehizi əvvəlcədən yığmaq vacib idisə, indi toy üçün qənaət etmək daha vacibdir. Belə toylar müxtəlif qiymətlərdə olur. Təxminən adambaşı 80-100 manat, toyun statusundan asılı olaraq hər kəs ortalama 100 manat gətirir (120 dollar). Əvvələr pul yığmağa daha çox üstünlük verilirdisə indi tanışların toyunda iştirak edirlər. Çünki onlar bilirlər ki, kimlərin toylarında iştirak ediblər həmin insanları da dəvət edəcəklər.

Çox insanlar üçün toy məsrəfdi. Məni məyus edən odur ki, toyda yığılan pulla cütlükləri səyahətə göndərmək olardı. Amma bu ona görə mümkün olmur ki, ən yaxşı halda  toy sahibi toyun xərcin çıxarda bilir. Prinsipcə mütəmədi olaraq tanışlarının, qohumlarının toyuna gedərək pulun hamısını o özü ödəyir.

Ən məyusedici hallardan biri isə, toydakı bütün yeməklər israf olunur. Hətta minumunu belə yemək mümkün olmur. Yüksək səsli musiqi də həzmə mane olur. Bəzən elə olur ki, toydan evə ac qayıdıram.

Əsas odur ki, praktiki olaraq hamıda hansısa sindromlara rast gəlinir. Mən bilərəkdən toyun ertəsi günü nə olduğunu öyrənmək üçün onları sorğu sual edirəm.

Simptomları artan sırayla sadalayıram:

Tez tez sidiyə getmə, baş ağrısı, göz qızartısı, qurşaqda ağrılar, mədə ağrısı, mülayim ishal, yüksək təzyiq,bel ağrıları müşahidə olunur. 

Hansı məhsullar qeyd olunan simptomları yaradır? Əlbəttə spirtli içkilər, şorabalar, salatlar. Hamısı mikrob fermentasiyasıdır. Xüsusən də salatlarda müşahidə olunur, çünki hər birində tərkibində sirkə olan mayonezdən istifadə olunur.

Bundan başqa dəyişkənlik əsas amil ola bilər. Dəyişkənlik bizim üçün xarakterik deyil, məhz buna görə də toydan sonra bəzi insanlarda mədə-bağırsaq traktının pozulması müşahidə olunur. 

Toydan sonra hər bir insan hansı tərəfindən daha hərəkətli olduğuna əmin ola bilər. Həyatın hər bir anının özünəməxsus əlamətləri var. 

zi insanlarda davamlı olaraq gözlərin qızarması, bel,baş ağrıları və digər simptomlar müşahidə olunur. Bu simptomlar hər bir insan üçün xarakterikdir və toydan sonra bunlar daha da güclənir. Simptomlar bir neçə günə və ya daha tez keçə bilər. (heç bir müalicə tələb etmədən)

Hətta poxmel simptomu da müvəqqəti xəstəlik olub, baş ağrıları, tez-tez sidiyə getmə, əzginliklə müşayiət olunur. Məgər tez –tez sidiyə getmə (spirtli içki qəbulundan sonra qısamüddətli təzahür edən) xroniki prostatitin simptomu deyil mi? Baş ağrısı isə mədə-bağırsaq attraktorunun zədələnməsinin klassik simptomudur.

Bu simptomların üzə çıxması orqanizm üçün lazımlı ola bilər. Əsas odur ki bu vərdiş halını almasın.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Home
Joomla 1.5
>