HAT Medicine

Четверг, Ноябрь 21, 2024



Yenidoğulmuşun pəhrizi (hissə 2)

news10042013Əvvəllər uşaqları adətən çox ciddi bir pəhriz rejimində saxlayırdılar. 3.5 kq çəkidə yenidoğulmuşun ac olub-olmadığından asılı olmayaraq, nə gec, nə tez, düz saat 6.00, 10.00, 14.00, 18.00, 22.00 və 2.00-da yedizdirirdilər.

Onlar qeyri-müntəzəm qidalanmadan çox qorxurdular. Həkimlər indiyə qədər bilmirlər ki, xroniki iltihabi xəstəliklər hansı səbəblərdən yaranır.

Onlar anaları inandırırdılar ki, qeyri-müntəzəm qidalanma xəstəliklərə və uşağın ərköyünlüyünə gətirib çıxarır.
Ciddi rejimin ən qızğın tərəfdarları uşağa yalnız dəqiq müəyyən edilmiş vaxtlarda yaxın durmağı, qalan vaxtlarda isə ona fikir verməməyi analara məsləhət görürdülər.
Biz ikinci uşağı tərbiyə edəndə, mən mütəxəssislərin tövsiyəsi ilə həyat yoldaşıma uşağı gərəksiz halda qucağına almağı qadağan edirdim. İndi bunun böyük bir səhv olduğunu anladım, çünki uşağa fiziki təmas lazımdır.
Uşaqların çoxu ciddi rejimə öyrəşirdi, çünki onlar növbəti 4 saat ərzində aclıq hissinin qarşısını almaq üçün kifayət qədər süd içməyə qadir idilər; yenidoğulmuşun həzm traktı adətən belə işləyir. İnsan hər yaşda hər şeyə tez bir zamandaöyrəşir. Əgər bizi həmişə dəqiq müəyyən edilmiş saatlarda yedizdirsələr, məhz bu saatlarda biz aclıq hiss edərik.
Amma anamın mənə danışdığına görə, hərçənd ki, o, məni müəyyən edilmiş saatlarda yedizdirirdi, mən ağlağan və çox arıq bir uşaq idim. Onun kifayət qədər südü olmadığı ortaya çıxdı, bu səbəbdən mən doya bilmirdim, lakin buna baxmayaraq, o, növbəti yemək saatını gözləyirdi.
Bundan əlavə, uşaqlar köpdən əziyyət çəkə bilər, və ya tam doymayıb, onlar yata bilərlər.
Hal-hazırda yedizdirmə cədvəli daha dəyişkəndir. Ana uşağın təbii istəklərinə əməl etməlidir. Aşkar edilmişdir ki, qeyri-müntəzəm qidalanma (xaos) mədə pozğunluqlarına, qidanın həzm edilməməsinə və ya uşağın ərköyünlüyünə gətirib çıxartmır.

Ağız südü

İlk üç sutkada ananın süd vəzlərindən ağız südü ifraz olunur. Ağız südü proteinlərlə zəngin olan ağ-sarımtıl mayedir. Bundan əlavə, tərkibində körpənin orqanizmini qorumaq üçün lazım olan çoxlu miqdarda immun hüceyrələri var.
Maraqlısı odur ki, uzun müddət ərzində, hətta son vaxtlara qədər hesab olunurdu ki, ağız südü çox ziyanlıdır, bu səbəbdən körpə doğulduqdan ancaq 2 gün sonra ananın sinəsinə qoyulurdu. Bundan əvvəl hərdənbir şirinləşdirilmiş çay verilirdi.
Əgər uşaq anasının döşünü yox, əmziyi əmməyə başlayırsa, o zaman körpədə əmziyin formasına refleks yaranır. Bundan sonra ona döşü əmmək daha çətindir.
Biz yenə ona qayıdırıq ki, uşağın ilk təcrübəsi (çəpgözlüyün qarşısını almaq üçün uşağın doğulduqdan sonra üç ay ərzində gözlərinin simmetrik vəziyyəti, normal cinsi həyatı üçün ilk cinsi əlaqəsi və s.) nə qədər əhəmiyyətlidir.
Yenidoğulmuş körpənin mədəsi çox kiçikdir. Ona görə də proteinlərlə zəngin ağız südü qidaya olan ehtiyacı tamamilə kompensasiya edir. Bununla belə, həyatının ilk saatlarında körpənin anası ilə birbaşa təması çox vacibdir. Qidalanmadan sonra uşağın bütün hüceyrələri doyur, “sakitləşir”. Bununla belə bütün orqanizm sakitləşir və rahatlıq hissi, ilk emosiyalar yaranır. Bütün bunlar ananın istiliyi, onun obrazı ilə assosiasiya olunur. Beləliklə, sevinc emosiyaları formalaşmağa başlayır. Bu misaldan görünür ki, bizim emosiyalar ilkin olaraq qidalanma ilə bağlıdır. Məhz normal qidalanma bizim normal psixoemosional komfortun tərkib hissəsidir.

Yenidoğulmuşun qidalanması

Biz Ümumdünya Səhiyyə Təşkilatının körpələrin qidalanmasına dair tövsiyələrini təqdim etmək istəyirik, və biz onlarla tamamilə razıyıq. Bu, məməlilərin qidalanma təkamülünü əks etdirir.

1. Ana və körpənin doğuşdan dərhal sonra bədən təması və doğuşdan sonrakı ilk saat ərzində döşlə əmizdirmənin başlanması
2. Ananın körpəni döşlə əmizdirilməsindən əvvəl süni, və ya hər hansı digər qidalanmanın istisna olması. Uşaqda döşlə qidalanmaya vərdiş formalaşmalıdır.
3. Doğuşdan sonra ana və körpənin bir yerdə qalması
4. Körpənin ananın sinəsində düzgün yerləşdirilməsi döşün effektiv əmilməsi və ananın komfortu üçün zəruridir.
5. Uşağın hər hansı bir tələbi ilə onun yedizdirilməsi, nə vaxt və nə qədər istəsə. Bu, uşağın tam doyması və psixoloji komfortu üçün zəruridir.
6. Əmizdirmə zamanı döşün giləsini özü buraxana qədər uşağı döşdən ayırmamaq
7. Gecə yedizdirmələri daha tamdəyərlidir, və stabil laktasiyanı təmin edir. Bundan başqa, onlar növbəti hamiləlikdən qorunmaqda yardımçı olur.
8. Uşağa ana südündən başqa digər mayeləri və ərzaqları verməmək. Uşaq susayanda onu tez-tez əmizdirmək lazımdır.
9. Əmzik və butulkalardan istifadə etməmək. Bu əşyalar ananın döşünü əvəz edir və problem yarada bilər: südün azlığı, doş gilələrinin zədələri və sinənin altında narahatlıq hissi. Əlavə qidaya ehtiyac olduqda onu yalnız qaşıq, fincan və ya pipet ilə vermək olar.
10. Yalnız birinci döşü tam əməndən sonra körpəni ikinci döşün üstünə qoymaq. “Əvvəl gələn” südün tərkibində “sonradan gələn” südə nisbətən laktozanın miqdarı daha çoxdur. Bu səbəbdən yalnız tərkibində böyük miqdarda laktoza olan “əvvəl gələn” südlə qidalanan hətta sağlam uşaqda laktaza çatışmazlığı simptomları əmələ gələ bilər.
11. Döşləri gündə bir dəfədən çox olmayaraq yumaq, çatların əmələ gəlməsinin qarşısını almaq üçün əmizdirmədən əvvəl və sonra yumamaq.
12. Həftədə bir dəfədən çox olmayaraq uşağın çəkisini yoxlamaq. Bu prosedur körpənin qidalanmasının tamdəyərliyi barədə obyektiv informasiya vermir. O, yalnız ananı əsəsbləşdirərək laktasiyanın azalmasına və əlavə qidanın rasiona daxil edilməsinə gətirib çıxarır.
13. Əlavə südü süzməmək (yalnız ana və uşağın məcburi ayrılması hallarında). Düzgün təşkil edilmiş döşlə qidalanma zamanı süd yalnız uşağa lazım olan miqdarda hasil olunur.
14. 6 ay ərzində uşağı ancaq döşlə qidalandırmaq, əlavə qidadan istifadə etməmək

Uşağın qəbul etdiyi ana südü – tərkibində bütün lazımi maddələr olan qidadır. Demək olar ki, bu həm heyvan mənşəli, həm bitki mənşəli qidadır. Yəni qarışıq qida hesab edilir.

Buna görə insan öz rasionunda həm heyvan mənşəli, həm bitki mənşəli qidadan istifadə etməlidir.
Bizim də razılaşdığımız bu qaydalara görə qidalanma yalnız tələb olunduqda yerinə yetirilir. Yəni uşaqda aclıq hissi olanda. Və onu yalnız döşü özü buraxana qədər əmizdirmək lazımdır. Bu adi qidalanmaya da aiddir.

İnsan yalnız aclıq hissini aradan qaldırana qədər yeməlidir. Eyni zamanda, uşaq ilk növbədə ana südünü, sonra isə müxtəlif əlavələri almalıdır. Bütün bunlar böyük insana da aiddir. Aclıq hissi keçirəndə, o, ilk növbədə tamdəyərli qidanı, sonra isə müxtəlif “əlavələri” qəbul etməlidir.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Диета новорожденных (часть 2)
Joomla 1.5
ody>