3 aylıq Yusifzadə Harun Elşən oğlunun valideyinləri bizim klinikamız (Hat Medicine clinic) barədə eşidib bizə müraciət etdilər.
Körpə uşaq oyuncaqları seçmir, anasına tərəf başını çevirmirdi.
Adətən yenidoğulmuşlar, 40-cı günü görməyə başlayırlar. Bu vaxtlar anası uşağa yaxınlaşanda uşaq ona tərəf çevrilir və gülümsəyir. Ana südilə bağlı olduğu üçün bu, uşağa xoş gəlir. Daha doğrusu, onda emosiyalar yaranmağa başlayır.
Yusifzadə Harun anasına və ona göstərilən oyuncaqlara reaksiya vermirdi. O, ancaq səsə reaksiya verirdi.
Müayinə nəticəsində məlum oldu ki, onun bəbəyi işığa reaksiya vermir. Bəbəkdə işığa qarşı reaksiyanın olmaması görmə sinirinin zədələnməsinə dəlalət edir. Göz dibinin müayinəsi bizim ehtimalımızın doğru olduğunu təsdiq etdi.
Bundan başqa, uşaqda mürəkkəb miopik astiqmatizm də aşkar edildi. Amma burda eynək görməni yaşılaşdıra bilməzdi.
Uşaqda Hat Medicine sistemi ilə müalicə aparmaq qərara alındı. 6 gündən sonra uşaq anasını tanımağa və oyuncaqlara əl uzatmağa başladı.
Bundan başqa, uşağa eynək də yazıldı.
Körpə yaşlarında aparılan müalicə, əgər valideynlər vaxtında müraciət ediblərsə, kömək edir. Əgər 6 ayından sonra müraciət etsəydilər, effekt olmayacaqdı.
Yaşlılarda görmə sinirinin atrofiyasının müalicəsində əsas məqsəd, görmə qabiliyyətinin sıfıra bərabərləşməməsidir.
Комментарии
- Комментарии не найдены
Оставьте свой комментарий