HAT Medicine

Воскресенье, Май 5, 2024



Uşaqlarda çəpgözlük? Bu problem deyil

 

news20122012 1Bizə, bir yaşında daxili çəpgöxlüyü olan uşağın valideynləri müraciət etdilər. Bu vaxta qədər onu müxtəlif həblər və iynələrlə müalicə etmişdilər.

Müayinə zamanı məlum oldu ki, uşağın hər iki gözü, xüsusilə də, sağ gözü çox zəif görür.Hat medicine sisteminə əsasən uşağa eynək yazıldı. 6 aydan sonra gözlərin simmetrik vəziyyəti tam bərpa olundu.

Bir sual yarana bilər, hə, nə olsun? Çox həkim eynək yazır. Bəli, əgər yüksək hipermetropiya varsa(müsbət refraksiya) çəpgözlüyü düzəltmək asandır. Yox, əgər yoxdursa, onda bu çəpgözlüyü qeyri-akkomodasion çəpgözlüyə aid edib, cərrahi müalicə təklif edirlər.

Bundan başqa, hər bir uşaqda bu, və ya digər dərəcədə astiqmatizm də olur.

news20122012 2Hat medicine sisteminə görə eynək yazan zaman biz, refraksiyada olan kiçik xətaları da nəzərə alırıq. Biz eynək reseptində hətta 0.25 D-lı silindiri də yazırıq. Bu fərq o qədər kiçikdir ki, həkimlər tərəfindən diqqətə aiınmır belə. İnsanların ağlına gəlmir ki, bu cür kiçik fərq çəpgözlüyə səbəb ola bilər.

Ümumiyyətlə, 8 ayınadək uşaqlarda çəpgözlük infantil çəpgözlük adlandırılır və bütün dünyada cərrahi yolla müalicə edilir. Belə hallarda təkrari əməliyyata, bəzən ehtiyac olur. Amma cərrahi əməliyyat belə çəpləşən gözdəki zəifliyi aradan qaldırmır və belə uşaqlar 3D formatlı televizorlara baxa bilmirlər.


Bizim sistemlə vaxtında müraciət ediləndə, gözlərin simmetrik vəxiyyətinə, demək olar ki, 100% hallarda nail oluruq. Amma vaxtında müraciət edilərsə. Əgər uşaqda çəpgözlük 3 ayında baş vermişsə, 1yaş 2 ayında müraciət olunursa, artiq gec sayılır.

Burada biz Xaosun müxtəlif qanunlarını tətbiq edirik: əksliklərin vəhdəti və mübarizəsi,  *kəpənək* effekti.

Uşaqlar dünyaya kor gəlirlər. Göz inkişaf etməyə başladığı andan görmə formalaşmağa başlayır. Məməlilərdə görmə(insan da bura aid edilir) binokulyar olur. Binokulyar görmə- hər iki gözün önündə olan iki rəsmin baş beyində birləşdirmək qabiliyyətidir. Doğulan andan binokulyar hüceyrələr də formalaşmağa başlayır.

Hər iki göz öz arasında beyin hüceyrələri ilə əlaqə yaratmaq uğrunda mübarizə aparır. Əgər gözün biri o birindən bir az güclüdürsə, onda o, daha chox beyin hüceyrələri ilə əlaqə yaradır, digər göz isə əyilir. Ona görə də mikrokorreksiyanın köməyi ilə hər iki gözdə eyni cür görməyə nail olunarsa, çəpgözlük də qisa bir zamanda tam keçər.

Beləlikə, bizim məqsədimiz Azərbaycanı çəpgözlükdən tam azad etməkdir.

Ancaq vaxtında Hat Medicine klinikasına müraciət olunarsa, biz 6 ay ərzində uşağı çəpgözlükdən tam müalicə edə bilərik. 

news20122012 3news20122012 4


Bizim tərəfimizdən elmi iş də hazırlanır. Elmi məqalələrimiz də şərh olunmuşdur. Bundan başqa, bizim əməkdaşımız Milanda keçirilən Ümumdünya uşaq oftalmoloqlarının konqrensində məqalə ilə çıxış edib.

 

 

 

 

 

 

 

 

Ədəbiyyat  

1. Касимов Э.М., Гаджиева Н.Р. Ранняя коррекция эзотропии у детей до 3 лет. Офтальмология, Баку, 2012, №1 (8), с. 81-88.  http://oftalmologiya.az/journal/articles/2012/08/81-87.pdf

2. Гаджиева Н.Р., Гаджиев Р.В. Анизометропия как основной фактор развития содружественного косоглазия у детей до 2 летнего возраста// Oftalmologiya, 2011, 2 (6), c. 64-69.  http://oftalmologiya.az/journal/articles/2012/08/81-87.pdf

3. Hadjiyeva N.R., Kasimov E.M. Early correction of strabismus in children aged from 3 months to 3 years. 2 Second World congress of pediatric ophthalmology and strabismus. Milan, 2012.    http://www.youtube.com/user/hatmedicine

 

 

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Косоглазие у детей? Это не проблема!
Joomla 1.5
>