HAT Medicine

Воскресенье, Май 5, 2024



Niyə biz əlamətlərə, ekstarsenslərə, falçılara və digər türkəçarəçilərə inanırıq.

news02062012Mən uşaq olanda, valideynlərimin sağlamlığı məni çox narahat edirdi. Buna görə məndə müxtəlif çoxsaylı əlamətlər var idi. Bir şey baş verməsin deyə, mən sol çiyindən tüpürürdüm. Qara pişik yolumu kəsəndə, mən istiqaməti dəyişirdim və s. Həyat yoldaşım məktəbə gedəndə bir yerdə oxun ətrafında üç dəfə fırlanırdı ki, heç nə baş verməsin. 

Bir çox insanlar müxtəlif əlamətlərə inanır.
Bundan başqa, bir çox insanlar müxtəlif ekstrasenslərə, çöpçülərə, damdabacalara inanır.
Həyat yoldaşımla bir yerdə çox ağıllı jurnalist işləyirdi. Bir dəfə mən onu maşınla evinə aparırdım. Birdən-birə o mənə dedi ki, evdə “barabaşka” ilə tez-tez danışır. Bu bəzi insanların inandığı damdabacadır. Mənə o qədər gülməli gəldi ki, güldüm və bununla da böyük səhv etdim.
O, çox təəccübləndi ki, mən barabaşkaya inanmıram və bir müddət mənimlə danışmadı.
O, məndən çox incidi.
Ekstrasenslər haqqında heç danışmağa dəyməz. Rusiya proqramlarında ekstrasenslər tam ciddiliklə cinayətləri araşdırır.
Mən başa düşürəm ki, bu barədə danışarkən, mən ekstrasenslərə, “müqəddəs” və ya “enerji iə doldurulmuş” suya səmimi inanan bir çox insanların tənqidinə tuş gəlirəm. Buna görə əvvəlcədən üzr istəyirəm.
Bir çox insanlar səmimi olaraq müxtəlif müqəddəslərə inanır.
Bəzi adamlar bundan istifadə edir.
Biz Amerika Birləşmiş Ştatlarında olarkən, mən gənc uşaqların öz kumirlərinin fotoşəkillərini və disklərini payladıqlarının şahidi oldum. Lakin əgər sən fotoşəkili və ya diski əlinə alırdınsa, dərhal səni mühasirəyə alıb pul istəyirdilər. Mən o dəqiqə bizim reallığı yada saldım. Bizdə də guya pulsuz müqəddəslərin şəkilllərini paylayırlar, sonra isə dərhal buna görə bir manat istəyirlər.
Nəyə görə inam bütün insanlara xasdır.
Gəlin uşaqlığımıza qayıdaq. Yenidoğulmuş körpə anası ilə təmasda olur. O, ac olanda və ağlayanda, anası onu süd verir. O, yeməyini yeyən kimi hər bir hüceyrəsi doyur və rahatlanır. Onda xoş hiss yaranır, hansının ki əsasında müsbət emosiya formalaşacaq.
Ana onun üçün yalnız qida mənbəyi deyil, eyni zamanda, xarici aləmdən “müdafiə”sidir. Bu səbəbdən erkən yaşlardan beyində müsbət emosiyalarla bağlı olan “müdafiə” mərkəzləri formalaşır.
“National geographic” proqramından biz görürük ki, kiçik canavar balası qorxu hissi keçirəndə anasının yanına qaçır və ona sığınır. O, anasında öz müdafiəsini, dəstəyini axtarır.
Körpənin beynində ən erkən yaşda “dəstəyə”, etibarlılığa görə məsuliyyət daşıyan və ata-ana ilə əlaqəli olan sahələr formalaşır. Bu sahələr bütün həyat boyu insanda qalır.


Mənim üçün valideynlərim ən əsas insanlar idi. Mənə elə gəlirdi ki, onlardan güclü heç kim yoxdur. Valideynlərimdən daha əhəmiyyətli olan və onların asılı olduğu insanların olduğunu öyrənəndə çox məyus oldum. Bu mənim üçün yüngül sarsıntı idi.
Lakin “dəstəyə” görə məsuliyyət daşıyan sahələr qaldı. Onlar daimi sinir qıcıqlandırıcılarını tələb edir. Bu səbəbdən “xoşbəxt” rəqəmlər, əlamətlər,
mövhümatlar ortaya çıxır. İnsan bilmədən özünü aldadır. Əlamətlərə inanmaqla o, özünə inamı və müdafiəni saxlayaraq müvəqqəti sakitləşir və bu yolla həmin sahələrə təsir edir.


Məhz bu yolla qədim allahlar (bütpərəst allahlar) yaranıb. Külək allahı, Günəş allahı və s.
İnanmaqla, dualar şəklində çoxsaylı təkrarlar etməklə, biz uşaq yaşlarında formalaşan, ata-ana ilə bağlı olan həmin beyin sahələrini oyadırıq.
Məhz buna görə bəzi dinlərdə Allah-Ata anlayışı var. Necə ki, əvvəllər biz valideynlərdən bəzi şeyləri xahiş edirdik, böyüyəndə ali qüvvələrdən bizi qorunmasını və arzuların yerinə yetirilməsini xahiş edirik.
Mən bir televiziya proqramını xatırlayıram, hansında ki Azərbaycanda tanınmış bir adam öz həyatı haqqında söhbət edirdi. O dedi ki, mən bir yuxu gördüm və məşhur falcının yanına getdim. Ona dedim ki, mənə bir vəzifə versin. Və bir ay sonra mən vəzifəni aldım.
Qeyd etmək maraqlıdır ki, mənim daxilimdə mənəviyyat və inam yer alanda, bütün mövhümatlar, xoşbəxt rəqəmlər yox oldu. Bu ona görə baş verdi ki, həqiqi İnam bütün ritualları istisna edir. Çünki bütün bunlar beyinin eyni sahəsində yerləşir.
Qeyd etmək lazımdır ki, hər bir insanın öz əlamətləri, öz İnamı var, və bir çox insanlar hesab edir ki, yalnız onların fikirləri düzgündür. Onlar digər insanların fikirlərinə kritik, hətta düşməncəsinə yanaşır. Bunun misallarını bütün yer üzündə görmək olar.
Son 100 ildə baş verən texniki proqress heyrətləndirir, lakin insanın təfəkkürü son 100 il və ya hətta 500 il ərzində az dəyişilib. Biz yuxulara və əlamətlərə hələ də inanırıq.

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Почему мы верим приметам, экстрасенсам, гадалкам и другим целителям.
Joomla 1.5
ody>