Novruz bayramı və Maslenitsanın yaranması və qeyd olunması tarixi

news19032013Hat Medicine-nin kollektivi Sizi Novruz Bayramı, Masleniça və Mardi Qras bayramları münasibəti iıə təbrik edir.

Bir az öncə biz yazırdıq ki, Novruz bayramı bizə müasir Azərbaycanın indi yerləşdiyi qədim Persiyadan gəlib.

Novruz bayramının yaranma tarixi.

Novruzun tarixi barədə ilk yazılı mənbə b.e. əvvəl 505-ci ilə aiddir (islamdan qabaqkı dövr). Bu bayramın tarixi haqqında yazılı abidələr sırasında Nizam-ül-Mülkün “Siyasət-namə”si, Ömər Xəyyamın “Novruznamə”si xüsusi yer tutur.
Təbii ki, bu bayram daha əvvəllər yaranıb, və, ehtimala görə, bu nəinki Persiya, həmçinin Avropa ərazilərində baş verib.
Novruz Bayramında ortasında səməni, qırağında isə şəkərbura, paxlava, qoğal kimi müxtəlif şirniyyatlardan ibarət olan xonça bəzədilir.
Səməni bərəkət rəmzi, yeni həyat rəmzidir.

Onun ətrafında mütləq şamlar yandırılır. Boyanmış yumurtalar və “qovurğa” adlanan qovrulmuş buğda mütləq atributlardır.
İnanclara görə, masanın üstündə acı, duzlu, turş nemətlər olmamalıdır.
Həmçinin tonqallar qalanır və hamı onların üstündən tullanaraq “sarılığım sənə, qırmızılığın mənə” deyir. Bu sözlərin mənası “dərdlərim sənə getsin, sevinclərin mənə gəlsin” deməkdir. Tonqalın üstünə heç bir halda su tökmək olmaz.
Sonra tonqalın külü toplanır və kəndin qırağına və ya yola tökülür.
Bu onun simvolizə edir ki, tonqal üzərində tullananların bədbəxtlikləri yox olur. Şər məhv edilir.
Bütün ailə evdə olmalıdır. Bayram günü evin qapıları kilidlənmir, plov hazırlanır.
Novruz bayramında xalq arasında müxtəlif tamaşalar keçirilirdi: at çapma yarışı, pəhləvanların güləşi, zorxana oyunları.
Britaniya alimi M. Boys qeyd edir ki, zərdüştlükdə bu bayram birbaşa oda həsr edilirdi. Qədim zərdüştlər odu həyat qüvvəsi hesab edərək ona ibadət edirdi.
Bu bayram Şər Ruhun məğlubiyyətidir.
Novruz Bayramında qəbiristanlığa gedərək ölüləri yad edirlər. Uyuyan əcdadlar məhsuldarlığa təsir göstərə bilirdilər, bu səbəbdən onların yad edilməsi vacibdir.
Bu bayramı yalnız qədim Persiyanın yerli əhalisi qeyd edir. Novruz bayramını ərəblər qeyd etmir, bu bayram Suriyada qadağandır. Novruz bayramının islam dininə heç bir aidiyyatı yoxdur. Bundan başqa, din xadimlərinin bu bayramı ləğv etmək üçün erkən cəhdləri uğursuzluqla nəticələndi.


Maslenitsanın yaranma tarixi, Mardi Qra, “Yağlı çərşənbə axşamı”.


Qeyd etmək maraqlıdır ki, Novruz bayramı ilə analoji olan bayramlar bir çox ölkələrdə var. Onlar fransız dilli ölkələrdə Mardi Qra (fr. Mardi gras), ABŞ-da “Yağlı çərşənbə axşamı”, Rusiyada – Maslenitsa adlanır.
Bu bayram da xristianlıqdan əvvəlki dövrə aiddir və bütpərəst mədəniyyətindən miras qalıb.
Maslenitsada adətən mürəbbə ilə yeyilən blinlər bişirilir. Blinlər ritual məna daşıyırdı: yumru, qırmızı, isti, onlar günəşin rəmzi idi, və o, daha parlaq yanaraq günləri uzadırdı. Ehtimala görə, blinlər anma mərasimlərinin bir hissəsi idi, çünki maslenitsadan əvvəl “valideyn günü” keçirilirdi və bu zaman slavyanlar dünyadan köçən əcdadların ruhlarına ibadət edərək bol məhsul üçün yalvarırdılar. Mütləq qəbiristanlıqları ziyarət edirdilər. Yumurtalar boyanır, şamlar yandırılırdı.
Maslenitsada mütləq tonqallar qalanırdı və hamı onların üstündən tullanmalı idi. Bu tonqallarda müqəvva yandırılırdı (əvvəllər iki saman müqəvva yandırılırdı). O, Şərin rəmzidir.
Maslenitsada müxtəlif tamaşalar keçirilirdi: məşhur yumruq döyüşləri, güləş, dağdan sürüşmə, at arabasında gəzinti. Subayları zarafatyana təqib edirdilər.
Müsəlmanlardan daha çox xristian ideoloqları bu bayramın dinlə birləşməsinə müvəffəq olublar. Onlar Maslenitsanı öz bayramları sırasına daxil edib, Pəhriz həftəsi adlandırıblar, cünki Maslenitsa Böyük Orucdan əvvəlki həftəyə düşür.
Beləliklə, biz görürük ki, bütün xalqlarda bir çox bayramların kökləri eynidir, lakin onlar müxtəlif adlanır və aralarında bəzi kiçik fərqlər var.


Hətta Nyu Orleanın məşhur karnavalını, Afro-Amerika əhalisinin spesifikasını nəzərə almaqla, “Yağlı çərşənbə axşamı” və ya “Novruz bayramı” hesab etmək olar.
Bütün qitələrdə insanlar, eyni ənənələri və eyni əcdadları ilə, eynidir. Biz nəyi bölüşdürürük?

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены
>