Meditasiya – davam, yoxsa tamam?

news16032015Yəqin ki, hər kəs Buddanın Madonna gülüşü ilə ayaqları çarpaz halda sonsuzluğa baxan abidəsini görübdür. O, meditasiya halındadır.


Meditasiya nədir?
Meditasiya sözünü qəliz izah edən izahatlar çoxdur. Bəziləri çox çətin, digərləri qısa, natamam meditasiyanı təsəvvür edir. Belə ki, meditasiyanın dəqiq hamıya anlaşılacaq bir tərifi yoxdur. Ona görə də mən özüm xüsusi dəqiqliklə qınamadan və iddiya etmədən bu anlayışı necə anlayıramsa sizinlə paylaşmaq istəyirəm.
Meditasiya–bizim diqqətimizi xaosdan xilas etmək və sakitlik vəziyyətini tarazlaşdırmaq üçün fikrimizin bir nöqtədə və ya əşyada cəmlənməsidir.
Təbii ki, bu formada izahat ədalətli tənqidlərlə üzləşə bilər, axı bu bütün meditasion aspektləri, onun nəyə malik olduğunu əhatə etmir. Lakin meditasiya barədə ilkin təsəvvür üçün zənnimcə yararlı olacaqdır.
O, nə vaxt yaranıb?
Mənim fikrimcə, müasir insanın formalaşdığı andan, insan obrazlı meymunların bizim planetdə yaşamaları, Homosapiens formasına dönmələri vaxtından meditasiya mövcud olubdur.
İnsan özünü dərk edib, təbiətə qarşı, özünə qarşı çoxlu sualları yarananda,hədsiz də qorxuları yarandı.
Hansı qorxular?
Ölüm qorxusu. Bu qorxu bütün canlılarda var, lakin insanda daha qabarıqdır. Özünü qidalandıra bilməmək qorxusu. Xəstəlik qorxusu. Əzizlərini, yaxınlarını itirmək qorxusu. Bütün bu qorxular müasir insan üçün də xarakterikdir.
Meditasiyanın yaranması barədə ilkin fərziyyələr.
İnsan doğulduğu andan ona süd verən, onu qoruyan anaya malik olur. Uşaq üçün inkişafının ilk günlərində ana çox əvəzsizdir, bəlkə də dünyanın özüdür. Həqiqətən də təhlükə qorxusu olduqda uşaq (və ya digər xırdacanlılar) dərhal anaya sarı qaçır, onun arxasında gizlənir. Bizim hamımız “Heyvanlar aləmində” verlişində bunları seyr etmişik. Məhz belə erkən yaşda baş-beyində ana və ata ilə əlaqədar “təhlükəsizlik” mərkəzi formalaşır.
Sonra isə uşaq böyüyüb böyüklərin ədalətsiz, özünü qoruma, qida tapma aləminə düşür, bu zaman artıq ana gücsüzləşir və onu qoruya bilmir.
Amma mərkəzi beyin qabığı təhlükəsizliyə cavabdehdir, artıq formalaşıb və fəaliyyətə ehtiyac duyur. Ona görə də fərdin “qoruyucu” axtarışına ehtiyacı yaranır. O, ürəyinin bədənindən ayrı olmasını təsəvvür edərək, bir insandan digərinə keçə biləcəyini düşünür. Ən əsası təbiətin gücünü hiss edir. (onun da ürəyi var). Beləliklə bu güclər onun üçün anasını əvəz etməyə başlayaraq onu təhlükədən qoruyur.
Meditasiya və din.
Xəstəlikləri ürəyin başqa adama, yəni xəstə ürəyin ona gəlməsi, keçməsi ilə əlaqələndirirdilər. Onu geri göndərmək mütləqdir. Axı nə edəsən? Gərək öz “mən”indən yayınıb, onu geri göndərəsən. Qədimdə insanların öz çarə edənləri- Şamanlar(ruhanilərin sələfləri olub ) var idi və bunlar öz qəbilələrini mum ətrafında dövrə edərək transa (qeyri-təcrid aləmə) aparırdılar. Bəzən bu mərasim dəqiq təbil ritmi ilə müşayiət olunurdu.
Bununla da onlar qavramanı, şüuri “işə salır”, xəstə ürəyi özlərindən uzaqlaşdıraraq ondan xilas olmağa çalışırdılar. Yalnız bu hərəkətlərlə qavramanı, şüuru özlərində saxlamağa çalışırdılar.
Huşları itənədək bunu edirdilər. Bu ilkin meditasion forma ilə onlar şüur ilə icra olunan işdən sonra sakitləşir və ruhlarının yerinə qayıdacaqlarına inanırdılar. Böyük ürək isə onları təhlükələrdən qoruyacaqdır.
Meditasiya dinin bir aləti kimi inkişaf edərək insanlara trans vəziyyətə girib, hansısa hərəkəti edib sakitləşməyə kömək oldu.
İlkin meditasiyanın növləri.
Bu növ meditasiyada rəqslər xarakterikdir. Rəqslər eyni tipli hərəkətlərlə, yerdə fırlanaraq, təbilin qeyri-bərabər səsi ilə müşayiət olunurdu. İstənilən ritmik hərəkət də meditasiyadır.
Məşhur təsbeh də bizə qədim vaxtlardan gəlib çatıbdır. Hər bir qəbilənin özlərinin öz dillərində Allahları var idi. Onlar müxtəlif adlarla adlanır və insanlar daima xüsusi istəklərini onlara təkrarlayırdılar.
Bu istəklər dua adlanmağa başladı. Daimi bunları təkrarlamaq da meditasiyadır, bu vaxt sakitləşirsən. Lakin ilkin insanların məqsədi sakitləşmək deyildi. Məqsədləri qəddar ruhları qovmaq idi.
Əlbəttə ki, bu da bir ehtimaldır. Lakin qaya üstü rəsmlərdə ov zamanı səhnələr, heyvanlarla, görünüşləri ilahiləşmiş obrazlarla bunlar təsdiqlənir. Hətta indiyədək Afrika və Sibirdə qədim dünya haqqında təsəvvürlərə malik Şamanlara rast gəlmək mümkündür.
Beləliklə, rəqs ilkin meditasion formadır, hansı ki, sonradan erotik komponentlə transformasiya olunubdur. Bunlar arasında qarşılıqlı əlaqə də ola bilər. Qeyd etməliyik ki, rəqslər , musiqi müasir əsrdə və meditasiyada istifadə olunur.
Sufi təriqətində musiqi ritmi ilə təkrarlanır (iudizm vaxtında).
Meditasiyanın təkamülü.
Meditasiyanın təkamülü dinin təkamülü ilə ayrılmazdır, əlaqədardır. Yazının aşkar olunmasından sonra müxtəlif duaların kəşfində təkrar təcrübələr başladı.
Meditasiyanın sonrakı təcrübələrinin inkişafında çoxsaylı xalqlar ilahi qüvvə ilə rabitə qurmaq üçün ondan istifadə etməyə başladılar. Buna dualar oxumaqla nail olurdular.
Bir çox dinlərdə qatı diqqət ilə dua oxumaq imkan verir ki, insan öz ürəyində yaxşılığı və nuru öyrədən yaradanın sürətini yaratsın.
Sufi meditasiyası.
Bu dini inamda diqqətin imkanlarının və fikir axınının arası kəsilməməsinin inkişafı üçün çoxlu məşğələlər vardır. Məşğələlər Sufi dairələrində musiqi altında tez-tez edilir.
Meditasiyanın hər dində özünəməxsus xüsusiyyətləri vardır.
Xristianlıq.
Xristianlığın digər dinlərdən fərqi Allahla insan arasında Müqəddəs üçlüyün: Allah-Ata, Allah-Oğul və Müqəddəs ruhun olmasıdır.
Özündə İsaya, Müqəddəs Ruha və Allaha qarşı sevgini tərbiyə etmək üçün daima diqqətlə dualar oxunulur (həmçinin də yer üzərindəki bütün insanlara qarşı).
İnsanlar eynidir və İsaya müvafiqdirlər. Daimi müzakirələr və müşahidələr xüsusi ayinlərin yaranmasına kömək edir.
İslam
İslamda meditasiya ən qabarıqdır. Hər bir müsəlman gündə 5 dəfə namaz qılmalıdır. Namaz xüsusi qaydalarla icra olunur, bu zaman ritmik hərəkətlər edilir və dua oxunulur. Bu halda insan bütün dünyəvi nemətlərdən imtina edib diqqətinin aşınmamasına çalışır. Həqiqətən də çox ağıla batandır, çünki namazadan sonra insanda sakitlik və Yaradanına sevgi kimi yaxşı hal olur.
Buddizm
Buddist meditasiya özündə çoxlu meditasion vasitələri diqqətin, barışdırıcılığın və fikrin məqsədliliyini cəmləyir. Buddistlər meditasiyanı inkişaf və Nirvana üçün nailiyyətlər kimi istifadə edirlər.
Yoqa
Yoqanın müxtəlif növləri vardır. Gəlin, Hatha Yoqaya baxaq, harada ki, “prana” anlayışı mövcuddur. Prana enerjidir, Yaradılanın nüfuzlu və gözə görünməzliyidir.
Yoqada hesab olunur ki, prana hər bir nəfəs alımı ilə insan bədənini enerji ilə doldurur. Yoqa ilə məşğul olmaq 3 hissədən ibarətdir: xüsusi vəziyyət (asana), ağ ciyərlərin 3 hissəsinin cəlb olunması ilə tam nəfəs alma və meditasiya. İnsan ilk əvvəl xüsusi vəziyyəti (asananı) qəbul edir, sonra nəfəs almağa başlayır, nəfəs almada diqqətin toplanması baş verir.
Sonra 8 saniyə ərzində tam giriş olur, daha sonra təcrübə edən şüur, “prana” tədricən ağciyərləri doldurur, 8 saniyə və daha çox müddətdə nəfəs dayandırılır. Bununla da şüur ağciyərlərdə yerləşən prana ilə cəmlənir (Konsentrasiya olur). Sonda asta-asta nəfəs vermə olur. Beləliklə “prana” yavaş-yavaş günəşə və ya başqa orqanlara göndərilir.
Güclü həyati enerji orqanizmə daxil olanda diqqət cəmlənir, istənilən “sağalmaz” xəstəlikdə insana güc verir.
Mən uşaqlıqdan yoqa ilə məşğul oluram. O vaxtlar yoqa haqqında danışmaq xoşagəlməz idi və ya yalnız surəti var idi. Əlbəttə ki, daima etmirdim, amma məşğələlərdən sonrakı vəziyyət möhtəşəm idi.
Müasir dövrdə meditasiya.
Hal-hazırda insanlar meditasiyanın mənasını, psixofizioloji və somatik sağlığının müsbət təsirini anlayırlar. Meditasiya sözü latın mənşəli medetari-“fikirləşmək”, “ağılla idarə etmə” və mederi – sağaltmaq sözündəndir.
Yapon mədəniyyətində “Zen” buna sinonimidir.
Hal-hazırda meditasiya dindən ayrılıb və sərbəst məna kəsb edir. Hətta elm də meditasiyanı öyrənir. “Dünyada elm” («В мире науке») jurnalının 2015 (№1) sayında meditasiyaya ithaf olunmuş məqalə çıxmışdır.
Müasir meditasiyada insanın inkişafı üçün səy etmədiyi artıq sıradan çıxmaqda olan insani keyfiyyətlər yəni sabitlik , ağıl açıqlığı ,qəlb tarazlığı ,hətta sevgi və əziyyət əsas nəzərdə tutulan yoldur.Bununla yanaşı meditasiya daha sakit və dərin həyat tərzi ilə tanışlıqdır.Belə ki ,insan diqqətinin cəmlənməsinə səy etsin.
Meditasiyanın daha çox 3 növü yayılıbdır:
1. Diqqətin canlanması:Şüur cari limit deyil, zamanla yayınmamaq bacarığını inkişaf etdirərək tamamlayır və yönləndirir.
2. Meditasiya zamanında (aydın ağıl) dərketmə və ya sərbəst qəbul etmədir ki, indi insanın sakit anlamağı, şəxsi emosiyalarını inkişaf etdirməsi, fikirlər və hisslər hiss etməsi nəzarətdən çıxmağa və psixoloji pozulmalara səbəb olmasın. Bu növ meditasiyada insan konkret nəyəisə fokuslanmadan istənilən həyacana diqqətini cəmləyir.
3. Ətrafdakılara qarşı münasibətdə şəfqət və rəhimdillilik fədakarcasına dəstəklənir.Bununla belə insan üçün bir cisimdə diqqətini uzun müddət saxlamaq çətindir.
Alimlər bu prosesin növbəti mərhələlərdə keçməsini qeyd ediblər:
1. Diqqətin xilası.
2. Yayındırma anını dərk etmək.
3. Oriyentasiya önü diqqət.
4. Cəmlənmiş diqqətin bərpası.
Məlum olub ki, yüklənmiş hər 4 mərhələyə beynin müxtəlif sahələri cəlb olunur. Araşdırmalar göstərir ki, təcrübəli buddistlər xüsusi ritmlə xarakterizə olunan beynin elektrik aktivliyi və xüsusən yüksək amplitudlu qamma rəqslər 25-42 Hz tezliyi ilə ixtiyarı vəziyyəti saxlaya bilirlər.
Bununla yanaşı məlum olub ki, meditasiya beynin bir sıra sahələrine təsir edir.Ehtimal olunur ki, meditasiya beyin toxumalarının nazilməsinin tezliyini azalda bilər,həmçinin beyin nahiyyəsində qorxunu formalaşdıran nahiyyə kiçilir. Beləliklə, meditasion təcrübədən istifadə bizə nəinki az-az xəstələnməkdə ,həmçinin ömrümüzün uzanmasında faydalıdır.
Nümunə üçün Panasonicin banisi, 90 yaşadək yaşamış Konusuke Maçsusitanı deyə bilərəm. Ömrünün son anlarında o, öz aparıcı əməkdaşlarını işgüzar söhbətə çağıraraq onlara öz uğurlarının sirrini açır. Yeməkxanada görüşüb səhbətləşirlər, nəhayət o məxfiliklərini paylaşır və onun söylədikləri həmsöhbətlərini çox təəccübləndirir.
Oraya gələnlər texnik xırdalıqlarla uğura yiyələnməyin yollarını öyrənmək istəyərkən uğura gedən yolun meditasiya ilə mümkünlülüyünü öyrənirlər. Çünki o, onlara uğurlarının səbəkarının meditasiya olmasını söyləyir. Bu barədə tamamilə haqqlıdır.
Meditasiyanın alternik vasitələri
Rəqslər və musiqi
Meditasiyanın ən erkən növləri olan rəqslər və musiqi alternik deyil, hətta meditasiyanın əsaslarıdır.Çünki səbəbsiz qəbul olunmur.
Gənc ikən mən özümü pis hiss edəndə Çaykoviskinin ilk konsertini dinləyib sakitləşirdim.Ümumiyyətlə, rəqslər və musiqi əhval –rühiyyəni qaldırır. Onlar demək olar ki, bütün dinlərdə mövcüddür.Katedralarada alət ifa olunur və psalam oxunulur.Sufizmdə rəqslər çox əhəmiyyətlidir.Hətta islamda Quranı müqayisə edilə bilməz dərəcədə xüsusi bir avazla oxuyurlar.
Gəzinti
Bəzən idman zalına baş çəkə bilməyəndə böyük bir otaqda var-gəl edirəm.Bu anlarda düşünməməyə çalışşam da fikirlər özləri məni tapırlar. Belə anlarda məndə istənilən adi halda formalaşa biməyən fikirlər yaranır. Təbii ki, mən bunları işimə doğru yönəldib daha səmərəli olmağa çalışır ,məsələn, hansı məqaləni yazım, insanlara faydalı olmağın, pul qazanmağın növbəti yollarını tapıram.
Belə ki ,adi gəzinti də özünəməxsus meditasiyadır. Burada əl və ayaqların ritmik hərəkətləri artıq meditasiyadır.Ritm meditasiyanin özüdür .
Təsbehlərin istifadəsi
Bir- birinə iplərlə bərkidilmış bu muncuq düzümləri bir çox dinlərdə, iudizm, islam, xristianlıq və buddizmdə dua və adətlərin təsirli olması, konsenterasiyanın saxlanılması, ritmin yaranması və s.üçün istifadə edirlər.
Balıq tutmaq.
Tək çay kənarında oturub,yorulmadan tilovunun dimdiklənib-dimdiklənməməsini gözləməkdən gözəl nə var ki?
Dağlara meşələrə gəzintilər
Mükəmməl meditasiyadır.İnsan hər şeyi unudub gözəl mənzərələri seyr edir.
Epiloq
Insan özünü yapan heykəltaraşdır.Onun hədəflərinin biri sağlam olub uğur qazanmaqdır.İnsan nələrin xəstəliyə səbəb olmasını bilməlidir.HAT nəzəriyyəsinə görə-bu mikrob populyasiyaları arasında pozulmadır, bizim selikli qişalarımızda və immun sistemimizdə(antitellərlə) vardır. Onlar arasındakı tarazlıq məhz bizim sağlamlığımızdır.
Onu necə qoruyasan?
1. Düzgün HATMedisine pəhrizi
2. Fəal gündəlik fəaliyyət
3. İnsan və cəmiyyət arasında tarazlığın qorunması.Bu tarazlıq pozulanda və stress faktoru yarananda xəstəliyi ,səfaləti mövcüdlaşdırır.
4. İnsan həm maddi, həm mənəvi zəngin olmalıdır.Bu yolda ona insanlığın zirvəsində yaranmış, onu mükəmməliyə doğru aparan köhnə dost -meditasiyadır.
HAT Medicine


P.S.
Meditasiya və musiqi
Meditasiya insanların müxtəlif vasitələrlə özlərinə və ətraf mühitə həyat eşqi, inam qazanmaq üçün etdikləri müraciətləridir.
Meditasiya vasitəsilə insan ən sağalmaz xəstəliklərdə, ən kədərli dəqiqələrdə güclü olmağı bacarır.
Musiqili meditasiya çox faydalı və hətta demək olar ki, əvəzsizdir. Əslində dinlərin hamısında bir növ musiqi meditasiyasından istifadə olunur.
Məsələn, müsəlman dinində insanlar” azan” səsi ilə Tanrıları ilə rabitə qurub namaz qılırlar, indiuzim, buddizimdə “mantra “ilə, yəhudi və xristianlarda isə bu hal “psalom” ilə reallaşır.
Əslində hər bir insan həyatında bir dəfə də olsa şüurlu və ya şüursuz meditasiya edir. Çünki meditasiya həmişə insanın ətrafında cərayan edir, sadəcə bunu duyub, anlamaq lazımdır. Məsələn, hind kinolarına baxdıqda hamımız istər- istəməz onların musiqi ilə, rəngarəng geyimlərlə Tanrılarına etdikləri duadan xoşhallanır, hətta ekran arxasından izləyə- izləyə artıq inanırıq ki, Tanrıları onlara kömək olar. Çünki oradakı musiqi və rənglər, xüsüsilə oxunan dua bizim əhval-ruhiyyəmizə təsir edir. Musiqi bəlkə də yeganə bir vasitədir ki, tərcüməsiz insanlar onu anlaya bilir, odur ki meditasiya musiqisiz mümkün deyildir.
Bu təkcə dində yox, tarixdə də özünü doğruldur. Hər bir xalqın himni var, niyə? Hamı deyər ki, dövlət atributudur. Amma mən düşünürəm ki, bu himn o xalqda milli ruha və əzmli olmağa çağırışdır.
Yəni bir növ meditasiya edərək öz millətində əvəzsiz bir vətənpərvərlik hissi yarada bilirsən.
Və yaxud bizim ölkədə toylarda Vağzalı çalınır nə üçün? Çünki bu musiqi ilə bir növ yeni həyata daxil olduqlarına dair həm özlərində, həm ətrafdakılarda əminlik hissi yaradırlar.
Bizim Kitabi Dədə Qorqud dastanımızda da Dədə Qorqud boylarının hamısında igidlərinə sazla, sözlə müraciət edərək onları cəsarətləndirir. Bu da bir meditasiya olub.
Yəni bir sözlə meditasiya gözəl vasitələrlə, ruh oxşayan səslərlə insanlarda inam formalaşdırmaqdır, bu da musiqisiz demək olar ki, mümkün deyildir.
Körpə uşaq yatmayanda anası ona layla oxuyursa uşaq sakitləşib dərin yuxuya gedirsə demək insan beyni yaranandan musiqili meditasiyaya ehtiyac duyur.
Meditasiyanı rəngarəng, xüsusi ətirli şamlarla da icra edənlər var. Çünki o rənglərin və xüsusi ətirlərin insan duyğu orqanlarına birbaşa təsiri vardır. Sirr deyil ki, insan ətrafa baxanda ilk olaraq rəng görür və nəticədə görür.
Eyni zamanda da rənglər (məsələn yaşıl, sarı, mavi və s.) luteyin formalaşmasına səbəb ola bilir. Hətta qədim kitablarda yazılır “gözünün nurlu olması üçün sarı çarıq geyin” bu ona görədir ki, o rəng sayəsində həm diqqətlərini toplayıblar yolu gedərkən büdrəməyiblər, həm də bilmədən artıq rəng meditasiyasına qoşulublar.
Bütün bunları deməkdə məqsədim odur ki, meditasiya hələ insanın yarandığı ilk vaxtlardan onunla olub, sadəcə bəzən o bunun fərqinə varıb, bəzənsə heç anlamayıbdır.Lakin hal hazırda meditasiyanın dəqiqliyi barədə çoxlu yazılar var və onların hər birində müəllif meditasiyanı öznəməxsus formada izah edir.
Mən sadə, anlaşılan dillə deyirəm ki, meditasiya insanın özünə, ətraf mühitə edə biləcəyi ən böyük yaxsılıqdır.Meditasiya edən artıq özünə, təbiətə inanan, yaratmaq, yaşatmaq hissi ilə alışan ,müsbət enerje paylaya bilən zərərsiz insanlardır.
Mediotasiyanı şüursuz deyil, şüurla edək!

Həkim oftalmoloq Şəhana Şükürova

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены
iv>