HAT Medicine

Четверг, Март 28, 2024



Xroniki konyuktivitlər nədir və necə müalicə olunur?

news08102016

1999-cu ildə bizə xroniki konyunktivit  şikayətləri ilə xəstə müraciət etdi. Gözləri  qırmızı idi. Fasiləsiz olaraq son 8 ildə  müalicə almasına baxmayaraq nəticə yox idi.

Baxış zamaı göz alması konyunktivasının  intensiv hiperemiyası görünürdü. Yarıqlı lampa ilə müayinədə sağ gözün arxa kapsulunda büllurun bulanıqlığı var idi. Sağ gözün görmə qabiliyyəti  aşağı idi.

Belə ki, uzun müddətli hormonal müalicə fonunda xəstənin gözündə katarakta formalaşıbdır. Gözə müalicə kimi Deksametazon damcı, konyuktiva altına Kenaloq tətbiq olunmuşdur.

Biz adətən xroniki konyunktivitlər zamanı Deksametazonu qısa müddətli tətbiq edirik, amma o bunu çox qəbul etdiyi üçün bunu etmək olmazdı. Biz qərara gəldik ki, dərhal HAT Medicine üsuluna keçək. Gözdən bakterioloji analizlər götürüldü  və minimal antibakterial dərman vasitələrindən seçim edərək qola bir neçə iynə vuruldu. Bir həftə sonra xəstə 8 ildir ki, davam edən qızartının 8-10 gün ərzində itməsinə inana bilmirdi. Bu hadisədən sonra biz bu müalicəni uğurla müalicəyə tabe olmayan xroniki konyunktivitlərdə cəmi 2 dəfə istifadə etdik. Digər hallarda isə qısa müddətli kortikosteroid müalicəsi ilə kifayətlənmək mümkün olurdu.

Konyunktivit nədir?

Konyunktivit adı altında mən həmçinin xalazion, itdirsəyi, quru göz sindromu, pterigium və hətta tez-tez göz qırpmağı qəbul edirəm (HAT Medicine üsulu)

Burada qəribə bir ardıcıllıq gözlənilir. Əgər itdirsəyi varsa konyunktivit yaranması az narahatlıq verir. Mən tez-tez müşahidə edirdim ki, əgər bir gözdə pterigium varsa digərində konyunktivit təzahür edir.

news09102016

news10102016

Konyunktivitlərin səbəbi.

Hesab olunur ki, xroniki konyuktivitlər allergik reaksiyalar ilə əlaqədardır. Allergik reaksiyalar dedikdə orqanizmin müəyyən zülallara (allerqenlərə)həssaslığı   İgE antitel hazırlaması başa düşülür.

Lakin xroniki konyuktivitin əsas səbəbi konyuktivanın selikli qişasının mikrob populyasiyası ilə antitellərin arasındakı tarazlığın pozulmasındadır (HAT Medicine üsulu) Məhz bu gözün klinik attraktorudur. 

Konyunktivitlərin müalicəsi. 

Konyunktivitlərin müalicəsi öz mikrob populyasiyası ilə antitel populyasiyası arasındakı tarazlıqdan ibarətdir. Buna isə kortikosteroid tətbiq edərək nail olmaq mümkündür. 

1. Onlar  antitellərlə əhatələnmiş  mikroblara malik membran hüceyrələrini blok edir.

2. Mikrob kompleksi antitelləri ilə  membran hüceyrələrindən uzaqlaşır. Toxumalar özlərini sərbəst hiss etməyə başlayır. (Elə bil atlı atdan düşür)

3. Konyuktiva hüceyrələri yenidən öz fraktal strukturuna aid əvvəlki qaydalarını bərpa edirlər. Bunun üçün 7-10 gündən çox olmamaq şərti ilə tez-tez kortikosteroid damcılatmaq lazımdır.

Günəş şüalarından müdafiə edən eynək  istifadə edilməlidir.

Azərbaycanda xroniki konyuktivitli xəstələrin sayı yay vaxtı artır. Bu mikrob populyasiyası ilə antitel arasında tarazlığı pozan  günəş şüalarının təsirindəndir. Ona görə də biz günəşdən qoruyucu eynəkləri tövsiyə edirik. 

Ümumiyyətlə gözlər  istini sevmir. Bəzi insanlarda hamamdan sonra gözlər qızarır.Təsadüfən xalq arasında deyilməyib ki,"başını soyuqda, ayağını istidə saxla".

Mədə-bağırsaq attraktoru.

Mənim tərəfimdən qeyd olunub ki, mədə-bağırsaq atrraktorunun pozulması  konyuktivitin inkişafına təkan verir. Açıq-aşkar olan konyuktivitlərdə  mədə və bağırsaq  praktiki olaraq narahatlıq vermir. On a görə də düzgün pəhrizə riayət etmək vacibdir. Bəzən bu pəhrizə riayət ilə konyuktivitlərin yaranmasının qarşısını da almaq  olar.

 

Оставьте свой комментарий

0

Комментарии

  • Комментарии не найдены

Подписывайтесь

Контакты

    • Адрес:  г. Баку, ул. Гасанбек Зардаби 89а, клиника НАТ medicine.
    • Тел: (+99412) 437 52 34

О нас

Врачи клиники: Гаджиева Нармина, Нуриева Нушаба
Очень хорошо поддаются лечению хронические простатиты, гаймориты, заболевания желудочно-кишечного тракта, хронические конъюнктивиты, увеиты, атрофии зрительного нерва и многие другие.

Страница: Home
Joomla 1.5
>